Icma.az
close
up
RU
“Arsenal” büdrədi, “Liverpul” darmadağın oldu

“Arsenal” büdrədi, “Liverpul” darmadağın oldu

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Premyer-liqanın 11-ci turu çox məhsuldar və maraqlı alındı.

"Football-plus.az" xəbər verir ki, turun mərkəzi oyununda “Mançester Siti” ilə “Liverpul” üz-üzə gəldi. Qvardiolanın komandası çempion üzərində inamlı qələbə qazandı.
İnadkar “Sanderlend”in qonağı olan “Arsenal” gözlənilmədən büdrədi. İlk yarıdan sonra minimal hesabla uduzan “topçular” 2-ci hissədə iki qol vurmaqla növbəti qələbəyə doğru irəliləsə də, “qara pişiklər” uzatma dəqiqələrində məğlubiyyətdən qurtuldu – 2:2. “Tottenhem” – “Mançester Yunayted” oyunu da bu hesabla bitdi. İlk yarıda üstünlüyə malik olan “qırmızı şeytanlar” Mbemonun sayəsində hesabı açdı. Fasilədən sonra təzyiqi artıran “mahmızlar” final fitinə yaxın bir-birinin ardınca iki qol vurdu – Tel və Rişarlison fərqləndi. Hər kəs Şimali London klubunun əzmkar qələbə qazanacağını düşündüyü anda mankunianlar bərabərlik qolunu vurmağı bacardı.
Hesabat turunda problem yaşamayan komandalardan biri “Çelsi”di. “Zadəganlar” acınacaqlı durumda olan “Vulverhempton”un qapısından üç cavabsız top keçirdi. “Aston Villa” da yaxşı forma yığıb. Birmingemlilər “doğma divarlar” arasında möhkəm “Bornmut”a “divan tutdu” – 4:0. “Albalılar”ın intriqanı bərpa etmək şansı var idi, sadəcə, hesab 0:2 olarkən Semenyo penaltini boşa verdi. “Nottingem Forest” mövsümdə ikinci qələbəsini qazandı. “Meşəçilər” evdə “Lids”in öhdəsindən gəldi – 3:1. “Brentford” eyni hesabla “Nyukasl”dan üstün oldu. “Vest Hem” də fanatlarını sevindirdi. “Çəkicdöyənlər” doğma arenada “Bernli” üzərində çətin qələbə qazandı – 3:2. “Everton” “Fulhem”in qapısından hər hissədə bir top keçirdi. Turun yeganə qolsuz heç-heçəsi “Kristal Pelas” – “Brayton” oyununda qeydə alındı.
11-ci tur
Mançester Siti – Liverpul 3:0

Holann, 29. Niko, 45+3. Dokyu, 63. (52511)
MS: Donnarumma, Nunyeş, Diaş, Qvardiol, O’Rayli, B.Silva, Niko, Foden, Şerki (Savinyo, 53), Holann, Dokyu (Marmuş, 74).
Liverpul: Mamardaşvili, Bredli (Qomes, 83), Konate, Van Diyk, Robertson (Kerkez, 56), Qravenberx, Makallister (Cons, 74), Salah, Soboslai, Virts (Kyeza, 83), Ekitike (Qakpo, 56).
Tottenhem – Mançester Yunayted 2:2
Tel, 84. Rişarlison, 90+1 – Mbemo, 32. De Liqt, 90+6. (61210)
Tottenhem: Vikario, Porro (Udoci, 67), Romero (Danso, 88), Van de Ven, Spens, Palyinya (Bentankur, 79), Sarr, Conson, Simons (Tel, 79), Rişarlison, Kolo Muani (Odober, 46).
MY: Lammens, De Liqt, Maquayr (Yoro, 72), Şou, Mazraui (Şeşko, 58), Kazemiro (Uqarte, 72), Fernandeş, Dorqu (Dalot, 80), Dyallo, Kunya (Maunt, 72), Mbemo.
Sanderlend – Arsenal 2:2
Ballard, 36. Brobbi, 90+4 – Saka, 54. Trossar, 74. (46799)
Arsenal: Rayya, Timber, Saliba, Qabriel, Kalafyori, Eze (Moskera, 88), Subimendi, Rays, Saka, Merino, Trossar.
Çelsi – Vulverhempton 3:0
Hüsto, 51. Pedro, 65. Neto, 73. (39467)
Çelsi: Sançes, Hüsto (Ceyms, 77), Fofana, Çaloba, Kukurelya, Kaysedo, Fernandes (Santos, 83), Neto (Giyu, 77), Pedro (Gittens, 83), Qarnaço, Delap (Estevao, 64).
Vest Hem – Bernli 3:2
Uilson, 44. Souçek, 77. Uoker-Piters, 87 – Flemminq, 35. Kallen, 90+7. (62449)
Everton – Fulhem 2:0
Geye, 45+4. Kin, 81. (52491)
Aston Villa – Bornmut 4:0
Buendia, 28. Onana, 40. Barkli, 77. Malen, 83. (40792)
Brentford – Nyukasl 3:1
Şade, 56. Tyaqo, 78-p.; 90+6 – Barns, 27. (17207)
Kristal Pelas – Brayton 0:0
(24326)
Nottingem Forest – Lids 3:1
Sanqare, 15. Gibbs-Uayt, 68. Anderson, 90+1-p. – Nmeça, 13. (30708)
1. Arsenal 11 8 2 1 20-5 26
2. Mançester S. 11 7 1 3 23-8 22
3. Çelsi 11 6 2 3 21-11 20
4. Sanderlend 11 5 4 2 14-10 19
5. Tottenhem 11 5 3 3 19-10 18
6. Aston Villa 11 5 3 3 13-10 18
7. Mançester Y. 11 5 3 3 19-18 18
8. Liverpul 11 6 0 5 18-17 18
9. Bornmut 11 5 3 3 17-18 18
10. Kristal Pelas 11 4 5 2 14-9 17
11. Brayton 11 4 4 3 17-15 16
12. Brentford 11 5 1 5 17-17 16
13. Everton 11 4 3 4 12-13 15
14. Nyukasl 11 3 3 5 11-14 12
15. Fulhem 11 3 2 6 12-16 11
16. Lids 11 3 2 6 10-20 11
17. Bernli 11 3 1 7 14-22 10
18. Vest Hem 11 3 1 7 13-23 10
19. Nottingem Forest 11 2 3 6 10-20 9
20. Vulverhempton 11 0 2 9 7-25 2
Bombardirlər: Holann (MS) – 13, Semenyo (Bornmut), Tyaqo (Brentford), Mateta (Kristal Pelas), Uelbek (Brayton) – 6.
Növbəti turun oyunları noyabrın 22-24-ü aralığında keçiriləcək: Bernli – Çelsi, Bornmut – Vest Hem, Brayton – Brentford, Vulverhempton – Kristal Pelas, Liverpul – Nottingem Forest, Fulhem – Sanderlend, Nyukasl – Mançester Siti, Lids – Aston Villa, Arsenal – Tottenhem, Mançester Yunayted – Everton.
Turun rəqəmi
1000 – Qvardiola məşqçi karyerasında oyun sayını bu həddə çatdırdı. İspaniyalı mütəxəssis bu oyunların 716-da qələbə qazanıb, 156-da heç-heçə edib, 128-də uduzub. O, karyerası boyunca 40 böyük titul qazanıb – hər titulun qazanılmasına orta hesabla 25 oyun sərf olunub. Qvardiolanın MS-yə qədər “Barselona B”, “Barselona” və “Bavariya” komandalarını çalışdırdığını da xatırladaq.
Turun ulduzu
Jeremi Dokyu (MS) – turun mərkəzi oyununun taleyinin müəyyənləşməsində önəmli rol oynadı. Belçikalı cinahında “at oynatdı”, daim təzyiq göstərdi. Çoxlu təhlükəli vəziyyət yaratdı və haqq etdiyi qolu vurdu.
Turun sitatı
Hari Lineker, İngiltərə yığmasının sabiq hücumçusu:

“Arsenal” bu mövsüm kiməsə çatmağın qayğısı ilə yaşamır. Heç bir başqa komanda qeyri-adi dərəcədə sabit oynamasa, “topçular” üçün hər şey yaxşı olacaq. Əlbəttə, MS sürət yığır, “Liverpul” isə çox pis oynayır. “Arsenal” azarkeşi olsaydım, indi özümü yaxşı hiss edərdim”.


Faktlar
* MS “Liverpul”la çempionat oyunlarında yerinə yetirdiyi son 5 penaltidən dördünü boşa verib. Xatırladaq ki, Holann 13-cü dəqiqədə Mamardaşvili ilə mübarizədən məğlub ayrıldı. Yeri gəlmişkən, norveçli ulduz karyerası boyunca 10-cu dəfə penaltidən yararlanmadı. Onun 44 zərbəsu uğurlu olub. Mamardaşvili “böyük beşlik” ölkələrində çıxış edən qapıçılar arasında son üç mövsümdə dəf olunan penalti sayına görə liderdi. Gürcü kiper 2023/24 mövsümünün startından bəri “Liverpul” və “Valensiya”nın oyunçusu kimi 6 penalti qaytarıb.
* “Liverpul”un premyer-liqadakı uzunmüddətli qol seriyası qırıldı. “Qırmızılar” MS ilə oyuna qədər ardıcıl 44 qarşılaşmada fərqlənmişdi. Bu, premyer-liqa tarixində 2-ci nəticədi. Bu göstəricidə rekord “Arsenal”a məxsusdu. “Topçular” 2001-02-ci illərdə ardıcıl 55 oyunda fərqlənib.
Oyundan sonra
Pep Qvardiola, MS-nin baş məşqçisi:

“İlk yarını çox yaxşı keçirdik, rəqib 2-ci hissədə “artırdı”. Xüsusən də fasilədən sonra ilk 5-10 dəqiqədə oyunumuzu itirdik. Bu zaman “Liverpul”un bəzi imkanları oldu. 1000-ci oyunda belə hədiyyəyə görə oyunçulara və məşqçilərə təşəkkür edirəm. Bu həddə Mançesterdə, doğma “Siti” ilə çatdığıma görə qürur duyuram. 1000-ci oyunu ailəm önündə və məhz “Liverpul”a qarşı keçirmək mənim üçün xüsusi olaydı. Bu kluba hörmətim böyükdü”.

Arne Slot, “Liverpul”un baş məşqçisi:

“Həftə çox yaxşı başladı, ancaq qorxunc şəkildə bitdi. “Mançester Siti” ilə səfər oyunu biz qarışıq istənilən komanda üçün çətin sınaqdı. Ötən mövsüm burda qələbə qazana bildik, ona görə ki, standart vəziyyətdən yararlandıq, hesabda irəli çıxdıq, sonra da inadla müdafiə olunduq. Bu gün isə faktiki qalib gəlmək imkanımız yox idi. Oyunumuzu yaxşılaşdırmalı olduğumuzu anlayırıq. Bu gün üçün müsbət məqam axtarırıqsa, 2-ci hissədəki oyunumuz xoşuma gəldi. 0:3 uduzan başqa komandalar, adətən, təslim olur, mən isə bunu görmədim. Oyuna dönməyə çalışan “Liverpul” gördüm”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:314
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 18 Noyabr 2025 19:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xərçəng üçün inqilabı müalicə: Dərman tapıldı

06 Sentyabr 2026 12:33see275

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see272

Maşın bazarında SON VƏZİYYƏT: Qiymətlərə təsir edən amillər hansılardır? VİDEO

06 Sentyabr 2026 08:38see267

Trampın haqlı çıxdığı məqam: İran iqtisadiyyatı həqiqətən də ağır böhran içindədir VİDEO

06 Sentyabr 2026 09:26see252

Bu gün Esvatini Krallığının milli bayramıdır

06 Sentyabr 2026 12:07see238

Selen Öztürk yeni serialla ekranlara qayıdır

06 Sentyabr 2026 11:39see229

Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib Nəticələr 5 günə açıqlanacaq

06 Sentyabr 2026 14:29see227

İlham Əliyev III Msvatini təbrik etdi

06 Sentyabr 2026 11:38see224

Misir Mərdanov: Sayı yox, keyfiyyəti artırmaq lazımdır

06 Sentyabr 2026 14:14see222

Şəkidə avtomobil piyadanı vuraraq öldürdü

06 Sentyabr 2026 21:50see207

Suriyanın səhiyyə naziri silah götürüb atəş açdı

06 Sentyabr 2026 16:54see206

Süni intellekt xərçəng müalicələrinin seçilməsinə kömək edə bilər

07 Sentyabr 2026 06:01see204

Quba Xaçmaz avtomobil yolunda xəsarət alan 2 nəfərin SON DURUMU

06 Sentyabr 2026 21:20see203

Vüsal Ağayev yüksək vəzifəyə gətirildi

06 Sentyabr 2026 19:10see198

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır

07 Sentyabr 2026 02:16see196

Küçə xuliqanı, həbsdən qaçan agent, yorğun biznesmen... Jan Pol Belmondonun 5 məşhur rolu

06 Sentyabr 2026 14:00see189

Veteran futbolçu Mehman Hacıyev 52 yaşında vəfat edib

07 Sentyabr 2026 01:38see186

ABŞ nin hücum etdiyi üç İran tankerindən biri Oman körfəzində batıb

06 Sentyabr 2026 08:52see180

Bakıda bu evlər söküldü

07 Sentyabr 2026 15:21see177

Rembrandtın avtoportreti 80 ildən sonra Qotaya qayıdıb

06 Sentyabr 2026 10:32see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri