Icma.az
close
up
RU
Arıqlamaq istəyərkən hamilə qala bilərsiniz Ehtiyyatlı OLUN!

Arıqlamaq istəyərkən hamilə qala bilərsiniz Ehtiyyatlı OLUN!

Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Alimlər uzun araşdırmadan sonra maraqlı nəticə ilə qarşılaşıblar. Məlum olub ki, “Ozempic” adlı dərman vasitəsilə arıqlayan qadınlar kütləvi şəkildə hamilə qalmağa başlayıblar. 

Hollivud məşhurları da daxil olmaqla, bir çox insanın arıqlamaq üçün istifadə etdiyi diabet dərmanı “Ozempic” və onun analoqlarının daha bir əks-təsiri aşkar edilib.

Dərmandan arıqlamaq üçün istifadə edən qadınlar hamilə qaldıqlarını və uşaq dünyaya gətirdiklərini bildiriblər. 

Bir çox qadın hamiləlik xəbərinin onlar üçün tamamilə sürpriz olduğunu etiraf edib. Reproduktiv tibb və piylənmə sahəsində həkimlər diabet dərmanları ilə çəki itirərkən qadınlarda məhsuldarlığın artması tendensiyası müşahidə etdiklərini bildiriblər. 

Mütəxəssislər səbəblərdən biri kimi “Ozempic”in çəkiyə təsirini göstəriblər: qadınlar arıqladıqda, piylənmə və metabolik pozğunluqların yaratdığı hormonal balans bərpa olunur.

Bu dərman ölkəmizdə də istifadə olunur.

Məsələ ilə bağlı fikirlərini Bizim.media bölüşən həkim-ginekoloq Təranə Həsənova bildirib ki, adı çəkilən dərman Azərbaycanda da kifayət qədər populyardır:

“Qadınlar çəki atmaq üçün bundan çox istifadə edirlər. Bu dərman həm də şəkəri stabilləşdirir. İnsulin müqaviməti olan qadınlar da bundan istifadə edirlər. Bu, şəkərin ilkin mərhələsində kömək edir. Amma “Ozempic” qəbul edəndə qadınlar asanlıqla hamilə qalırlar. 

Ona görə ki, bu dərmandan istifadədən sonra orqanizmdə təkcə şəkər stabilləşmir, həm də həmin qadınlar xeyli çəki ata bilirlər. Bundan sonra isə orqanizmdəki maddələr mübadiləsi normal vəziyyətə gəlir. Orqanizmdə hər şey öz normal qaydasına gəldiyi üçün də istənilən qadın asanlıqla hamilə qala bilir. Yəni arıqlamaq üçün istifadə edilən bəzi dərmanlar, o cümlədən “Ozempic”dən istifadədən sonra qadınlarda hamilə qalma riski kifayət qədər yüksək olur”.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:231
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see384

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see381

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see359

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see352

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see339

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see332

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see308

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see283

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see265

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see258

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see241

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see237

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see231

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see222

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see215

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see212

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see206

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see196

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see192

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri