Icma.az
close
up
RU
Arıqlayan zaman dəri sallanmasından necə xilas olaq? KONKRET

Arıqlayan zaman dəri sallanmasından necə xilas olaq? KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Arıqlamağa qərar verən bir çox insan çəki azaldıqdan sonra sallanmış dəri problemi ilə qarşılaşır. Bəs bu narahatlıqdan necə qaçmaq və dərinin elastikliyini, tonusunu necə qorumaq olar?

KONKRET.az xəbər verir ki, Rusiyanın tanınmış plastik cərrahı Aleksey İqnatenko bununla bağlı öz tövsiyələrini bölüşüb.

Ekspertin sözlərinə görə, arıqlamaq – orqanizmin mürəkkəb yenidənqurma prosesidir, burda əsas amillərdən biri çəkini tədricən azaltmaqdır.

“Çox sürətli arıqlama dərinin elastikliyinin itirilməsinə səbəb ola bilər, buna görə də dərinin dəyişikliklərə uyğunlaşması üçün yavaş-yavaş arıqlamaq vacibdir”, – deyə o bildirib.

Həkim digər vacib aspektin əzələ tonusunun saxlanılmasını göstərib.

“Bu məsələdə dartınma məşqləri kömək edəcək. Əzələləri gücləndirməyə yönəlmiş müntəzəm güc məşqləri dəri tonusunu qorumağa və sallanmanın qarşısını almağa kömək edəcək. Arıqlama zamanı metabolizm əhəmiyyətli dərəcədə dəyişir. Bu zaman sadəcə pəhrizdə olmaq deyil, düzgün qidalanmaq və dəri sağlamlığı üçün lazım olan kifayət qədər zülal, vitaminlər və minerallar qəbul etmək lazımdır”, – deyə o izah edib.

Aleksey İqnatenko, həmçinin dərinin nəmləndirilməsi və elastikliyinin qorunması üçün kifayət qədər su içməyi tövsiyə edir.

“Buna dəstək vasitələri kimi masaj məsləhətdir. Üz və bədənin müntəzəm masajı qan dövranını yaxşılaşdırır, əzələləri gücləndirir və dəri tonusunu qoruyur”, – deyə həkim əlavə edib.

Ekspert kosmetoloji xidmətlərin köməyini də vurğulayıb.

“Belə ki, radiodalğalı liftinq proseduru kollagen liflərini stimullaşdıraraq dərini möhkəmləndirir. Ultrasəs liftinq (ultrasəs terapiyası) kollagenin təbii istehsalını stimullaşdırır və dəri tonusunu yaxşılaşdırır. Lazer prosedurlarının növlərindən biri olan işıq lazerləri ilə stimulyasiya dərinin regenerasiyasına kömək edir. Botoks qırışları hamarlayır və dərini möhkəmləndirir. Həmçinin toxumaların regenerasiyasını stimullaşdıran plazma ilə dəriyə təsir edən plazmoterapiyanın effektivliyini də vurğulamaq istərdim. Vitaminlər, mikroelementlər və digər aktiv maddələrin dəri altına yeridilməsi proseduru olan mizoterapiya isə dərinin ümumi vəziyyətini yaxşılaşdırır”.

Həkim sonda bildirib ki, dəriyə müntəzəm qulluq, nəmləndirici vasitələr, vitaminlər və antioksidantlarla zəngin serumlardan istifadə elastikliyi qorumağa və dərinin sallanmasının qarşısını almağa kömək edir.//Oxu.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://konkret.az
archiveBu xəbər 17 Noyabr 2024 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see287

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see258

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see204

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see191

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see167

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see162

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see158

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see145

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see145

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see141

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see136

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri