Liverpul Arsenal dan üstün oldu
Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Liverpul" İngiltərə Premyer Liqasının 3-cü turunda doğma meydanda "Arsenal" üzərində qələbə qazanıb.
Milli.Az xəbər verir ki, "Enfild"də keçirilən qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunun taleyini 83-cü dəqiqədə Dominik Soboşlay həll edib. Macarıstanlı yarımmüdafiəçi qapını birbaşa cərimə zərbəsindən dəqiq nişan alaraq komandasına vacib üç xal qazandırıb.
Qeyd edək ki, "Arsenal" artıq 13 ildir Premyer Liqada "Enfild"də "Liverpul"u məğlub edə bilmir. London təmsilçisi sonuncu dəfə 2012-ci ilin sentyabrında səfərdə 2:1 hesabı ilə qalib gəlib. Yalnız 2020-ci ildə Liqa Kubokunun 1/8 finalında "topçular" penaltilər seriyasında "Liverpul"u məğlub etməyə nail olublar.
Hazırda "Liverpul" 9 xalla turnir cədvəlinə başçılıq edir və mövsümün ilk üç oyununda qələbə qazanan yeganə komanda olub. "Arsenal" isə 6 xalla 3-cü pillədə qərarlaşıb.
Növbəti turda "Liverpul" sentyabrın 14-də səfərdə "Bernli" ilə qarşılaşacaq, "Arsenal" isə bir gün öncə "Nottingem Forest"i qəbul edəcək.
Hüseyn
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 01 Sentyabr 2025 09:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















