Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Qış tədarükündə ehtiyyatlı olun: zəhərlənə bilərsiniz

Qış tədarükündə ehtiyyatlı olun: zəhərlənə bilərsiniz

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qış konservləri düzgün üsullarla və gigiyenik şəraitdə hazırlandıqda insan sağlamlığına zərər vermir. Bununla belə, qeyri-adekvat saxlanma şəraiti, gigiyenik qaydalara əməl edilməməsi konservləşdirilmiş qidalarda “Clostridium botulinum” bakteriyasının yaranmasına və botulizmə (zəhərlənmə) səbəb ola bilər. Düzgün konservləşdirilməmiş qidalar görmə qabiliyyətinin azalması, əzələ zəifliyi və tənəffüs problemi kimi ciddi problemlərə səbəb ola bilər.

Yayda konservləşdirilmiş qidaların qışda istehlakının təhlükəli olması ilə bağlı bəzən mətbuatda məlumatlar dərc edilir, bu doğru iddia deyil. Konservləşdirmənin insan sağlamlığına zərərli olması iddiası yalandır, bir şərtlə ki konservləşdirmə prosesi doğru aparılmış olsun. Müvafiq üsul və texnikadan istifadə edilməklə konservləşdirmənin insan sağlamlığına zərərli olduğunu göstərən heç bir ciddi sübut yoxdur. İnqrediyentlərin təmizliyindən və hazırlıq prosesindən asılı olaraq evdə hazırlanmış konservləri xarab olmadan 1 ilədək saxlamaq olur.

Məsələn, konservləşdirilmiş pomidorun təzə pomidordan daha faydalı olduğunu bilirdinizmi? Araşdırmalar göstərir ki, bişmiş pomidor daha yüksək qida dəyərinə malikdir. Bişmiş pomidorda bişməmiş pomidordan daha çox likopen var. Likopen – bitki mənşəli təbii piqmentdir və güclü antioksidant təsirə malikdir. Likopen sərbəst radikalları zərərsizləşdirir, hüceyrələri qocalmadan və zədələnmədən qoruyur.

Konservləşdriilmiş qidalar açılan zaman xoşagəlməz qoxu, məhsulun xarab olduğunu göstərən ən sadə işarədir. Belə konservlər heç vaxt istehlak edilməməlidir. İçərisində köpüklənmə varsa, dadındakı turşuluq kimi əlamətlər, habelə qapağından sızma da konservləşdirilmiş qidanın xarab olduğunun göstəricisidir. Konservləri istehlak etməzdən əvvəl qapağı yoxlanılmalıdır. Qapaqda hər hansı bir şişkinlik və ya qabarıqlıq bakteriyanın yarandığını və artdığını göstərir. Ev üsulu konservlərin xarab olmasının qarşısını almaq üçün tərəvəz və meyvələr təzə olmalı, bankalar sterilizasiya edilməli, qapaqlar möhkəm bağlanmalıdır. Həmçinin, qaynadıqdan sonra bankalar sərin, quru yerdə saxlanmalıdır.

Evdə konservləşdirmə zamanı yeni qapaqlardan istifadə etmək çox vacibdir. Metal banka qapaqları yalnız bir dəfə istifadə edilə bilər. Çünki köhnə qapaqlar düzgün bağlanmır, hava keçirir, bakteriyaların yaranmasına və konservin xarab olmasına səbəb olur. Konservləşdirmə prosesində gigiyena standartlarına riayət etmək çox vacibdir. Konservləşməyə hazırlıq zamanı tərəvəzlər yaxşıca yuyulmalı və dərmanlı, gübrəli ola bilmə ehtimalına qarşı sirkəli suda saxlanmalıdır. İstifadə olunacaq bankalar və qapaqlar əvvəlcə axar suyun altında yuyulmalı, sonra bir qazanda bankalar və qapaqlar ən azı 15 dəqiqə qaynadılmalıdır.

Konservlərdə mikroorqanizmlərin əmələ gəlməsinin qarşısını almaq üçün tərəvəzləri düzgün qaynatmaq vacibdir. Tərəvəz konservləri turşuluğundan asılı olaraq 10-20 dəqiqə qaynadılmalıdır. Meyvələr, eləcə də pomidor kimi yüksək turşuluqlu qidalar orta hesabla 20 dəqiqə qaynadılmalıdır. Unutmayın ki, botulinum bakteriyaları hətta 100 dərəcə temperaturda belə ölmür. Standart qazanda qaynama temperaturu, sobanın istiliyi nə qədər yüksək olursa olsun, 100 dərəcədən çox ola bilməz, deməli bu temperaturda botulinum bakteriyaları məhv edilə bilməz. Ona görə də konservləşdirmə zamanı maksimum diqqətli, maksimum gigiyenik olmaq şərtdir.

Konservləşdirilmiş qidalar qapağı açıldıqdan sonra soyuducuda saxlamaq şərti ilə 2-3 gün ərzində istehlak edilməlidir. Açılılmış bankaların çox qalmaması üçün konservləri çox böyük olmayan bankalarda etmək daha yaxşı olardı. Uzun müddət açıq qalmış konserv qidanı qəbul etmək botulizm zəhərlənməsi yarada bilər. Qida botulizminin ilkin simptomları qida qəbulundan 18-36 saat sonra görünür. Zəhərlənmənin ilk əlamətləri halsızlıq və başgicəllənmədir. Ümumi simptomlar arasında bulanıq görmə və ikiqat görmə, ağız quruluğu, danışma və udma çətinliyi, ürək döyüntüsünün azalması, aşağı qan təzyiqi, nəfəs almaqda çətinlik, əzələ zəifliyi, dəri rənginin dəyişməsi, tərləmə, qarın ağrısı, ürəkbulanma, qusma və qəbizlik daxildir. Müalicə olunmazsa, yüksək ölüm nisbətinə malikdir və son dərəcə təhlükəlidir. Hər il mətbuatda xüsusilə pomidor turşusunun səbəb olduğu botulizm zəhərlənmələrindən ölüm halları barədə məlumatlar yayılır.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “ uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti çərçivəsində hazırlanıb

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 Avqust 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see725

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see689

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see688

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see519

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see500

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see487

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see484

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see417

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see369

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see360

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see359

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see352

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see348

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see341

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see340

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see336

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see332

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see330

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see321

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see310
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri