Arteta “Arsenal”la yeni müqavilə bağlayacaq
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İngiltərə çempionu “Arsenal” futbol klubu komandanın baş məşqçisi Mikel Arteta ilə yeni müqavilə imzalayacaq.
İdman.biz BBC Sport-a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssisin London klubu ilə hazırkı sözləşməsinin müddəti mövsümün sonunda başa çatır. Tərəflər arasında yeni müqavilə ilə bağlı danışıqlar bir neçə aydır davam edir.
Artetanın “Arsenal”la yekun razılığa gəldiyi bildirilir. Yeni müqavilənin müddəti hələ açıqlanmayıb. Lakin anlaşmanın 2019-cu ilin dekabrından komandaya rəhbərlik edən mütəxəssisin klubdakı fəaliyyətini ən azı 10-cu ilə qədər davam etdirməsinə imkan verəcəyi gözlənilir.
Yeni sözləşməyə əsasən Artetanın maaşının da əhəmiyyətli dərəcədə artırılacağı gözlənilir. Hazırda onun illik qazancı 10 milyon funt-sterlinq təşkil edir. Bu məbləğ bonuslarla birlikdə 15 milyon funt-sterlinqə çata bilər.
Qeyd edək ki, Arteta 2019-cu ilin dekabrından “Arsenal”a rəhbərlik edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 22 Sentyabr 2026 18:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















