Arsenal zədəli Sakaya əvəzləyici tapdı SON DURUM
Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
London "Arsenal"ı İngiltərə Premyer Liqasının 17-ci turunda səfərdə "Kristal Pelas"ı 5:1 hesabı ilə yendikləri matçda zədələnən cinah hücumçusu Bukayo Sakaya əvəzləyici tapıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sport Witness" yayıb.
Xəbərə görə, "topçular" "Milan"ın vingeri Samuel Çukvezeni nəzərdən keçirirlər. Mənbə London klubunun Çukvezeni müdafiəçisi Yakub Kivyorla dəyişmək variantını da uyğun saydığını vurğulayıb. İtaliya nəhənginin polşalı müdafiəçini sıralarına qatmağa hazır olduğu bildirilib.
Xatırladaq ki, daha öncə "Arsenal"ın baş məşqçisi Mikel Arteta Sakanın uzun müddət komandasına kömək edə bilməyəcəyini açıqlayıb.
Bu mövsüm bütün turnirlərdə 21 matça çıxan Çukveze 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "qırmızı-qaralar"la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı Samuelin transfer qiymətini 18 milyon avro ilə dəyərləndirir.
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 28 Dekabr 2024 01:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















