Artıq çəkinin fəsadları və düzgün həyat tərzi adlı konfrans başladı
Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.
Bu gün Bakıda "Sağlamlığın Qorunması” ictimai birliyinin təşkilatçılığı ilə "Artıq çəkinin fəsadları və düzgün həyat tərzi” mövzusunda konfrans başlayıb.
Konfransın əvvəlində Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüzün müdafiəsi uğrunda canını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin təşkilatçısı "Sağlamlığın Qorunması” İctimai birliyinin sədri, Azərbaycan Oftalmoloqlar cəmiyyətinin sədr müavini, tibb elmləri doktoru Yazgül Abdiyevadır.
Qeyd edək ki, konfransın əsas məqsədi piylənmənin profilaktikası, diaqnostikası və müalicəsi sahəsində müasir tibbi yanaşmaları işıqlandırmaqla yanaşı, bu istiqamətdə yerli və beynəlxalq mütəxəssislərin təcrübə mübadiləsinə şərait yaratmaqdır. Tədbirin əsas istiqamətlərindən biri də piylənmənin yaratdığı sağlamlıq fəsadlarına – ürək-damar, endokrin və digər sistem xəstəliklərinə diqqət çəkmək, ictimai maarifləndirməni gücləndirməklə risk faktorlarının azaldılmasına töhfə verməkdir. Tədbir zamanı "Sağlam arıqlama, immunitetin gücləndirilməsi və gənc qalmağın təbii yolları”, "Artıq çəki və piylənmə – ürək-damar xəstəliklərinin risk amilləri”, "Piylənmə olan uşaqlarda həkim-xəstə münasibətlərinin etik aspektləri”, Ölkəmizdə Aşırı Piylənmənin Cərrahi Müalicəsi və keçdiyi yol” və s. mövzuları ətrafında müzakirələr aparılır.
Konfransda Azərbaycanla yanaşı, Türkiyədən də tanınmış mütəxəssislər iştirak edir və öz ölkələrində bu sahədə tətbiq olunan qabaqcıl elmi-praktiki yanaşmaları təqdim ediləcək. Bu, iştirakçılara beynəlxalq təcrübədən faydalanmaq və regional əməkdaşlıq imkanlarını genişləndirmək imkanı yaradacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 24 May 2025 10:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















