Arpaçay Karate Klubunun təşkilatçılığı ilə “Zəfər Kuboku” adlı mötəbər turnir keçiriləcək
Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
4-6 iyul 2025-ci il tarixlərində Azərbaycan Karate Federasiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə əməkdaşlığı, Arpaçay İdman Birliyinin tərkibində fəaliyyət göstərən Arpaçay Karate Klubunun təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun əldə etdiyi Tarixi Qələbəyə həsr olunmuş “Zəfər Kuboku” adlı karate turniri keçiriləcək.
Arpaçay İdman Birliyinin birinci vitse-prezidenti Yavər Hüseynovun verdiyi məlumata görə, uşaq, yeniyetmə və gənclərin mübarizə aparacağı “Zəfər Kuboku” yarışında Azərbaycanın paytaxtı Bakı şəhərindən və regionlardan 800-ə yaxın idmançının iştirakı gözlənilir. Y.Hüseynov onu da bildirib ki, “Zəfər Kuboku” turnirinin təntənəli açılış mərasimi 5 iyul saat 15:00-da “Sərhədçi” İdman Olimpiya Mərkəzində baş tutacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 01 İyul 2025 10:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















