Icma.az
close
up
RU
Artıq çəkinin daha bir ağır xəstəliklə əlaqəsi üzə çıxdı

Artıq çəkinin daha bir ağır xəstəliklə əlaqəsi üzə çıxdı

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Alimlər artıq çəkini damar mənşəli demensiyanın inkişafı üçün birbaşa risk amili adlandırıblar. Bristol Universiteti tərəfindən aparılan araşdırma göstərib ki, ömürboyu genetik olaraq artıq çəkiyə meyllilik yaşlı dövrdə damar demensiyası riskini əhəmiyyətli dərəcədə artıra bilər. Tədqiqatın nəticələri The Journal of Clinical Endocrinology & Metabolism jurnalında dərc olunub.
Demokrat.az xəbər verir ki, alimlər geniş populyasiya məlumatlarını təhlil edərək mendel randomizasiyası metodundan istifadə ediblər. Bu genetik yanaşma irsi faktorların xəstəlik riskinə təsirini daha dəqiq qiymətləndirməyə imkan verir və çəkinin xəstəlik başladıqdan sonra azalması kimi amillərin nəticələri təhrif etməsinin qarşısını alır.
Təhlil göstərib ki, bədən kütlə indeksinin (BKİ) yüksək olmasına genetik meyllilik damar mənşəli demensiya ehtimalını artırır. BKİ-nin təxminən 4–5 vahid artması ( sərhəd göstəricidən açıq şəkildə artıq çəki səviyyəsinə keçid ) damar demensiyası riskinin təxminən 60 faiz yüksəlməsi ilə əlaqələndirilib.
Araşdırmaya görə, bu əlaqənin əsas mexanizmi arterial təzyiqdir. Artıq piy toxuması qan təzyiqinin yüksəlməsinə səbəb olur, xroniki hipertenziya isə zamanla damar divarlarını, o cümlədən beynin xırda damarlarını zədələyir. Nəticədə beynin qanla təchizatı pisləşir, oksigen çatışmazlığı yaranır və koqnitiv funksiyalar tədricən zəifləyir.
Ən güclü əlaqə məhz damar pozuntuları ilə bağlı demensiya formalarında müşahidə olunub. Maraqlıdır ki, təsir xolesterin və qlükoza səviyyəsi nəzərə alındıqdan sonra da qalmaqdadır. Tədqiqat müəllifləri qeyd edirlər ki, iştirakçıların əksəriyyəti Avropa əsilli olub. Buna görə də nəticələrin digər populyasiyalarda da təsdiqlənməsi üçün əlavə araşdırmalara ehtiyac var. Bununla belə, alimlər vurğulayırlar ki, bədən çəkisinə və arterial təzyiqə nəzarət yalnız insult və ürək-damar xəstəliklərinin deyil, gələcəkdə koqnitiv pozuntuların da riskini azalda bilər.
Kənan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:172
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 18 Fevral 2026 07:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see746

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see578

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see328

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see321

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see290

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see288

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see282

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see272

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see270

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see269

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see267

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see255

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see240

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see237

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see230

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see220

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see213

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see211

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri