Icma.az
close
up
RU
“Arpaçay open”in karate turniri

“Arpaçay open”in karate turniri

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş X “Arpaçay open” karate turniri keçirilib. 

Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Karate Federasiyasının birgə təşkilatçılığı ilə Bakı İdman Sarayında keçirilən turnirdə təmsilçilərimizlə yanaşı, Türkiyə, İran, Çexiya, Gürcüstan, Qazaxıstan, Küveyt, Özbəkistan və Rusiya idmançıları da mübarizə aparıblar. Kata, kumite və komanda-kumite yarışlarında, ümumilikdə, 800-ə yaxın idmançı gücünü sınayıb. 

65 idman klubunun iştirak etdiyi turnirdə ümumi nəticələrə görə, Azərbaycan təmsilçisi “Qara qaplan” qalib olub. Digər klubumuz “Qara brilyant” 2-ci, Qazaxıstanın Cambul vilayətinin idman klubu isə 3-cü yerləri tutublar. 

L.QURBANOVA 
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Yanvar 2025 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri