Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

Futbol bileti olanlar vizanı tez alacaqlar

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

BİRMARKET də ŞOOOK Cümə!

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

Gələn ay 30 manat yardım veriləcək

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

Artan təhsil haqları, keyfiyyətsiz təhsil: Şouya açıq, elmə qapalı universitetlər RƏY

Artan təhsil haqları, keyfiyyətsiz təhsil: Şouya açıq, elmə qapalı universitetlər RƏY

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tədris ilinin başlamasına az qaldığı bu günlərdə universitetlərin təhsil haqlarını artırması məsələsi müzakirələr yaradıb. Ümumiyyətlə, ölkəmizdə ali təhsil müəssisələri ildə iki dəfə gündəm olur: tədris ilinin əvvəlində təhsil haqlarını artıranda və tədris ilinin sonunda məzun gününə məşhur müğənnilər çağırılanda. Maraqlıdır ki, sosial şəbəkələrdə fəxrlə dəbdəbəli məzun günlərini paylaşan bu universitetlərin qapısı müğənnilərə olduğu qədər elm adamlarına açıq deyil – ən azından nə vaxtsa şahid olmamışıq ki, universitetlərimiz tanınmış alimləri ölkəmizə mühazirə demələri üçün dəvət etsin... 
Hər il dövlət büdcəsindən təhsilə milyardlar ayrıldığı halda, insanlar övladlarının universitetlərdə oxuması üçün repetitorlara yüksək məbləğlər xərclədiyi halda, bu ali təhsil müəssisələri niyə mövcud vəziyyəti dəyişməkdə maraqlı deyillər?
Demokrat.az mövzu ilə bağlı mütəxəssislərlə söhbətləşib. 
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov deyib ki, universitetlərimizdə təhsilin keyfiyyətinin artırılması barədə ciddi düşünməliyik:

"Universitetlərimizdə təhsilin səviyyəsi olduqca aşağıdır, universitetlərimizin çoxu tələbələrlə işləmir və bu da reallıqdır ki, gənclərin əksəriyyəti keyfiyyətli təhsil almaq üçün xaricə üz tuturlar. Amma burada bir məqam var ki, xaricdə verilən təhsil də hər zaman keyfiyyətli deyil. Bəzən gənclərimiz keyfiyyətli təhsil almaq istəyərkən tələyə düşərək, çoxlu pul xərcləmələrinə baxmayaraq, istəklərinə çata bilmirlər.
Bu məsələnin üzərində biz ciddi işləməliyik ki, təhsilimizin keyfiyyətini qaldıraq. Prosesin üzərində maksimum dərəcədə işləməyə ehtiyac var. Eyni zamanda, Azərbaycanda repetitorluq geniş yayılıb. Ali məktəbə qəbul olunanların çoxu repetitor yanına gedənlərdir. Bu da gələcəkdə heç də gənclərin uğurlu olacağı anlamına gəlmir.
Hesab edirəm ki, müəllimlərin maaşı artırılmalıdır, universitetlərin maddi-texniki bazası gücləndirilməlidir, proqramların üzərində işlənilməlidir, proqramlar yenilənməlidir, dərsliklərin üzərində işlənilməlidir. Universitetlər tələbələrlə sıx iş aparmalıdır".
Sabiq deputat, fəlsəfə doktoru Etibar Əliyev məsələ ilə bağlı danışarkən qeyd edib ki, XXI əsrin əsas trendlərindən biri inkişaf etmiş universitetlər trendidir:

"Sürətli inkişaf edən universitet konsepsiyası var və dünyanın bir çox universitetləri yeni dövrə keçidlə bağlı sıçrayışla inkişaf etdilər. Səbəb təhsilin inkişafına sürətlə nail olmaq, professor-müəllim heyətinin yenilənməsi, ən əsası isə maliyyə müstəqilliyidir. Bu gün universitetlər maliyyə müstəqilliyinə malik deyillər. Universitetin maliyyəsi dövlətin köçürdüyü vəsait və tələbələrin ödədiyi təhsil haqqı hesabınadır. Həmin vəsaitin xərclənməsində də sərbəst deyillər.
Universitetlər sanki qapalı bir məkana çevriliblər. İctimai nəzarət yox səviyyəsindədir. Nəticədə bir nəfərin idarəçiliyi hökm sürür — rektorun. Elmi şuraların fəaliyyəti çox aşağı səviyyədədir. Digər tərəfdən, universitet kitabxanaları yenilənmir, elektron kitabxanalar çox geridədir".
Etibar Əliyev deyib ki, hazırda universitetlərimiz sırf rektorların şəxsi istəkləri ilə idarə edilir və professor-müəllim bazasında problemlər var:
"Professor-müəllim heyətinin isə tərkibini bilirik. Hər il Ali Attestasiya Komissiyası ixtisaslar üzrə müdafiə olunan işlərin siyahısı hazırlayır. Mən sizi tam əmin edirəm ki, əksər dissertasiyalar başqaları tərəfindən yazılır, köçürmədir. Nəticədə də bu cür alim korpusu formalaşır. Bu formada alim korpusu əlbəttə ki, güclü mütəxəssis yetişdirə bilməz.
Xarici universitetlərlə əlaqələr zəifdir, təcrübələr öyrənilmir. Qeyd etdiyim kimi, sürətli inkişaf edən universitet konsepsiyası var və bu, çox səmərəli konsepsiyadır ki, dünyada inkişaf etmiş universitetlərin sayını artırıb. Çünki onlar dərk edirlər ki, universitetin inkişafı dövlətin inkişafıdır.
Fikir verdiniz, biz Beynəlxalq Riyaziyyat Olimpiadasında bir medal belə qazana bilmədik. Bizdə Riyaziyyat İnstitutu var, bütün universitetlərdə Riyaziyyat kafedraları var. Demək, bunu bacarmırlar. Heç kim də həyəcan təbili çalmır ki, riyaziyyat elminin inkişafı dövlətin inkişafının təməlində durur. Bunun müqabilində universitetlər durmadan təhsil haqlarını artırırlar. Bu ödənişin qarşılığında mütləq keyfiyyətli təhsil verilməlidir.
Nə qədər alimlər var ki, universitetlərə müraciət edirlər, onlar üçün qapılar bağlıdır. Çünki rektorlar şəxsi ambisiyaları ilə müəllim heyəti formalaşdırırlar. İstədikləri adamı kafedra müdiri, dekan qoyurlar. Dost-tanış yanaşması ilə universitetlərin heyəti formalaşır".
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov hesab edir ki, ali təhsilin keyfiyyəti bir neçə faktordan asılıdır:

"İlk növbədə, keyfiyyətli təhsil üçün pedaqoji heyətin peşəkar olması önəmlidir. Eyni zamanda, universitet infrastrukturu böyük önəm daşıyır. İnfrastruktur deyəndə, bəzəkli binalardan söhbət getmir. Söhbət universitetdə müasir təhsil üçün lazım olan kitabxana sistemindən, keyfiyyətli təhsil üçün çox vacib olan laboratoriyalardan gedir. Universitetin özünün istehsal müəssisələri olmalıdır, hansı ki, bizim universitetlərdə bunlar yoxdur və ya köhnə, keyfiyyətsizdir.
Digər tərəfdən, ən mühüm məsələlərdən biri təhsilin məzmunudur, bu cəhətdən biz xeyli geri qalırıq. Məzmunu özündə əks etdirən və təhsilin çox mühüm elementlərindən olan dərslikləri də lazımi səviyyədə hazırlaya bilməmişik. Universitetlərdəki dərsliklərin əksəriyyəti ya köhnəlmiş ədəbiyyatlardır, ya bütövlükdə haradansa köçürülmüş dərsliklərdir. Bizim universitetlərdə dərsliklərin məzmunu bərbad haldadır".
İlqar Orucov bildirib ki, universitetlərimizdə digər məqamlarla bağlı da bir çox problemlər mövcuddur:
"Eyni zamanda, universitetlərimizdə daha çox nəzəri biliklər verilir. O biliklərin tətbiqi üçün universitetlərin imkanları yoxdur. Mən çox xarici universitetlərdə olmuşam, onların texnoparkları var, texnoportları var, zavodları var, istehsal müəssisələri var.
Digər vacib məqam universitetlərin beynəlxalq əməkdaşlıq imkanlarıdır. Qabaqcıl təcrübələri öyrənmək, professor-müəllim mübadiləsi həyata keçirmək, eyni zamanda tələbə mübadiləsi həyata keçirmək və s. Əcnəbi müəllimlərin universitetlərimizə cəlbində problemlər yaşanır. Miqrasiya məsələlərinə görə bizim qanunvericilik bu məsələdə məhdudiyyətlər yaradır".
Cavidan Mirzəzadə
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 Avqust 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see396

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see263

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see215

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see157

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see155

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see149

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see149

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see146

BİRMARKET də ŞOOOK Cümə!

18 Noyabr 2025 09:38see142

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see140

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see139

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see138

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see138

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see131

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see129

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see128

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see127

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see122

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see121

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri