Artim Şakiri: “Bir qol ciddi üstünlük deyil, “Şkendiya” bu fərqi qapadacaq gücdədir”
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Qarabağ”ın və “Şkendiya”nın sabiq futbolçusu Artim Şakiri bu komandaların UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində keçirəcəkləri cavab oyununu dəyərləndirib.
İdman.biz xəbər verir ki, 51 yaşlı mütəxəssis Futbolinfo.az-a açıqlamasında şansların bərabər olduğunu bildirib.
Onun fikrincə, “Qarabağ”ın səfərdəki 1:0 hesablı qələbəsi hər şeyin bitməsi demək deyil: “Qarabağ” Şimali Makedoniyadakı ilk oyunda qələbə qazanaraq müəyyən üstünlük əldə etdi. Ancaq bunun böyük üstünlük olduğunu düşünmürəm. Çünki “Şkendiya” Skopyedəki görüşdə heç də zəif çıxış etmədi. Sadəcə, həmin gün hər iki komandanın qapıçısı əla performans göstərdi. Məncə, yenə şanslar yarı-yarıyadır. Futbolda bir qol ciddi üstünlük deyil və “Şkendiya” bu fərqi qapadacaq gücdədir”.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 12 Avqust 2025 16:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















