Icma.az
close
up
RU
Arıqlama iynələri əzələ itkisinə səbəb olur? DİETOLOQ FİKRİ

Arıqlama iynələri əzələ itkisinə səbəb olur? DİETOLOQ FİKRİ

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Arıqlama iynələrinin əksəriyyəti iştahanı azaltmaq, mədə boşalmasını gecikdirmək və ya insulin həssaslığını artırmaq yolu ilə təsir göstərir”. Bu sözləri SİA-ya açıqlamasında dietoloq Ceyhunə Yusifova deyib.

Ceyhunə Yusifova sözlərinə belə davam edib: “Bu proseslər nəticəsində qida qəbulunun azalması ilə bədən enerji ehtiyacını qarşılamaq üçün həm yağ ehtiyatlarından, həm də təəssüf ki, əzələ toxumasından istifadə edə bilər.

Əzələ itkisi riski varmı? Bəli, var. Hər hansı sürətli və qeyri-sağlam çəki itkisi zamanı - istər pəhrizlə, istərsə də arıqlama preparatları vasitəsilə - əgər qida rasionunda kifayət qədər protein yoxdursa və fiziki aktivlik, xüsusən də əzələ qoruyucu məşqlər edilmir isə, bədən yalnız yağları deyil, əzələ toxumasını da enerji mənbəyi kimi istifadə edir. Bu da bədən tərkibinin pisləşməsinə, maddələr mübadiləsinin zəifləməsinə və arıqlama prosesindən sonra çəkini daha sürətli bərpa etməyə səbəb ola bilər.

Əzələ itkisinin qarşısını necə almaq olar?
Arıqlama iynələrindən istifadə edən şəxslər üçün aşağıdakı tövsiyələr vacibdir:

Protein qəbulunu artırmaq. Əzələ toxumasını qorumaq üçün gündəlik protein ehtiyacını ödəmək mütləqdir.

Qüvvət məşqləri etmək. Əzələ qoruyucu idman növləri (məsələn, ağırlıq qaldırma və bədən çəkisi ilə edilən məşqlər) əzələ kütləsini saxlamağa kömək edir.

Düzgün nəzarət. Hər hansı dərman və ya iynədən istifadə etməzdən öncə mütləq həkim və ya dietoloq nəzarəti altında olmaq lazımdır.

Tərkibə diqqət. Hər preparatın təsir mexanizmi fərqlidir. Bəzi yeni nəsil dərmanlar (GLP-1 agonistləri kimi) əzələ itkisini minimuma endirə bilər, lakin hər halda düzgün qidalanma və fiziki aktivlik olmadan risk tamamilə aradan qalxmır.

Nəticə olaraq:
Arıqlama iynələri bəzən sürətli nəticə versə də, düzgün yanaşma olmadan əzələ itkisi riski qaçılmazdır. Sağlam və davamlı çəki itkisi üçün balanslı qidalanma, fiziki aktivlik və peşəkar nəzarət əsas şərtlərdir”.

Ayşən Vəli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://sia.az
archiveBu xəbər 14 Aprel 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see358

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see277

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see276

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see274

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see266

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see265

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see263

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see260

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see256

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see241

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see239

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see234

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see231

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see230

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see228

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see210

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see209

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see205

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see205

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri