Icma.az
close
up
RU
Arıqlamaq istəyən “tv lərə” baxsın!

Arıqlamaq istəyən “tv lərə” baxsın!

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Müasir dövrün dəblərindən biri də arıq olmaqdır. Ötən illərdə bu, kimin üçünsə dərd deyildi? Camaat əlinə düşəni yeyirdi, ta fikirləşmirdi ki, birdən kilo alaram. Kök kök idi, arıq da arıq. Ən əsasi isə o idi ki, nə arıqlığı, nə də köklüyü özü üçün dərd edən yox idi.

Elə ki, müasirləşdik, Avropaya inteqrasiya etdik, Avropadan dərhal götürdüklərimizdən və tərzini çıxardıqlarımızdan biri də arıqlamaq, formada qalmaq oldu. Hə, bax, problem elə bu vaxt başladı. Xüsusilə qadınlar böyük bir çətinliklə üz-üzə qaldılar. Yeyəsən, necə yeyəsən, yeməyəsən, necə yeməyəsən. Elə bil ki, qadınların acığına dövr də dəyişdi. Su da içdilərsə, kilo almağa başladılar.

Çəkisi artıq insanlara isə artıq cəmiyyətdə qəribə baxışlar formalaşmağa başladı. Bu səbəbdən də qadınlar necə olursa-olsun, kilo verməyə, formaya düşməyə çalışdılar. Bunun üçün də müxtəlif yollar axtarmağa başladılar.

Məsələn, əksər qadınlar Ramazanda orucu məhz arıqlamaq üçün tutmağa başladılar. Bu oruc da belə oldu ki, səhərdən axşama ac qaldılar, axşamsa elə yeyib-içdilər ki, heç bir faydası olmadı. Əksinə, Ramazanın sonunda baxdılar ki, əvvəlkindən də kilolu olublar. Belə olanda yenə yeni yollar axtarmağa başladılar. Necə etməli ki, bu kilolardan xilas olmalı...

Hə, bu arada artıq qadınların istəkləri məlum olduğu üçün arıqlama preparatları da ölkəyə gətirildi, məhsulları da. Qadınlar həmin preparatlardan, çaylardan istifadə etməyə başladılar. Nəticəsi isə bu oldu ki, onlarla qadın həmin preparat və çaylardan istifadə etdiyi üçün ölümcül vəziyyətə düşdü. Belə olanda isə onlardan da imtinaya başladılar.

Arıqlamağın yolunu plates, fitnesdə görənlər bu kimi zalların sayını artırmağa başladılar və sosial şəbəkələr başladılar arıqlamağın bu yolunun reklamını aparmağa. Qadınlar da üz tutdular plates və fitnes zallarına. Bu dəfə nə baş verdi? Elə ağrılarla, yanmalarla qarşılaşdılar ki, elə birinci gedişlə də bu arıqlama metodundan vaz keçdilər.

Yaranmış şəraitdən yararlanan bəzi adamlar isə nə etdilər? Adlarını dietoloq qoyub başladılar sosial şəbəkələrdə arıqlama reseptləri satmağa. İnsafən onlar arasında həqiqi dietoloqlar da var. Lakin belə dietoloqların kölgəsinə sığınanlar da təəssüf ki, az deyil. Beləliklə də yaxşı və pis dietoloqlardan alınan reseptlər bəzi qadınların istədikləri kiloya enmələri, bəzi qadınların isə elə olduğu kiloda qalması ilə nəticələndi.

Uzun sözün qısası, hazırda da qadınlar arıqlamaq üçün hansı üsulun daha səmərəli olmasını gündəlik olaraq axtarmaqdadır. Yəni onlar elə bir üsul seçmək istəyirlər ki, həm yesinlər, həm də arıqlasınlar. Gözəl-gözəl şirniyyatlardan dadmamış olmasınlar, idmanla məşğul olub özlərinə əziyyət verməsinlər, mənşəyi bilinməyən preparatlardan, məhsullardan istifadə edib həyatlarını itirməsinlər.

Bəli, bütün bunların xaricində yeni bir yol, yeni bir üsul nə ola bilər ki, qadınları müəyyən kiloda saxlaya. Onlar gözəl, cazibədar görünələr? Bu, nə ola bilər? Əslində bizə çox yaxın, lakin ağlımıza gətirmədiyimiz bir üsul var ki, hər bir qadın üçün çox əlçatandır ki... Bu, bizim bəzi televiziya kanallarıdır.

Maraqlıdır, deyilmi? Hələ onlarla sual da doğura bilər ki, tv-lər hara, arıqlamaq hara? Lakin böyük əminliklə deyirəm ki, arıqlamağın ən yaxşı üsulu gündə ən az 5-10 dəqiqə həmin tv-lərə baxmaqdır. Orada elə söhbətlər gedir, elə hadisələrdən danışılır, elə şeylər görürük və bu an insanın əti o dərəcədə tökülür ki, arıqlamamaq mümkün deyil.

Belə isə, sizə uğurlar arzulayıram, əziz qadınlar. Bir bunu da təcrübədən keçirin. Düşünürəm ki, peşman olmazsınız...

Mətanət Məmmədova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 İyun 2025 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see666

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see361

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see218

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see194

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see187

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

01 Oktyabr 2026 15:24see184

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see183

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see179

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see175

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see171

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see171

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see170

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see168

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see167

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see166

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see165

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see165

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see164

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see161

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri