Icma.az
close
up
RU
“Arsenal” maksimum nəticə ilə irəliləyir

“Arsenal” maksimum nəticə ilə irəliləyir

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yanvarın 20-21-də Çempionlar Liqasında liqa mərhələsinin 7-ci turunun oyunları keçirildi.

"Football-plus.az" xəbər verir ki, bu tura qədər beş komandanın pley-offda oynayacağı dəqiqləşmişdi. Bunlar “Arsenal”, “Bavariya”, PSJ, “Mançester Siti” və “Atalanta” idi. Hesabat turundan sonra “Arsenal”la “Bavariya”nın 1/8 finalda oynayacağı da dəqiqləşdi. “Qarabağ” da möhtəşəm qələbə sayəsində pley-offa adlamaq şansını hədsiz artırdı.
“Kayrat” sona iki tur qalmış pley-offa düşməklə bağlı cüzi şansa malik idi. Ancaq “Brügge”yə evdəki məğlubuyyətdən sonra bu da aradan qalxdı. Belçikalılar öyrəşmədiyi hava şəraitinə uyğunlaşandan sonra tədricən təşəbbüsü ələ keçirərək ilk yarının son 15 dəqiqəsində iki qol vurdu. Meydan sahibləri isə xoşbəxtliyi əks-hücumlarda axtarırdı. Ancaq onların oyununda yaradıcılıq çatmırdı. Ardıcıl iki qoldan sonra Urazbaxtinin komandası təşəbbüsü ələ keçirməklə bağlı uğursuz cəhdə əl atdı. Daha iti hücumlar quran “Brügge” isə 2-ci hissənin gedişində fərqi 4 topa çatdırdı. Sona qədər mübarizə aparan “Kayrat”ın gücü yalnız təsəlli qoluna çatdı. Cəmi 1 xala malik olan qazaxlar yenə də turnir cədvəlinin zirzəmisindədi. Əvəzində Belçika klubu pley-offa vəsiqə uğrunda mübarizəni davam etdirir.
“Mançester Siti” gözlənilmədən səfərdə “Bude-Qlimt”ə uduzdu. İngiltərə çempionluğuna iddialı komanda Norveçdəki oyuna mövqe hücumlarıyla başladı. Mankunianların heyətində Ayt-Nuri ilə Şerki seçilirdi. Məhz Şerki ilk dəfə Haykinin ayıq-sayıqlığını yoxladı. Budelilər fasiləyə qədər oyun vaxtının yalnız 30 faizində topa nəzarət etsə də, hansısa “avtobusdan” söhbət gedə bilməzdi. Hissə yarılanandan sonra “Bude/Qlimt” rəqibin optimal olmayan müdafiə xəttindəki anlaşmazlıqdan uğurla yararlandı. Hoq əvvəlcə baş zərbəsi ilə topu Donnarummanın ayaqları arasından keçirdi. Ardından yenə də o və yenə də Blomberqin ötürməsindən sonra 2-ci qolu vurdu. Holann hissənin sonuna qədər iki dəfə Haykinin qoruduğu qapıya yol tapa bilərdi, ancaq uğur meydan sahiblərinin yanında oldu. 58-ci dəqiqədə “Siti” üçün vəziyyət daha faciəvi xarakter aldı. Şerki dərhal fərqi azaltsa da, Rodri qısa zaman kəsiyində iki sarı vərəqə almaqla “şəhərlilər”in əziyyətini yerə vurdu. “Bude/Qlimit” ilk qələbə sayəsində pley-off şansını qorudusa, MS ilk 8 komanda sırasına düşmək baxımından özünü çətinə saldı.
“Real”ın indi optimal formasından uzaq olduğu hər kəsə aydındı, ancaq Madriddə açıq futbola üstünlük verən “Monako” daha pis vəziyyətdədi. Qonaqlar bir neçə təhlükəli vəziyyət yaratsa da, səviyyə fərqi özünü göstərdi. Əlbəttə, Mbappenin erkən qolunu da qeyd etmək lazımdı. Ardından Fati hesabı bərabərləşdirməyə borclu idi, ancaq bacarmadı. Mbappe isə bir neçə dəqiqə sonra ikinci qolu da vurdu. Pokonyoli fasilədən sonra oyunun axarını dəyişə bilmədi, “knyazlar” pərən-pərən düşdü. “Real” 5 dəqiqə ərzində hesabı 4:0 etdi. Bundan sonra “Monako” müqaviməti dayandırdı. Düzdü, Vinisius 5-ci qolu vurandan sonra Teze Sebalyosun səhvindən yararlanıb toplardan birinin əvəzini çıxdı, ancaq tezliklə Bellingem “status-kvo”nu bərpa etdi. İnamlı qələbə “Real”ın ilk “8-lik”dəki yerini möhkəmlətdi. “Monako”nu isə “Yuventus”la çox önəmli oyun gözləyir.
7-ci turun mərkəzi oyununda ölkələrində liderlik edən “İnter”lə “Arsenal” qarşılaşdı. Qonaqların erkən qol niyyəti çin oldu. Jezus 10-cu dəqiqədə hesabı açdı. Amma milanlılar bu qolun əvəzini tez çıxdı. 31-ci dəqiqədə “Arsenal” cari mövsümdə artıq neçənci dəfə standart vəziyyətlərin ustası olduğunu göstərdi. Sakanın uzaq dirək önünə ötürməsini Trossar qapıçı meydançasına qaytardı, burda isə Jezus imkan gözləyirdi. Fasilədən sonra “Arsenal” fərqi artırmağa yaxın oldu, ancaq Trossar dəqiq zərbə vura bilmədi. “İnter” tədricən oyunu meydanın rəqibə aid hissəsinə keçirməyi və təhlükəli hücumlar qurmağı bacardı. Amma təzyiqin öhdəsindən gələn “topçular” 84-cü dəqiqədə oyunun taleyini həll etdi. Dyökereş yekun hesabı müəyyənləşdirdi.
“Sportinq” – PSJ oyununun nəticəsi hadisələrin axarına uyğun deyil. PSJ oyunboyu dominantlıq etdi, bəzən təzyiqi inanılmaz həddə çatdırdı. Top üç dəfə lissabonluların qapısından keçsə də, heç biri qol sayılmadı. Meydan sahibləri nadir əks-hücumların birində hesabı açdı. Ancaq 5 dəqiqə sonra bir qədər əvvəl meydana çıxan Kvaratsxeliya bərabərlik qolunu vurdu. Ardından PSJ yenə irəli atıldı və bu dəfə də qapısında qol gördü. “Sportinq” bu qələbə sayəsində xal hesabında PSJ-yə çatdı.
“Tottenhem”lə “Borussiya” turnir cədvəlində qonşu olsalar da, meydanda heç bir mübarizə yaşanmadı. “Mahmızlar” ilk yarıda rəqibi tam üstələdi. Artıq 14-cü dəqiqədə hesab açıldı – Odoberin asmasını Romero tamamladı. “Tottenhem” hücumları davam etdirir, “sarılar” isə Vikarionun qapısına yaxınlaşmırdı. Dortmundlular ilk yarının ortalarında azlıqda qaldı – birbaşa “qırmızı” görən Svensson komandasını pis vəziyyətdə qoydu. Topa nəzarəti ələ keçirməyə çalışan qonaqlar 37-ci dəqiqədə əks-hücumda “tutuldu”. Solankenin dabanına dəyən top tora daxil oldu. Bununla da 2-ci hissə formallığa çevrildi. “Tottenhem”in fərqi artırmaq üçün real imkanları oldu. Ədalət naminə qonaqlardan Şlotterbeqin də fərqlənməyə yaxın olduğunu deməliyik. İnamlı qələbə qazanan “mahmızlar” 5-ci pillədə qərarlaşıb, “Borussiya” isə “top-8”ə düşmək şansını xeyli azaltdı.
İlk 5 oyunun hamısında uduzan “Ayaks”ın üzərindən xətt çəkənlər indi düşünməyə məcburdu. “Qarabağ” üzərindəki qələbədən ruhlanan amsterdamlılar “Vilyarreal”ı da səfərdə məğlub etdi. Oluvaseyi “sarı sualtı qayığ”ı önə keçirsə də, Qlux Bakıda olduğu kimi, Vilyarrealda da fərqləndi. 90-cı dəqiqədə isə müdafiəçi Qoey yenicə meydana çıxan Edvardsenin fərqlənməsinə şərait yaratdı. Əlbəttə, ilk 24 komanda arasına düşmək çətin olacaq. Ancaq “Ayaks” möcüzəyə inanır və “Olimpiakos”la ev oyununu gözləyir.
“Kopenhagen”in qonağı olan “Napoli” 35-ci dəqiqədə meydandan qovulan Dileyniyə görə say üstünlüyü qazandı. Tezliklə bu üstünlük Maktomineyin qolunda əksini tapdı. Belə düşünmək olardı ki, hər şey Kontenin komandasının nəzarəti altındadı, qələbəyə mane olan heç nə yoxdu. Ancaq Buoncornonun Elyunussiyə qarşı kobudluğu neapollulara baha başa gəldi. Qolkiper Larssonun penaltidən zərbəsini qaytarsa da, o, təkrar zərbə ilə hesabı bərabərləşdirdi.
İlin əvvəlini boşa verən “Bayer-04” debütdəcə “Olimpiakos”dan qol buraxdı. Hissənin sonu isə leverkuzenlilər üçün qorxunc yuxuya çevrildi. Vaskes və Kofane real qol imkanlarını əldən verəndən sonra yunanlar əks-hücumda 2-ci qolu da vurdu. Almanlar isə sanki qol vurmağı yadırğayıb. Hətta snayper Şik də qapıçı ilə dueldən məğlub ayrıldı.
liqa mərhələsi, 7-ci tur
Kayrat – Brügge 1:4 (0:2)

Kayrat (Almatı, Qazaxıstan): Anarbekov, Mata, Sorokin, Martınoviç, Tapalov (Stanoyev, 79), Kasabulat (Abiş, 79), Qleyzer (Sadıbekov, 76), Qromıko, Jorjinyo (Rikardinyo, 75), Mrınski, Edmilson (Birkurmanov, 76).
Brügge (Belçika): Yakkers, Mexele, Ordonyes, Sabbe (Sike, 85), Seys (Meyer, 78), Vetlesen (Sandra, 64), Stankoviç, Borjeş (Tresoldi, 78), Dyakon, Vanaken, Verman (Kempbell, 78).
Qollar: Stankoviç, 32 (0:1). Vanaken, 38 (0:2). Verman, 74 (0:3). Mexele, 84 (0:4). Sadıbekov, 90+2 (1:4).
Vərəqələr: Sorokin, 80. Sadıbekov, 90+3 – sarı.
Hakim: Donatas Rumşas (Litva).
20 yanvar. Astana. 11324 tamaşaçı.
Bude/Qlimt – Mançester Siti 3:1 (2:0)
Bude/Qlimt (Norveç): Haykin, Byorkan, Qunnersen, Byortuft, Şevold, Fet (Myattya, 82), Berq, Evyen (Euklenn, 76), Hauqe, Hoq (Helmersen, 76), Blomberq (Saltnes, 76).
Mançester Siti (İngiltərə): Donnarumma, Ayt-Nuri, Alleyn, Xusanov, Lüis, O’Rayli, Rodri, Reynders, Şerki, Holann, Foden (Marmuş, 70).
Qollar: Hoq, 22 (1:0). Hoq, 24 (2:0). Hauqe, 58 (3:0). Şerki, 60 (3:1).
Vərəqələr: Rodri, 61. Şerki, 90+3 – sarı. Rodri, 62 – qırmızı (ikinci sarı).
Hakim: Sven Yablonski (Almaniya).
20 yanvar. Bude. 8016 tamaşaçı.
Real – Monako 6:1 (2:0)
Real (Madrid, İspaniya): Kurtua, Kamavinqa (Karvaxal, 76), Höysen, Asensio (Sebalyos, 46), Valverde (Meso, 83), Cud Bellingem, Çuameni, Gülər (F.Qarsiya, 76), Vinisius, Mbappe, Mastantuono (Q.Qarsiya, 71).
Monako (Fransa): Kön, K.Enrike, Dayer, Kerer, Vanderson (Uattara, 61), Teze, Zəkəriyə (Bamba, 73), Qolovin (Mişal, 84), Fati (Kulibali, 61), Akliuş, Baloqun (İlenihena, 73).
Qollar: Mbappe, 5 (1:0). Mbappe, 26 (2:0). Mastantuono, 51 (3:0). Kerer, 55-öz qapısına (4:0). Vinisius, 63 (5:0). Teze, 72 (5:1). Cud Bellingem, 80 (6:1).
Vərəqələr: Zəkəriyə, 33. Cud Bellingem, 44 – sarı.
Hakim: Espen Eskos (Norveç).
20 yanvar. Madrid. 73599 tamaşaçı.
İnter – Arsenal 1:3 (1:2)
İnter (Milan, İtaliya): Zommer, Bastoni, Açerbi, Akanci, Dimarko, Suçiç, Zelinski (Diuf, 82), Barella (Frattezi, 63), L.Enrike (Bonni, 82), M.Türam, L.Martines (Espozito, 63).
Arsenal (London, İngiltərə): Rayya, Lüis-Skelli, Moskera (Qabriel, 75), Saliba, Timber (Uayt, 64), Eze (Rays, 64), Subimendi, Merino, Trossar (Martinelli, 79), Q.Jezus (Dyökereş, 75), Saka.
Qollar: Jezus, 10 (0:1). Suçiç, 18 (1:1). Jezus, 31 (1:2). Dyökereş, 84 (1:3).
Vərəqələr: Merino, 72. Bastoni, 72. Açerbi, 82. Rays, 90+2 – sarı.
Hakim: Joao Pinyeyro (Portuqaliya).
20 yanvar. Milan. 72649 tamaşaçı.
Sportinq – PSJ 2:1 (0:0)
Sportinq (Lissabon, Portuqaliya): R.Silva, Manqaş (Vayannidis, 63), Rays, İnasio, Fresneda, Morita, Simoeş (Santos, 87), M.Arauxo, Trinkan (Koçoraşvili, 90+6), Katamo (Braqansa, 87), Suares.
PSJ (Fransa): Şevalye, Mendeş, Paço, Markinyos, Zair-Emeri, Vitinya, Ruis (Zabarnı, 80), Mayulu (Kvaratsxeliya, 66), Barkolya (Ramuş, 71), Dembele, Due.
Qollar: Sures, 74 (1:0). Kvaratsxeliya, 79 (1:1). Suares, 90 (2:1).
Vərəqələr: Manqaş, 59. Suares, 90+4. Kvaratsxeliya, 90+5 – sarı.
Hakim: Entoni Teylor (İngiltərə).
20 yanvar. Lissabon. 51428 tamaşaçı.
Tottenhem – Borussiya D 2:0 (2:0)
Tottenhem (London, İngiltərə): Vikario, Udoci, Danso, Romero, Porro, Berqvall (Bayfild, 62), Qrey, Spens, Simons, Odober, Solanke (Kolo Muani, 70).
Borussiya (Dortmund, Almaniya): Kobel, Bensebayni, Şlotterbek, Anton, Svensson, Nmeça (Çukvuemeka, 64), Cob Bellingem, Kouto (Bayer, 76), Brandt (Ryuyerson, 46), Adeyemi (Fabio Silva, 64), Girassi (Əmrə Can, 46).
Qollar: Romero, 14 (1:0). Solanke, 37 (2:0).
Vərəqə: Ryuyerson, 86. Qrey, 86 – sarı. Svensson, 24 – qırmızı.
Hakim: Qlenn Nyuberq (İsveç).
20 yanvar. London. 52713 tamaşaçı.
Vilyarreal – Ayaks 1:2 (0:0)
Vilyarreal (İspaniya): Tenas, Kardona, Veyqa, Marin, Mourinyo, Moleyro (Byukenen, 46), Parti (Parexo, 74), Komesanya, N.Pepe (Moreno, 72), A.Peres (Mikautadze, 72), Oluvaseyi.
Ayaks (Amsterdam, Niderland): Yaroş, Vayndal (Fits-Cim, 84), Bas, Bauman, Qoey, Mokio (Bunida, 71), Reger (İtakura, 54), Klassen, Qodts, Dolberq (Ster, 71), Qlux (Edvardsen, 84).
Qollar: Oluvaseyi, 49 (1:0). Qlux, 61 (1:1). Edvardsen, 90 (1:2).
Vərəqələr: Vayndal, 12. Mourinyo, 60. Parti, 71. Marin, 80. Boumen, 88 – sarı.
Hakim: Nikolas Uolş (Şotlandiya).
20 yanvar. Vilyarreal. 14023 tamaşaçı.
Kopenhagen – Napoli 1:1 (0:1)
Kopenhagen (Danimarka): Kotarski, M.Lopes, Sudzuki, Pereyra, Melinq (Qarananqa, 81), Aşuri (Klem, 63), Dileyni, Madsen (Klasson, 81), Elyunussi, Kornelius (Larsson, 63), Dadason (Hatzidiakos, 36).
Napoli (Neapol, İtaliya): Milinkoviç-Saviç, J.Jezus, Buoncorno, Di Lorentso, Qutyerres, Maktominey, Lobotka, Spinatsola, Elmas, Verqara, Höylunn.
Qollar: Maktominey, 39 (0:1). Larsson, 72 (1:1).
Larsson 72-ci dəqiqədə penaltidən yararlana bilməyib (qapıçı).
Vərəqələr: Höylunn, 40. Elyunussi, 42. Di Lorentso, 82. Klem, 90+7 – sarı. Dileyni, 35 – qırmızı.
Hakim: İrfan Pelto (Bosniya və Hersoqovina).
20 yanvar. Kopenhagen. 35022 tamaşaçı.
Olimpiakos – Bayer-04 2:0 (2:0)
Olimpiakos: (Pirey, Yunanıstan): Solakis, Orteqa, Pirola (Byankone, 74), Retsos, Koştinya, Esse, Muzakitis (D.Qarsiya, 74), J.Martinş (Onyemaeçi, 79), Çikinyo (Skipioni, 82), Rodiney, Taremi (Əl-Kaabi, 74).
Bayer-04 (Leverkuzen, Almaniya): Blasvix, Bade, Andrix, Kuansa, Qrimaldo, A.Qarsiya, Fernandes, Vaskes (Tillman, 58), Poku (Kalbret, 81), Kofane (Şik, 70), Maza (Artur, 70).
Qollar: Koştinya, 2 (1:0). Taremi, 45+1 (2:0).
Vərəqələr: Retsos, 5. Kofane, 29. Taremi, 73 – sarı.
Hakim: Mauritsio Mariani (İtaliya).
20 yanvar. Pirey. 32400 tamaşaçı.
Faktlar
* Mbappe Kriştiano Ronaldodan bəri “Real”ın ÇL-də 10 qol vuran ilk futbolçusu oldu. Bu komandanın heyətində ÇL-in bir mövsümündə 10 qol vuran futbolçular Mbappe, Ronaldo (7 dəfə), Benzema və Rauldu. Ümumiyyətlə, Mbappe qol sayını 11-ə çatdırmaqla Ronaldonun 2015/16 mövsümündə müəyyənləşdirdiyi rekordu təkrarladı. Portuqaliyalı ulduz bu rekordu 6 oyunluq formatda müəyyənləşdirmişdi. Ancaq Mbappe də 11 qolu 6 oyunda vurub. Kilian ötən tur “Mançester Siti”yə qarşı oynamayıb.
* Vinisius “Real”ın ÇL-dəki assistentləri siyahısında 2-ci pilləyə yüksəldi. Braziliyalı vinger həm Mbappenin 2-ci qolunda, həm də Mastantuono fərqlənərkən ötürmə verdi. İndi onun hesabında 29 məhsuldar ötürmə var. Benzemanı (27) arxada qoyan Vinisius yalnız Kriştiano Ronaldodan (31) geri qalır.
* 7 oyunu hamısında qalib gələn “Arsenal” ilk “8-lik”də yerini təmin edən birinci komanda oldu. “Topçular” həmçinin bu qələbə seriyası ilə ÇL-də yeni klub rekordu müəyyənləşdirdi. İngiltərə komandalarından yalnız MS bu turnirdə daha uzun qələbə seriyasına (10) malik olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 27 Yanvar 2026 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gərilən yay Məryəm Bağırova yazır

01 İyun 2026 15:01see1082

Tramp yenidən hərbi əməliyyatlara başlamaq istəmir

01 İyun 2026 08:02see325

Elm və Təhsil Nazirliyinin 20 illik səhvi KONKRET

01 İyun 2026 16:18see234

“Əl ağacı, yoxsa vətəndaş?” Pərvanə Bayramqızı yazır

01 İyun 2026 09:00see198

Azərbaycan təhsilində inqilab: Müəllimləri və şagirdləri gözləyən yeniliklə bağlı AÇIQLAMA

02 İyun 2026 13:51see187

Ramanada qayınata gəlini qətlə yetirib

01 İyun 2026 18:39see175

Rəcəb Tayyib Ərdoğan 10 cu dəfə baba oldu

02 İyun 2026 01:41see172

Sumqayıt qatarı qəza törədib, ölən var

02 İyun 2026 09:30see161

bp nin regional prezidenti: Azərbaycan qarşıdakı onilliklərdə dünya səviyyəli enerji qovşağına çevrilə bilər

02 İyun 2026 09:31see159

Hörmüzdən keçən gəmilərlə bağlı statistika Açıqlandı

02 İyun 2026 03:49see158

İtaliya sahillərində 6,1 bal gücündə zəlzələ baş verib

02 İyun 2026 04:53see158

Netanyahu: “Hizbullah” hücumları davam etdirsə, İsrail Beyrutu vuracaq

02 İyun 2026 01:49see158

TƏBİB in yeni mətbuat katibi Zara İbrahimzadə kimdir?

02 İyun 2026 23:17see157

“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi VİDEO

02 İyun 2026 09:32see156

“İranla gələn həftə razılaşma əldə edə bilərik”

02 İyun 2026 02:47see156

Diabet necə yaranır? Həkimlər əsas səbəbləri açıqladı

02 İyun 2026 03:03see154

9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır

03 İyun 2026 01:20see154

72 kilo arıqlayan məşhur aktrisanın son görüntüsü gündəm oldu

02 İyun 2026 13:56see154

Azərbaycanlı biznesmen çətin sınaq qarşısında milyardlarını itirə bilər

02 İyun 2026 13:54see152

Bu il hansı qrupda ballar aşağı düşəcək?

01 İyun 2026 23:54see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri