“Arsenal”ın yetirməsi gənc yaşında vəfat etdi
Icma.az, Milli.az saytına istinadən bildirir.
"Arsenal" akademiyasının yetirməsi Billi Viqar 21 yaşında dünyasını dəyişib. Futbolçu sentyabrın 20-də "Çiçester Siti" - "Uinqeyt" matçı zamanı başından aldığı zədə nəticəsində həyatını itirib.
Milli.Az Trend-ə istinadən bildirir ki, oyun 15-ci dəqiqədə Viqar yıxılaraq başını yerə möhkəm vurub. Ona ilkin tibbi yardım göstərilib və helikopterlə xəstəxanaya aparılıb, lakin futbolçu komaya düşüb.
İngiltərə Futbol Assosiasiyası bəyan edib: "Billi Viqarın vəfatı xəbəri ilə dərindən sarsıldıq. Bu inanılmaz çətin zamanda onun ailəsinə, dostlarına, sevdiklərinə və 'Çiçester Siti' Futbol Klubunda hər kəsə dərin hüznlə başsağlığı veririk."
Qeyd olunur ki, Vigar "Arsenal"ın gənclər komandalarında çıxış edib: 18 yaşadək futbolçular üçün 22, 21 yaşlılar üçün isə 5 oyuna qatılıb.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 26 Sentyabr 2025 09:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















