Icma.az
close
up
RU
Arkadi Dvorkoviç Azərbaycanı ənənəvi şahmat ölkəsi adlandırıb İdman və Biz

Arkadi Dvorkoviç Azərbaycanı ənənəvi şahmat ölkəsi adlandırıb İdman və Biz

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Biz mümkün qədər çox sponsor cəlb etməyə və daha geniş auditoriyanı əhatə etməyə çalışırıq. Bu isə turnirlərin müxtəlif yerlərdə keçirilməsini tələb edir".

İdman.biz xəbər verir ki, bu sözləri FIDE prezidenti Arkadi Dvorkoviç təşkilatın 2025-ci il üçün prioritetləri barədə danışarkən deyib.

Beynəlxalq federasiyanın rəhbəri "Kommersant"a müsahibəsində Azərbaycanın da adını çəkib: "Şahmat üçün ənənəvi, bəlkə də bizə daha yaxın olan ölkələr var - Azərbaycan, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Hindistan, Çin. Lakin Sinqapur, London, Nyu-York kimi şəhərləri də unutmaq olmaz. Qərara gəldik ki, onlarla əməkdaşlıq etməliyik".

Dvorkoviç həmçinin İddiaçılar turniri üçün mövcud seçim sistemindən danışıb: “Əgər iki illik dövrdə qalsaq və müxtəlif formatlı turnirlər - İsveçrə sistemi, nokaut sistemi, açıq yarışlar arasında tarazlığa nail olmağa çalışsaq, sistem optimala yaxındır. Amma belə bir fikir də var ki, biz tsikli standartlaşdırmalı, belə desək, onu tennis turlarına bənzətməliyik. Sistem artıq kifayət qədər yaxşı olsa da, hər şey müzakirə olunur".

FIDE prezidenti cari il üçün böyük turnir proqramları olduğunu vurğulayıb: "İlin birinci yarısında - təqvimə görə belə alınıb - qadın şahmatçıların yarışları daha çoxdur. Qran Prinin dörd mərhələsi, apreldə Çin şahmatçıları Cu Vencun və Tan Jonqyi arasında dünya çempionu tacı uğrunda matç və iyulda Dünya kuboku. İlin ikinci yarısında isə daha çox kişilərin yarışları olacaq. Bu, İddiaçılar turniri üçün seçmə mərhələlərdən biri olan "Grand Swiss", açıq Dünya kuboku və həmişə olduğu kimi, ilin sonunda rapid və blits üzrə dünya çempionatlarıdır. Bundan əlavə, Mahindra Clobal Chess League, rapid və blits üzrə komandalar arasında dünya çempionatı kimi bir sıra maraqlı komanda yarışları da var. İstənilən halda, peşəkar şahmatda əsas diqqət 2026-cı ildə keçiriləcək İddiaçılar turniri üçün seçimə yönələcək”.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 21 Yanvar 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see176

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see151

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri