Arsenal Arteta ilə yeni müqavilə üçün danışığa başlayıb
Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Arsenal"ın baş məşqçisi Mikel Arteta klubla yeni müqavilə ilə bağlı ilkin danışıqlar aparıb.
QOL.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Hazırda ispaniyalı mütəxəssisin müqaviləsinin bitməsinə 1 il qalıb. Lakin 44 yaşlı məşqçinin işi klub rəhbərliyini qane etdiyindən tərəflər arasında danışıqlar başlayıb.
Xəbərdə bildirilib ki, tərəflər müsbət yöndə irəliləyən danışıqları mövsümün sonu yaxınlaşdıqca dayandırmaq və yarışları uğurlu başa vurmağa diqqət yetirmək barədə razılığa gəliblər. Lakin mövsümün nəticəsi Mikelin gələcəyinə təsir etməyəcək - həm klub, həm də Arteta tərəfdaşlıqdan məmnundur və onu davam etdirmək istəyirlər.
Qeyd edək ki, Arteta 2019-cu ildən "Arsenal"ı çalışdırır. O, bu komandada baş məşqçi kimi yeganə böyük kubokunu debüt mövsümündə qazanıb. Həmin mövsüm "topçular" İngiltərə kubokunu qazanıb. Hzırda "Arsenal" 70 xalla İngiltərə Premyer Liqasında vahid liderdir. Komanda həm də Çempionlar Liqasının 1/4 finalına qədər irəliləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 10 Aprel 2026 12:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















