Mançester Siti Rodriyə italiyalı əvəzləyici tapdı SON DURUM
Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Mançester Siti" xaçvari diz bağları qopduğu üçün uzun müddətə sıradan çıxan yarımmüdafiəçisi Rodriyə potensial əvəzləyici tapıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "ll Messaggero" yayıb.
Xəbərə görə, "şəhərlilər" müqavilə ilə "Yuventus"a məxsus olan, hazırda icarə əsasında "Latsio"nun formasını geyinən 23 yaşlı Nikolo Rovelleni sıralarına cəlb etmək istəyirlər. Mənbə İngiltərə nəhənginin bu keçid üçün Turin klubuna 40 milyon avro ödəməyə hazır olduğunu vurğulayıb.
Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 23 matça çıxan Rovelle 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Yuve" ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı sözügedən futbolçunun transfer qiymətini 25 milyon avro ilə dəyərləndirir.
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 09 Yanvar 2025 15:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















