Icma.az
close
up
RU
Nağdsız əməliyyatlar rekordu

Nağdsız əməliyyatlar rekordu

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Ölkəmizdə ödəniş kartları 20 milyona çatıb

Media Təhlil Mərkəzinin məlumatına görə, ölkəmizdə istifadədə olan ödəniş kartlarının sayı 2020-ci ilin sonu ilə müqayisədə 107,9 faiz (2,1 dəfə) və ya 10 milyon 327 min 571 ədəd artaraq 20 milyona yüksəlib. Son bir ildə Azərbaycanda istifadədə olan bank kartlarının sayı 17,6 faiz və ya 2 milyon 973 min 578 ədəd artaraq 19 milyon 898 min 735 ədəd olub. Hər il sürətlə artan bank kartlarının sayı artıq əhalinin sayından 2 dəfəyə yaxın çoxalıb.

Təhlil Mərkəzinin məlumatında bildirilir ki, 2020–2024-cü illərdə Azərbaycanda istifadədə olan debet və kredit kartlarının ayrı-ayrılıqda sayına diqqət yetirilərsə, dövriyyədə olan debet kartların sayının kredit kartlarına nisbətən daha sürətlə artdığı aydın olar. Bu, həm əməkhaqqı, pensiya və digər ödənişlər üçün ayrılan kartların məhz debet kart olması, həm də bu kartları əldə etmək üçün şərtlərin kredit kartları ilə müqayisədə daha asan reallaşması ilə bağlıdır.

2024-cü ilin sonuna olan məlumata görə, Azərbaycanda istifadədə olan debet kartlarının sayı 17 milyon 642 min 376 təşkil edib və bu, son bir ildə dövriyyədə olan debet kartlarının sayının 19,9 faiz və ya 2 milyon 932 min 903 ədəd artması deməkdir.

Son 3 ilin statistik göstəricilərinə diqqət yetirilsə, bu dövrdə istifadədə olan kredit kartlarının sayında da yüksək artım qeydə alındığı nəzərə çarpar. Təkcə 2024-cü ilin sonunda kredit kartların sayında 1,8 faiz və ya 40 min 675 ədəd artım müşahidə olunub. Bu da o deməkdir ki, kredit kartlarının alınması üçün banklar tərəfindən gəlir yeri tələb olunsa da, son 3 ildə bu kartı ala biləcək şəxslərin sayı artıb.

Aparılan təhlil zamanı məlum olub ki, 2020–2024-cü illərdə debet kartların sayı 108,1 faiz (2,1 dəfə) və ya 9 milyon 164 min 6 ədəd, kredit kartların sayı isə 106,5 faiz (2,1 dəfə) və ya 1 milyon 163 min 565 ədəd çoxalıb. 2024-cü ilin sonuna olan göstəricilərə əsasən, ölkədəki bank kartlarının 88,7 faizi debet, 11,3 faizi isə kredit kartları olub.

Media Təhlil Mərkəzinin məlumatında rəsmi rəqəmlərə əsaslanılaraq qeyd edilir ki, son 5 ildə Azərbaycanda nağdsız ödənişlərin həcmi hər il sürətlə artır. Buna səbəb bankların nağdsız ödənişlər zamanı müəyyən keşbeklər təklif etməsi, həmçinin “ƏDV geri al” üzrə nağdsız ödənişlərə daha çox (17,5 faiz) faiz tətbiq edilməsidir. Vətəndaşların elektron ticarət vasitəsilə apardıqları əməliyyatlar da bu artımda böyük rol oynayır.

Bildirilir ki, 2024-cü ildə respublikada gerçəkləşdirilən nağdsız əməliyyatların həcmi rekord həddə çatıb. Belə ki, hesabat dövründə ölkə daxilində nağdsız ödənişlərin həcmi 78,9 milyard manat (2023-cü illə müqayisədə 60,9 faiz çox) olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Fevral 2025 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see340

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see330

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see257

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see256

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see243

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see240

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see228

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see222

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see218

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see217

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see208

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see203

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see196

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see193

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see193

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see184

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see180

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see165

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see165

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri