Icma.az
close
up
RU
Arıqlamağa kömək edən 9 səhər vərdişi...

Arıqlamağa kömək edən 9 səhər vərdişi...

Icma.az bildirir, Saglamolun portalına istinadən.

Demək olar ki, hər birimizin hər gün eyni zamanda etdiyimiz vərdişlərimiz (rituallarımız) var.

Bunlardan həm xeyirli həm də xeyirsizləri var.(xeyirsizlər daha çoxdur...) Önəmli olan isə onlardan hansıların sağlamlığımıza xoş təsir göstərdiyini ortaya çıxartmaqdır. Bu gün biz sizinlə məhz bunu müzakirə edəcəyik. Beləliklə sağlamlığımıza xoş təsir göstərən və arıqlamağa kömək olan  9 vərdiş...

Çarpayıda dartının...

Yuxudan oyanan kimi dərhal  və sərt(tələsərək) çarpayıdan qalxmayın. Əsasən sizdə hipotoniya (qan təzyiqinin azalması) və ya əksinə təzyiqinizin qalxma ehtimalı varsa bu baş beyin damarlarının spazmına bu izə öz növbəsində baş ağrısına səbəb ola bilər.Beləliklə  səhər baş ağrısı ilə oyanmanıza səbəb ola bilər.Günü yaxşı başlamaq üçün bir neçə sadə hərəkətlərlə başlaya bilərsiniz. məs:çarpayıda kürəyi üstə uzanaraq, əllərinizi bir yerdə tutaraq yuxarıya doğru, ayaqlarınzı isə aşağıya doğru uzadın(dartının).Bunun fitnes trenerləri  məsləhət görür.Bu və ya digər hərəkətləri etməklə bir neçə dəqiqə sərf edərək günə rahat  və yaxşı əhval ruhiyyə ilə başlamış olacaqsınz.

Ac qarnına 1 st. su için...

Yeməkdən 30 dəqiqə əvvəl su içmək lazım olduğunu artıq demək olar hamı bilir. Bu iştahı öldürüb, aclıq hissini  aşağı salır. Amma səhər tezdən  çoxlarının iştahı onsuzda olmur və olanı da su ilə öldürmək  lazımdırmı? Amerika qastroenteroloqu Mayla Pikkonun dediyinə əsasən hər gün səhər yeməkdən 30 dəqiqə əvvəl ilıq su içdikdə həzm sistemində heç  bir problem yaranmır. Bu isə həm sağlamlıq həm də arıqlamağa bir başa köməkdir.

Otağı mümkün qədər işıqlı edin...

Alimlərin fikrinə görə  son zamanlar həyatımızda səhərlər işığın az olması, axşamlar isə onun həddən çox olması bioloji siklin qırılmasına gətirib çıxarır, bu isə aclıq hormonu olan qrelinin istehsalına səbəb olur.

Səhər yeməyindən  öncə gəzintiyə çıxın və ya bir neçə kardiohərəkət  edin...

Yeməkdən əvvəl məşq etdiyiniz halda, enerji  istehsalı üçün orqanizm enerji ehtiyatlarını istifadə etməyə məcbur olacaq bu isə dərialtı piyi olan insanlar üçün çox əlverislidir.Buna çox vaxt sərf etmək lazım deyil. Standart 15 dəqiqəlik hərəkətlər kifayət edər.Tez addımlarla gəzmək də kardioloji hərəkətlərə alternativ evezedici sayılır.

Hərəkətləri müsiqi sədaları altında edin...

Səhər məşqində daha çox kalori sərf etmək üçün sizə xoş təsir edən və hərəkət etməyə məcbur edən musiqiləri seçin. İDEA fitness assosiasiyasının eksperti  Petra Kolberin fikrinə əsasən məşq üçün seçdiyiniz musiqiləri dəyişməyib eynilə hər gün məhz onlardan istifadə edin, bununla orqanizm adət halına keçərək o musiqiləri duyduqda  aktiv enerji sərfetmə rejiminə keçəcək.

Tərkibində çətin sellülozlu karbohidrat və zülallar olan məhsulları uyğunlaşdırın...

Səhərlər  nə yemək lazım olduğu haqda çox məqalələr yazılıb. Əsasən  qarışıqsız dənli bitkilər və ya tərkibi zülalla zəngin məhsullar (yumurta, kəsmik)məsləhət görülür. Əslində isə səhər rasionuna  zülal və dənli bitkilərlə bərabər çətin karbohidrat və selüllozlu məhsullar da (siyiq, meyvə, tərəvəz) əlavə etmək lazımdır.Əsas iş  bizim fizilogiyamızdadr ki, karbohidratlar bizi enerjiylə təmin edib, beyinin işləməyinə təkan verir,zülal isə toxluq hissinin təmin edir. Beləliklə ən ideal səhər yeməyi yarım qab yulaf yarmasi(ovsyanka) , 100-150 qr yağsız kəsmik , kahı yarpaqları və 2 dilim çovdar çörəyi. Bu təxmini 300-350 kkal olacaq.

Bitki çayı dəmləyin...

Səhər yeməyinə qara çay və ya kofe əvəzinə ,bitki çaylarına üstünlük verin. Çox bitki çayları artıq mayeni orqanizmdən çıxardaraq, immun sistemini  möhkəmləndirir. Yox əgər kofeinsiz içkisiz ayıla bilmirsinizsə, o zaman kofe və ya çayı işə çatdıqdan sonra için.

Özünüzlə ev yeməyi götürün...

Arıqlamaq istəyirsinizsə sabah üçün dietik nahar (toyuğun döş əti hər hansı bir qarnirlə(yağsız)), axşamdan hazırlamağa tənbəllik etməyin.  Evdə hazırlanan nahar kaloriləri nəzarət altında saxlamağa köməkçi olacaq.

Dişlərinizi lazımı qaydada yuyun...

İnanmayacaqsıznız , amma...  JournalofDentalResearch-da   nəşr olunan araşdırmalara əsasən karies və ağız boşluğunun xəstəliklərini yaradan Selenomonasnoxia  bakteriya növü  artıq çəkinin yaranmasına da səbəb olur. Buna görə səhər yeməyindən sonra dişlərinizi fırçalayarkən, tələsməyin. Bu prosedura lazımı vaxtı ayırın.

Sonda demək istərdik ki, mütləq olaraq bu qaydaları deyil, özünüzün oz orqanizm və iş prinsipinə uyğun və ən əsası isə sağlamlığınıza xeyirli olan vərdişləri yaratmanız sizin üçün çox xeyirli olacaq. İlk etapda çətin olsa da zamanla orqanizminiz artıq bu prinisplərə öyrəşərək  sağlam həyat tərzi sürmüş olacaq.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see360

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see358

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see319

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see308

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see307

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see292

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see290

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see281

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see249

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see247

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see238

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see233

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see230

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see229

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see220

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see213

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see191

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see189

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri