Icma.az
close
up
RU
Arıqlayan anaların nəzərinə

Arıqlayan anaların nəzərinə

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Övlad dünyaya gətirəndən sonra qadınların əksəriyyətinin arıqlamaq və formada olmaq istəyi bir qayda olaraq artır.

Tezliklə hamiləlikdən öncəki formaya qayıtmaq istəyən analar müxtəlif üsullara əl atırlar.

Lakin arıqlamanın iki əsas şərti var: balanslı qidalanaraq kaloriləri azaltmaq və daha çox kalori yandırmaq üçün idman etmək. Qida mütəxəssisi Shani Shaker aşırı yeməmək və kökəlməmək, üstəlik arıqlamaq istəyənlər üçün həqiqi aclığı təyin etməyin yollarını paylaşır.

Mütəxəssis aclığın 8 növünü sadalayaraq onları aşağıdakı kimi təsnif edir:

- Fiziki aclıq
- Emosional aclıq
- Pəhriz aclığı
- Hormonal aclıq
- Təsadüfi aclıq
- Meyli aclıq
- Vərdiş edilmiş aclıq
- Assosiativ aclıq

Bütün bu aclıq növlərini bir-birindən ayırd etmək bəzən heç də asan olmur. Bu səbəbdən Shani Shaker aclığın idarə edilməsi və ödənilməsinə dair müəyyən məsləhətlər verir:

- Fiziki aclıq heç bir hisslə səhv salmaq mümkün deyil. Bu zaman mədədə yüngül qurultu və dərin boşluq hiss olunur. Fiziki aclıq, yemək yedikdən sonra keçib gedir. Ac olduqda insan istənilən yeməyi hətta ən sevmədiyi ərzağı belə ləzzətlə yeyə bilər. Bu növ aclıq biganə qoyulmamalıdır.

- Qəfil və təcili baş verən emosional aclıq adətən xoşagəlməz emosiyalarla müşayiət olunur və ya məyusedici bir vəziyyətlə əlaqədar olaraq meydana gəlir. Emosiyalara qapılıb yemək qəbul etmək olmaz, bu halda oturub bir az fikirləşmək və ya etibar etdiyiniz insanla söhbətləşmək və ya istənilən hobbi ilə baş qatmaq yerinə düşər.

- Əgər aclıq hissi yemək yedikdən 15-60 dəqiqə sonra meydana gəlirsə və ya yeməkdən sonra ürəyiniz şirin nəsə istəyirsə demək bədəninizin vacib qidalandırıcılara ehtiyacı var. Bu səbəbdən balanslandırılmış, faydalı və sağlam qidalara üstünlük verin. Rafinəedilmiş və şirin fabrikat və yarımfabrikat ərzaqlarından uzaq durmağa çalışın.

Aclığınızı tanıyın

- Özünüzü emosional cəhətdən necə hiss edirsiniz?

- Axırıncı yeməyinizdən 3-4 saat keçibdirmi?

- Hansı səbəbdən yemək istəyirsiniz?

- Balanslaşdırılmış qidalanırsınızmı?

Aybaşıdan bir neçə gün əvvəl qadınların çoxunda və mütəmadi olaraq əmizdirən ananlarda müəyyən vaxtlarda şiddətli aclıq hisləri müşahidə olunur. Bu aclıq mütləq şəkildə ödənilməlidir və qəbul olunan qida sağlam və faydalı olmalıdır.

Müəllif: Səltənət Zülfüqarova

Vib.az

.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:229
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 03:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see404

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see370

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see368

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see332

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see328

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see320

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see253

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see243

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see223

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see222

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see214

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see212

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see210

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see210

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see205

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see195

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see194

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see190

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see190

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri