Icma.az
close
up
RU
“Arsenal” parlaq qələbə qazandı, Mareska “Çelsi”dən getdi

“Arsenal” parlaq qələbə qazandı, Mareska “Çelsi”dən getdi

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

19-cu tur heç də məhsuldar olmasa da, hadisələrlə zəngin idi.

"Football-plus.az" xəbər verir ki, turun mərkəzi oyununda “Arsenal”la “Aston Villa” qarşılaşdı. Artetanın “topçular”ı Emerinin “Villa”sı ilə oyunda heç bir problem yaşamadı, parlaq qələbə qazandı. “Arsenal” 19-cu turdan sonra ən yaxın izləyicisi MS-dən 4 xal irəli düşdü. Ona görə ki, “Siti” səfərdə “Sanderlend”in müdafiəsini yara bilmədi – 0:0.
2026-nın ilk günündə “Çelsi”də məşqçi istefası yaşandı. Entso Mareska “zadəganlar”ın baş məşqçi postundan qovuldu. İtaliyalı mütəxəssisin “sükan arxasında” olduğu son oyunda onlar “Bornmut”la məhsuldar heç-heçəyə razılaşdı. Aşkar autsayder “Vulverhempton”la oyunda heç-heçə edən MY də xal itirdi. Cari mövsümdə 3-cü xalını qazanan “Vulverhempton” premyer-liqa tarixinə ilk 19 turdan sonra qələbəyə həsrət qalan 2-ci komanda kimi düşdü. İlk belə antirekorda 1902/03 mövsümündə “Bolton” “imza atıb”.
“Liverpul” – “Lids”, “Brentford” – “Tottenhem” oyunlarında qolsuz heç-heçə qeydə alındı. “Bernli”nin qonağı olan “Nyukasl” inamlı qələbə qazandı. “Everton” səfərdə “Nottingem Forest”in qapısından iki cavabsız qol keçirdi. “Vest Hem” – “Brayton”, “Kristal Pelas” – “Fulhem” oyunlarında komandalar hərəyə bir xal qazandı. Sadəcə, birinci oyunda 4, ikincidə isə 2 qol vuruldu.
19-cu tur
Arsenal – Aston Villa 4:1

Qabriel, 48. Subimendi, 52. Trossar, 69. Jezus, 78 – Uotkins, 90+4. (60279)
Arsenal: Rayya, Timber (Uayt, 83), Saliba, Qabriel (Lüis-Skelli, 77), İnkapye, Edeqor, Subimendi, Merino (Nerqor, 73), Saka (Madueke, 83), Dyökereş (Jezus, 77), Trossar.
Sanderlend – Mançester Siti 0:0
(46920)
MS: Donnarumma, Nunyeş, Diaş, Ake, O’Rayli (Qvardiol, 57), B.Silva (Reynders, 86), Niko (Rodri, 46), Foden, Savinyo (Dokyu, 52), Şerki, Holann.
Çelsi – Bornmut 2:2
Palmer, 15-p. Fernandes, 23 – Bruks, 6. Klyuvert, 27. (39902)
Çelsi: Sançes, Açimponq (Ceyms, 46), Çaloba, Fofana, Hüsto, Kaysedo, Fernandes, Estevao (Gittens, 90+3), Palmer (Pedro, 63), Qarnaço (Neto, 46), Delap (Santos, 87).
Mançester Yunayted – Vulverhempton 1:1
Zirkzee, 27 – Kreyçi, 45. (73358)
MY: Lammens, Dalot, Heven (Yoro, 75), Martines, Şou, Kazemiro, Uqarte (Mantato, 75), Dorqu, Zirkzee (Fletçer, 46), Kunya, Şeşko.
Liverpul – Lids 0:0
(60343)
Liverpul: Alisson, Bredli (Kyeza, 79), Konate Van Diyk, Robertson (Kerkez, 66), Qravenberx, Cons (Makallister, 66), Frimponq (Nqumoa, 88), Soboslai, Virts (Qakpo, 66), Ekitike.
Bernli – Nyukasl 1:3
Loran, 23 – Joelinton, 2. Vissa, 7. Gimayrayns, 90+3. (21020)
Vest Hem – Brayton 2:2
Bouen, 10. Paketa, 45+4 – Uelbek, 32-p. Veltman, 61. (62438)
Nottingem Forest – Everton 0:2
Qarner, 19. Barri, 79. (30617)
Kristal Pelas – Fulhem 1:1
Mateta, 39 – Kerni, 80. (25111)
Brentford – Tottenhem 0:0
(17141)
Turun rəqəmi
17 – “Arsenal”, daha dəqiqi, Qabriel “Aston Villa” ilə oyunda hesabı künc zərbəsindən sonra açdı. “Topçular” 2025-də premyer-liqada bu yolla vurduğu qolların sayını 17-yə çatdırdı. Yalnız MY bu turnirdə bir təqvim ili ərzində künc zərbəsinin ardından daha çox – 18 qol vurub (2012-də).
Turun ulduzu
Ceyms Qarner (Everton) – Afrika Millətlər Liqasına və zədələrə görə heyət problemi ilə üzləşən “göylər”də adı çəkilən yarımmüdafiəçi ön plana çıxdı. O, “meşəçilər”lə oyunda qol və məhsuldar ötürmə ilə yadda qaldı. MY-nin Qarneri qaytarmaq istəyi haqda xəbərlər boşuna deyil: son oyunlarda gerçəkdən yaxşı təsir bağışlayır.
Turun sitatı
Pol Merson, “Arsenal”ın sabiq oyunçusu:

“Arsenal”a, səfərdəki nəticələrə, indi də “Aston Villa” ilə oyuna baxandan sonra hansı komandanın “topçular”ı dayandıra biləcəyini düşünürəm. MS istisna olmaqla bütün böyük komandalarla evdə oynayacaqlar. Düşünürəm ki, yetərincə asanlıqla premyer-liqanın çempionu olacaqlar. “Arsenal”ın belə oyunundan sonra MS başına çarə qılmalıdı”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:311
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 10 Yanvar 2026 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see430

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see336

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see330

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see298

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see246

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see245

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see234

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see214

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see214

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see205

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see201

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see200

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see198

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see197

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see193

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see190

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see181

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri