Arsenal Viktor Dyekereş üçün 65 milyon avro tələb edir
Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.
İngiltərənin "Arsenal" klubu isveçli hücumçu Viktor Dyekereş üçün 65 milyon avro tələb edir.
London təmsilçisi 28 yaşlı futbolçu növbəti 12 ay ərzində komandadan ayrılmaq istəyəcəyi təqdirdə, "Sportinq"ə ödənilən məbləği tam qaytarmaq şərtilə satışa razıdır.
Oyun müddətinin azlığından narazı olan hücumçu gələn yay komandanı tərk etməyi ciddi şəkildə nəzərdən keçirir. Hazırda İspaniya, İtaliya və İngiltərə Premyer Liqasının bir neçə klubu futbolçunun xidmətində maraqlıdır.
İsveçli hücumçu 2026/2027 mövsümündə keçirdiyi 9 matçda 1 məhsuldar ötürmə verib.
"Arsenal"la müqaviləsinin müddəti 2030-cu ilin yayına qədər olan futbolçunun "Transfermarkt" portalına görə dəyəri 55 milyon avrodur. V.Dyekereş 2025/2026 mövsümündə keçirdiyi 55 oyunda 21 qol və 3 məhsuldar ötürmə müəllifi olub.
///Report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 22 Oktyabr 2026 19:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















