Arıqlamaq istəyən kişilərə XƏBƏRDARLIQ
Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, bu barədə “Journal of Investigative Dermatology” jurnalında dərc olunan araşdırmada bildirilir.
Alimlər böyük genetik məlumat bazalarını araşdıraraq GLP-1 reseptorunun aktivliyi ilə bağlı gen variantlarını kişi tipli keçəlləşməyə meyilli şəxslərin genetik xüsusiyyətləri ilə müqayisə ediblər.
Araşdırma nəticəsində müəyyən olunub ki, genetik olaraq saç tökülməsinə meyilli kişilərdə GLP-1 sisteminin aktivliyinin artması keçəlləşmə riskini təxminən 7 faiz yüksəldə bilər. Bu əlaqə hipertoniya, insulinə müqavimət və testosteron səviyyəsinin azalması kimi amillər nəzərə alındıqdan sonra da qorunub.
İndiyədək bu cür dərmanlardan istifadə zamanı saç tökülməsi əsasən sürətli çəki itkisi ilə əlaqələndirilirdi. Tədqiqatçılar isə nəticələrin GLP-1 sisteminə təsirlə kişi tipli keçəlləşmə arasında mümkün genetik əlaqəyə işarə etdiyini bildiriblər.
Bununla yanaşı, alimlər araşdırmanın konkret preparatların birbaşa təsirini qiymətləndirmədiyini də vurğulayıblar. (Publika.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 06 Sentyabr 2026 05:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















