Icma.az
close
up
RU
“Çelsi” maksimum nəticə ilə irəliləyir!

“Çelsi” maksimum nəticə ilə irəliləyir!

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Aprelin 10-da keçirilən oyunlarla Konfrans Liqasında (KL) 1/4 finala start verildi. Bu mərhələin ilk matçlarında heç-heçə qeydə alınmaması diqqəti daha çox cəlb etdi. Ev sahiblərindən yalnız birinin qələbə qazanması da böyük ölçüdə əksər favorit komandaların mərhələyə səfərdə başlamasıyla bağlıdı.

1/8 finalda iştirakı hələ vahid liqa mərhələsinin 5-ci turundan sonra rəsmiləşən “Çelsi” maksimum nəticə göstərən yeganə komanda statusunu davam etdirdi. İngiltərə klubu 1/4 finalda “Legiya” ilə rəqabətdə aşkar favorit statusunu ilk oyundaca sübut etdi. Hərçənd londonlular Varşavadakı matçın ilk yarısında üstünlüklərini hesabda əks etdirə bilmədilər. Baş məşqçi Entso Mareskanın fasilədə əl atdığı əvəzləmələr bəhrə verdi. İkinci hissəyə hücumlarla başlayan qonaqlar səviyyə fərqini aşkar şəkildə nümayiş etdirdilər. Əvvəlcə Ceymsin zərbəsindən sonra qapıçının qaytardığı topa özünü çatdıran Corc hesabı açdı. Bundan sonra da meydanda hegemonluq edən “Çelsi” hesabı darmadağı həddinə çatdırdı. Sançonun iki ötürməsini Madueke qola çevirdi. Nkunkunun 73-cü dəqiqədə penaltini boşa verdiyini də qeyd edək. Necə deyərlər, yarımfinalın qapısını açan “Çelsi”nin KL-dəki qələbə seriyasını 9 oyuna çatdırdı. Bu, 4-cü mövsümü keçirilən turnirin yeni rekordudu.
İspaniyada baş tutan “Betis” - “Yagelloniya” oyununun nəticəsi də gözlənilən kimi oldu. Əsas mərhələni yekun cədvəlin 15-ci pilləsində başa vuran “Betis” ilk hissədəcə iki cavabsız qol vurmaqla La Liqa Polşa çempionatı arasındakı fərqi az-çox nümayiş etdirdi.
Əsas mərhələdə topların daha yaxşı fərqinə əsasən 3-cü yeri tutan “Fiorentina”nın da 1/4 finaldakı startı uğurlu alındı. KL-in son iki mövsümünün finalçısı səfərdə “Selye”ni 2:1 hesabıyla məğlub edərək mərhələni adlamaq şansını artırdı. 1955/56 mövsümündən sonra qitə kuboklarında ilk dəfə 1/4 finalda oynayan “Yurqorden” isə İsveçdə “Rapid”ə minimal hesabla uduzaraq yarımfinala çıxmaq şansını azaltdı.
1/4 final, ilk oyunlar
Legiya (Polşa) - Çelsi (İngiltərə) 0:3

Corc, 49. Madueke, 57; 74.
Legiya: Tobiaş, Ruben Vinaqre, Vşolek (Kun, 53), Kapuadi, Pankov, Auqustınyak, Lukinyas (Pekhart, 75), Elitim (Qonsalveş, 75), Oyedele (Şepyanyak, 75), Hodına (Biçaxçyan, 82), Morisita.
Çelsi: Yorgensen, Qüsto (Amuqu, 75), Badyaşil, Adarabioyo (Koluill, 46), Açimponq, Ceyms (Kukurelya, 58), Dyusberi-Holl, Palmer (Madueke, 46), Corc (Meuka, 75), Sanço, Nkunku.
Betis (İspaniya) - Yagelloniya (Polşa) 2:0
Bakambyu, 24. X.Rodriges, 45+2.
Betis: Vieytes, R.Rodriges, Natan, Lyorente (Bartra, 46), Sabali, Kardoso, Fornals (Altimira, 84), X.Rodriges (Ruibal, 57), İsko (Lo Çelso, 46), Antoni (Avilya, 75), Bakambyu.
Yagelloniya: Abramoviç, Braqansa Moutinyo, Eboss, Skşipçak, Stoinoviç (Voytuşek, 61), Flak (Kosta Silva, 82), Romançuk, Çurlinov, Vilyar (Hansen, 61),
İmas (Kubitski, 74), Pululu (Diabi-Fadiqa, 74).
Selye (Sloveniya) - Fiorentina (İtaliya) 1:2
Delorye-Şobe, 68-p. – Ranyeri, 27. Mandraqora, 62-p.
Selye: Rikardo Silva, Karniçnik, Nemaniç, Vuklişeviç, Nyeto, Kvesiç (İosifov, 83), Delorye-Şobe (Edmilson Santos, 89), Svetlin, Zabukovnik, Matko, Seşlar.
Fiorentina: De Xea, Komutso, Ranyeri, Ponqraçiç, Folorunşo (Dodo, 77), Adli (Facoli, 63), Kataldi (Riçardson, 61), Mandraqora, Moreno (Parizi, 46), Zanyolo (Ken, 89), Beltran.
Yurqorden (İsveç) - Rapid (Avstriya) 0:1
Finndell, 62-öz qapısına.
Yurqorden: Rinne, Une Larsson, Kosuqi, Danielsson, Ştol, Haarala (Muluqeta, 78), Finndell, Qulliksen (Berq, 83), Fallenius, Priske, Juqel (Tenho, 89).
Rapid: Hedl, Osvald, Ro-Yao, Svetkoviç, Bolla, Qrqiç (Borkeyt, 77), Romeo (Bişof, 62), Şaub (Raduloviç, 85), Yansson, Belyo (Zaydl, 62), Kara (Burqştaller, 85).

Cavab oyunları aprelin 17-də keçiriləcək.

Bombardirlər: Pululu (Yagelloniya) - 8, Bakambyu (Betis), Qiyu (Çelsi), Kuçis (Selye) - 6.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:220
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 14 Aprel 2025 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see392

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see266

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see263

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see259

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see259

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see255

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see254

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see252

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see250

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see249

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see238

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see230

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see228

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see228

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see228

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see227

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see226

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see224

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see224
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri