Icma.az
close
up
RU
Universitet həyatını şouya çevirirlər Ciddi ali təhsil istəyiriksə…

Universitet həyatını şouya çevirirlər Ciddi ali təhsil istəyiriksə…

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Bakı Biznes Universitetində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil edilən tədbirin görüntüləri sosial şəbəkələrdə ciddi tənqidlə qarşılanıb.

Bakıvaxtı.az xatırladır ki, tədbir çərçivəsində oğlan tələbələr müğənni Kəmalə Günəşli və "Niqulya" kimi tanınan köməkçisi Nigarın sosial şəbəkələrdə viral olan dialoqlarından ibarət səhnə hazırlayıblar.

Universitetin açıqlamasında qeyd olunub ki, görüntülər çəkilib paylaşılması üçün nəzərdə tutulmayıb:

"Respublikamızın səhnəsində istənilən şəxsi parodiya edirlər, heç onlar birmənalı qarşılanmır. İndi xanımlar üçün tədbir olub, tələbələr, sadəcə, parodiya ediblər. Burda pis nə var ki, təhsil ocağında əylənmək olmaz?

Sosial şəbəkələrdə normal bir şeyi də, pis bir şeyi də tənqid edə bilərlər. Hər insanın fikri fərqlidir, birinin yaxşı dediyi şeyə, digər pis deyə bilər. Müəyyən kütlə buna pis paxır deyə, pisdir deyə bilmərik".

Mövzu ilə bağlı fikirlərini təhsil eksperti Kamran Əsədov öz fikirlərini Bakıvaxtı.az-a bildirib.

Onun sözlərinə görə, universitet əyləncə yeri deyil:

"Biz ali təhsilin mahiyyətini tamamilə unutmuşuq. Universitet əyləncə mərkəzi deyil, buraya gənclər öyrənmək, araşdırmaq, bilik qazanmaq üçün gəlirlər. Ancaq indi elə bil ki, əsas məqsəd təhsil almaq deyil, sosial media üçün kontent yaratmaq, “trendlərə düşmək” və ya “universitet həyatını” şouya çevirməkdir.

Bunu normal hesab edənlər anlamır ki, universitetin bir imici, akademik dəyəri və elmi mühiti var. Hər yerin bir qaydası var - teatrda səssiz oturursan, məsciddə sayğılı davranırsan, xəstəxanada nizam-intizama əməl edirsən. Bəs universitet? Universitetin hörmətini niyə bu qədər ayaqlar altına atırıq?"

K.Əsədovun dediyinə görə, ali təhsil müəssisəsinə girən hər kəs anlamalıdır ki, sən burada bir akademik mühitin içindəsən, hərəkətlərin yalnız səni deyil, bütövlükdə ali təhsil sisteminin nüfuzunu təyin edir! Əylənmək başqa şeydir, universitetin mövcud akademik mühitini pozacaq şəkildə davranmaq başqa şey. Bu qəbulolunmazdır!

Kamran Əsədov: Universitet dəyərini itirəndə, oradan çıxan təhsilli insanların da dəyəri azalır

Müsahibimiz bildiib ki ki, əgər universitetlərdə bilikdən çox əyləncə prioritet olursa deməli, biz diplom verən bir sistem qurmuşuq, amma elmi düşüncə və intellektual inkişaf verən bir sistem qura bilməmişik:

“Bunun nəticəsində də təhsilimiz beynəlxalq reytinqlərdə yer tapmır, məzunlarımız real bilik və bacarıqdan məhrum olur. Çünki universitet dəyərini itirəndə, oradan çıxan təhsilli insanların da dəyəri azalır"

"Ciddi ali təhsil istəyiriksə, universitetlərin imicini qorumalıyıq",- deyə Kamran Əsədov vurğulayıb.

Nuriyyə Musayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 10 Mart 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see305

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see303

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see302

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see297

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see292

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see274

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see274

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see271

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see269

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see253

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see248

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see245

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see234

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see232

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see230

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see220

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see214

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see212

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see204

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri