FIDEnin prezidenti Arkadi Dvorkoviç AZCHEMCO şirkətinin pavilyonunu ziyarət edib
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu gün Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) üçün Bakıya səfəri çərçivəsində Azərbaycanın maye və suda həll olunan gübrələr istehsalçısı AZCHEMCO şirkətinin pavilyonunu ziyarət edib.
Oxu.Az xəbər verir ki, şirkət nümayəndələri şoranlaşmış torpaqların bərpası və kənd təsərrüfatına qaytarılması layihəsində əldə olunan irəliləyişləri qonağa təqdim ediblər.
Layihə çərçivəsində "Azelab" və "Intertek" tərəfindən aparılan laboratoriya tədqiqatları əsasında torpaq şoranlığının 3.6-dan 0.3-ə qədər azalması sübuta yetirilib ki, bu da şoran torpaqlardan kənd təsərrüfatında istifadənin mümkünlüyünü təsdiqləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 18 Noyabr 2024 22:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















