Icma.az
close
up
RU
Artan bank kartları və nağdsız əməliyyatlar

Artan bank kartları və nağdsız əməliyyatlar

Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə may ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı hesabat ilinin əvvəlinə nəzərən 562 min ədəd və ya 2.8% artaraq 20 milyon 461 min ədəd təşkil edib. Ödəniş kartlarında debet kartlarının sayı 4% artmış, kredit kartlarının sayı isə 6.2% azalıb (Trend).

Mərkəzi Bankın məlumatına görə, ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 29% artıb. 2025-ci ilin may ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8,074 milyon manat təşkil edib.

Qeyd edilib ki, həyata keçirilən nağdsız ödənişlərin 7,053 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,016 milyon manatı POS-terminallar, 3.2 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67.1%-ni təşkil edib. Banklar və “Azərpoçt” MMC-nin ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin may ayının sonu ilə müqayisədə bankomatların sayı 9%, POS-terminalların sayı 42.4% artıb.

Nağdsız hesablaşma dedikdə bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar; ödəniş terminalları ilə həyata keçirilən hesablaşmalar; birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar nəzərdə tutulur.Azırbaycanda bank kartlarına maraq xeyli artıb. Müəştərilər kartların imkanlarından daha çox yararlanmağa başlayıblar. Əslində iqtisadiyyata böyük ziyan vuran pandemiya Azərbaycanda nağdsız ödənişlərin artımını və bank kartlarından istifadəni stimullaşdırmış oldu. Buna həm insanlar arasında təmasların azalması məcburiyyəti, həm müasir İKT və bank hesablaşmaları sisteminin təkmilləşdirilməsi, həm də dövlətin nağdsız hesablaşmaların artmasında maraqlı olması və bu prosesi dəsdəkləməsi, stimullaşdırması şərait yaratdı. 2021-ci ildə Azərbaycanda bank kartları ilə 38 milyard manatlıq ödəniş edilib ki, 2020-ci illə müqayisədə 29% çoxdur. 2021-ci ildə təsərrüfat subyektlərində POS-terminal vasitəsilə aparılan əməliyyatların sayı 2020-ci illə müqayisədə 2,2 dəfə artaraq 105 milyon ədəd, ümumi məbləği isə 80% artaraq 3,9 milyard manat təşkil edib. Ötən il POS-terminallarla aparılan təmassız ödənişlərin sayı əvvəlki ilə nisbətən 3,8 dəfə artaraq 71,8 milyon ədəd, ümumi məbləği isə 5,2 dəfə artaraq 2,6 milyard manat olub.

Artıq insanlar da elektron ticarət və nağdsız ödənişlərin üstünlüklərini əyani şəkildə görür, vaxt itkisi və əlavə prosedurların olmaması, ödəmənin asanlılığı baxımından nə qədər əlverişli olduğunu başa düşür. Belə ki, kartla ödəniş zamanı vəsaitin xərclənməsini izləmək, onu geri qaytarmaq və ödənişi ləğv etmək mümkündür. Pulları kart hesabında mühafizə etmək onları oğurluqdan və itkidən tamamilə qoruyur. Məsələn, nağd pul itdikdə və ya oğurlandıqda onu geri qaytarmaq olmur. Lakin kart itərsə onun sahibi dərhal mobil telefona yazılmış proqram vasitəsilə kartını bloklaya bilir. Kartı götürən kənar şəxs həmin kartdan pul çıxara bilmir və kartın aid olduğu bank müştərisinə yeni kart verir. Beləcə pullar yenə də sahibinin sərəncamında qalır. Ölkə daxilində aparılan nağdsız ödənişlərdən hər hansı əlavə vergilər tutulmur, əksinə qanunvericilik nağdsız ödənişlər üzrə həm sahibkarlara, həm də vətəndaşlara müvafiq üstünlüklər nəzərdə tutur.

Bu üstünlüklərin nəticəsdir ki, Azərbaycanda nağdsız ödənişlər artıb. Nağdsız ödənişlərin inkişafı strategiyası 2026-cı ilədək davam etdiriləcək. Yeni strateji yanaşma nağdsız ödənişlərin inkişafı üçün əlavə stimul yaradacaq. Rəqəmsal texnologiyaların dinamik inkişafı pandemiya dövründə öz səmərəliliyini göstərib. İnternet bankçılıq, mobil bankçılıq artıb. Bundan başqa, elektron kommersiya böyüyüb. Rəqəmsallaşmanın yeni mərhələsi maliyyə ehtiyatlarını da artırır. Mərkəzi Bank (MB) həmçinin vətəndaşlarımızın nağdsız ödənişlərinin təmin olunması üçün bir sıra proqramlar reallaşdırıb.

Ölkədə Rəqəmsal İdentifikasiya Sistemi yaradılıb. Rəqəmsal bankçılığın inkişaf etdirilməsi məqsədilə elektron imza sertifikatlarından bütün növ rəqəmsal bank xidmətlərinin alınmasında və hökumət platformalarında qarşılıqlı istifadənin genişləndirilməsi istiqamətləri müəyyənləşdirilib, elektron imza sertifikatlarından bütün növ rəqəmsal bank xidmətlərinin alınmasında və hökumət platfonnalarında qarşılıqlı istifadə üzrə texniki imkanlar yaradılıb.

Bu sahədə bank sektoru hələ çox işlər görməlidir, ən azından əhalinin banklara inamı artırılmalıdır. Bankların qazanc əldə etmək maraqları başa düşüləndir, ancaq bu, yüksək xidmətlər, etibarlı tərəfdaşlıq və etimad mühiti, müştəri məmnuniyyəti hesabına olmalıdr. Xüsusilə də nəğdsiz hesablaşmalarla bağlı risklər düzgün qiymətləndirilməli və minimuma endirilməlidir. Hər halda növbəti illərdə də Azərbaycanda açıq və rəqəmsal bankçılığa keçid nəzərdə tutulur. Azərbaycanda həm də maliyyə texnologiyalarının dəstəklənməsi üçün baza inkişaf etdirilməli, MB sahibkarlıq və bankçılıq risklərinin azaldılması, eləcə də cəmiyyətin rəqəmsal həllər barədə məlumatlandırılması proqramları həyata keçirməlidir.

Müasir dövrün əsas çağırışlarından olan elektron bankçılıq göstəriciləri üzrə də müsbət dinamika müşahidə olunur. Belə ki, internet və mobil bankçılıq vasitəsilə aparılan əməliyyatların həcmi yüksəlir. Elektron maliyyə-bank xidmətlərinin genişləndirilməsi məqsədilə Mərkəzi Bank tərəfindən istismara verilmiş “Rəqəmsal İdentifikasiya Sistemi”nin (RİS) əhatə dairəsi genişlənməkdədir. Əksər banklar RİS platformasına inteqrasiya olunmuşdur. Ölkənin maliyyə sisteminin ISO20022 standartına keçidi hazırlanıb. Standartın tətbiqi ödəniş sistemləri iştirakçıları arasında mübadilə üzrə vahid məlumat formatlarının yaradılmasına, əməliyyatlarda risklərin minimallaşdırılmasına, avtomatlaşmaya sərf olunan resursların azaldılmasına imkan verəcək.

Azərbaycan Mərkəzi Bankı dünyada Mərkəzi Bankın Rəqəmsal Valyutası (MBRV) ilə bağlı aparılan araşdırmaları və bu istiqamətdə realizasiya edilən layihələri diqqətlə izlənir. MBRV-nın tətbiqi imkanlarının və ilkin şərtlərinin öyrənilməsi məqsədilə bəzi xarici ölkələrin mərkəzi bankları ilə əməkdaşlıq çərçivəsi də qurulub. Nağdsız ödənişlərin inkişafına mane olan problemləri aradan qaldırmaq, yaşayış yerindən asılı olmayaraq ölkənin istənilən ərazisində əhali və biznesin ucuz və əlverişli maliyyə xidmətlərinə çıxış imkanlarını artırmaq və rəqəmsal ödəniş xidmətlərindən istifadəni genişləndirmək məqsədilə “Azərbaycan Respublikası Mərkəzi Bankının 2021-2023-cü illər üçün Rəqəmsal Ödəniş Strategiyası” həyata keçirilib.Müsbət haldır ki, ölkədə elektron bankçılıq xidmətləri üzrə göstəricilərdə də irəliləyişlər davam edir, Ani Ödənişlər Sisteminin əhatə dairəsi genişlənir.

“ƏDV geri al” layihəsinin reallaşdırılması nəticəsində pərakəndə ticarət, ictimai iaşə və tibb xidmətləri sahələrində nağdsız ödəmələrin xüsusi çəkisi əhəmiyyətli şəkildə yüksəlib. Layihənin icrası nəticəsində vergi ödəyicilərinin real dövriyyələrinin üzə çıxarılması təmin edilir.

“ƏDV geri al” layihəsinin işə düşməsindən 5 ilə yaxın vaxt keçir. İnnovativ layihə kimi xüsusi ictimai dəstək alan “ƏDV geri al” iqtisadiyyatda şəffaflığın təmin edilməsi, nağdsız ödənişlərin genişlənməsi və stimullaşdırıcı mexanizmləri təşviq edən bir təşəbbüsdür. Bu layihəni başlayarkən, Dövlət Vergi Xidməti ictimai iştirakçılığı cəlb etməklə “kölgə iqtisadiyyatı”nın miqyaslarının azaldılmasında effektiv nəticələr əldə etməyi hədəfləyirdi. 2020-ci ilin may ayından ƏDV-nin bir hissəsinin geri qaytarılmasını nəzərdə tutan mexanizm tətbiq edilir, layihə iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində müəyyən nəticələr verir.

“ƏDV geri al” layihəsi çərçivəsində fiziki şəxs olan istehlakçılara pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən qaytarılan həcmi 2025-ci ilin yanvar-mart ayları ərzində 46 milyon 88,3 min manatdan çox olub. “ƏDV geri al” layihəsi çərçivəsində fiziki şəxs olan istehlakçılara bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin yanvar-mart ayları ərzində qaytarılan həcmi 8 milyon 59,8 min manatdan çox olub.

Mahir Həmzəoğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:63
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 25 İyun 2025 23:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qafqazda sülh və güc oyunu: ABŞ ın vasitəçiliyi, Rusiyanın zəifləməsi və İranın yumşalması...

09 Avqust 2025 15:09see330

ABŞ ın iddiası çox böyükdür

08 Avqust 2025 15:21see327

Zəngəzurun sıfır nöqtəsindən ən son görüntülər (VİDEO)

09 Avqust 2025 15:24see128

Deputat: Rusiyanın addımları Azərbaycana qarşı düşmənçiliyin təzahürləridir

08 Avqust 2025 22:34see124

Qarabağ ın maraqlandığı hücumçu İspaniya klubunda

08 Avqust 2025 22:49see123

Keyn Son Hın Minin ABŞ klubuna keçidindən yazdı

08 Avqust 2025 17:33see123

ABŞ ın Zəngəzur dəhlizini açması Çinə ciddi zərbə vura bilər İran təxribatdan ƏL ÇƏKMİR KONKRET

08 Avqust 2025 22:41see122

Vaşinqtonda Əliyev, Tramp və Paşinyanın imzaladıqları tarixi sənədin FOTOLARI

09 Avqust 2025 01:10see121

OKP: Psixoloji zəncirlərlə yaşamaq MÜNASİBƏT BİLDİRİLDİ

08 Avqust 2025 16:45see120

Diş çürüməsinin qarşısını almağın təsirli yolu kəşf edilib

08 Avqust 2025 23:37see119

Vaşinqtonda nələr oldu? Azərbaycan XİN dən AÇIQLAMA

09 Avqust 2025 10:47see119

Tramp daha bir ölkənin prezidentini Vaşinqtona dəvət etdi

09 Avqust 2025 14:36see118

Antonio Quterreşdən bəyanat: Qafqazda mühüm mərhələ...

09 Avqust 2025 21:41see117

Qəzada ölən Aydan yeni məzun olubmuş FOTO

09 Avqust 2025 23:08see116

İlham Əliyevi və Azərbaycan xalqını sülh sazişi münasibətilə təbrik edirik ŞAHBAZ ŞƏRİF

09 Avqust 2025 09:04see116

“İnter” belçikalı müdafiəçi üçün danışıqları bərpa etdi

09 Avqust 2025 14:31see115

İlham Əliyev Ərdoğana zəng edib Nələr müzakirə olunub?

09 Avqust 2025 19:25see115

İlham Əliyev: Azərbaycanofobiyanın hərəkətverici qüvvəsi Bayden administrasiyası olub

09 Avqust 2025 06:59see114

Erməni bloqer: Rusiya istehzalı müdafiə tonunda cavab verib, təxribatını əsaslandırmağa çalışacaq

09 Avqust 2025 19:22see113

Ən zərərli 10 qida Hər evdə var

09 Avqust 2025 14:56see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri