Arıqlamaq istəyənlər üçün gözlənilməz məsləhət: Şorba kömək edə bilər
Icma.az, Oxu.az saytına istinadən bildirir.
Şorba gündəlik rasionun vacib elementi sayılmır, lakin bu cür yeməklər bədən quruluşuna diqqət yetirən və arıqlamaq istəyən şəxslər üçün faydalı ola bilər.
Oxu.Az bildirir ki, bu barədə rusiyalı diyetoloq və nutrisioloq Sofya Kovanova Aif.ru nəşrinə müsahibəsində danışıb.
"Əgər menyuda kifayət qədər su, lif və protein varsa, mədə-bağırsaq sistemi şorbasız da normal fəaliyyət göstərə bilər. Bu komponentlər yetərli deyilsə, şorbalar problemi aradan qaldırmağa kömək edən vasitə rolunu oynaya bilər", - deyə Sofya Kovanova bildirib.
O, şorbaların artıq çəki ilə mübarizədə necə faydalı ola biləcəyini də izah edib.
"Arıqlamaq istəyən insanlar üçün yüngül tərəvəz şorbaları və ya paxlalı bitkilərdən hazırlanan şorbalar (məsələn, mərcimək şorbası, minestrone və ya tərəvəzli toyuq şorbası) daha məqsədəuyğundur. Bu cür yeməklər toxluq hissi yaradır, çəkinin idarə olunmasına kömək edir və həzm sisteminə düşən yükü azaldır", - deyə diyetoloq əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 21 Fevral 2026 04:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















