Icma.az
close
up
RU
Artıq diplomatik səviyyədə gərginlik yuksəlib

Artıq diplomatik səviyyədə gərginlik yuksəlib

Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hindistanın Kəşmir və Cammu ştatlarında Kəşmir Müqavimət hərəkatının həyata keçirdiyi terror aktları bu dövlətlər arasında gərginliyin yenidən yüksəlməsinə səbəb olub.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Elşən Manafov deyib.

Aprelin 22-də adıçəkilən bölgələrdə həyata keçirilən terror aktları nəticəsində Hindistanın 26 vətəndaşl həlak olub, daha 13 nəfər isə yaralanıb. Rəsmi Dehi baş tutmuş terrora görə İslamabadı gunahlandırır.

Politoloq deyib ki, artıq diplomatik səviyyədə gərginlik yuksəlib, Hindistan Pakistandakı diplomatik korpusu geri çağırıb, eyni zamanda Pakistanın ölkədəki yüksək çinli məmurlarının, parlament üzvlərinin Hindistanı tərk etməsi uçun 1 həftə vaxt ayırlı, tərəflər arasında hələ 1960-cı ildə Hind çayının mənsəbi ilə bağlı məlum müqavilədən Hindistan bir tərəfli şəkildə imtina edib, bu isə Pakistanda bəlli ərazilərdə quraqlığın artma ehtimallarını doğurub:

"Pakistanın müdafiə naziri adıçəkilən terror təşkilatının ölkəsi ilə bağlı olmadığını bəyan etsə də, bu gərginliyi səngitməyib. Hindistanda prezidentin iştirakı ilə hökumətin və parlamentin ordu komandanlığı ilə keçirməyə planlaşdırdığı məxfi görüş, rəsmi Dehlinin sərt addımlar atmaq istəyindən xəbər verir. Hindistanın 1974, Pakistanın isə 1998-ci ildən nüvə silahına malik olduğu faktı nəzərə alınarsa bu Cənub-Şərqi Asiyada təhlükəsizliyin ciddi təhdid altında olduğunu göstərir. Bu dövlətlər əhalinin sayı, iqtisadi inkişaf göstəriciləri, hərbi güclərinə görə dunyanın ən qüdrətli dövlətlərı sırasına aiddirlər. Qlobal güclər tərəfindən ciddi geosiyasi dəstəyə malikdirlər. Soyuq müharibə dönəmində Hindistan əsasən SSRİ və bloklara qoşulmayan dövlətlər, Pakistan isə ABŞ tərəfindən dəstəyə malik olub".

E.Manafov vurğulayıb ki, Pakistan nüvə silahına malik yeganə islam dövlətidir, lakin bu onun islam dünyası tərəfindən birmənalı olaraq dəstəklənəcəyi anlamında qəbul olunmamalıdır. Məsələn, islam dövləti olan İranın Pakistanla münasibətlərində bir qayda olaraq gərginlik olub ki, bunun da səbəbi Qərbin təhrikçı hərəkəti, onun "parçala və hökm sür" siyasətidir, əslində bu dövlətlər arasında 1947-ci ildən bəri yaşanan dini, etnik, milli qarşıdurmanın əsas səbəbkarı bölgədə tarixən mövcud olmuş ingilis müstəmləkəçiliyi və onun neomüstəmləkəçi maraqlarını bu gün də, qorumaq istəyidir. Hindistanın BRİKS uzvü olması ona qlobal güc olan Rusiya tərəfindən dəstək vəd etsə də, Hindistanla keçən əsrin 60-cı illərində sərhəd münaqişələrini yaşamış Çinin də eynilə mövqe sərgiləyib Dehlini müdafiə edəcəyi inandırıcı deyil, eynilə BRİKS uzvü olan İran da Hindistanla enerji sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğundan islam həmrəyliyi konteksində mövqe sərgiləməyə tələsməyəcək:

"Lakin, istisna etmək olmaz ki, bəlli dövlətlər arasında qarşldurmanın gücləndirilməsi və BRİKS kimi nəhəng və qlobal gücün dunya çatlnda təsir imkanlarını zəiflətmək, ona üzv dövlətlər arasında münasibətlərdə çat yaratmaq məqsədilə bu terror aksiyaları Qərblə bağlı xüsusi xudmət orqanları və ya onların xidmətində olan beynəlxalq terrorizmin bəlli şəbəkəsi tərəfindən təşkil edilmişdir. Hazırda, beynəlxalq ictimaiyyətin diqqətinin Rusiya Ukrayna qarşıdurmasına, Qəzzada yaşanan hadisələrə, İran-ABŞ-İsrail qarşıdurmasına yönəldiyi bir şəraitdə bu səpkili terror aksiyaları gərginliyi Cənub Şərqi Asiya bölgəsinə yönəltmək, BRİKS-in diqqətini bu regionda cərəyan edən hadisələr ətrafında fokuslamaqla ABŞ və Avropa Birliyi arasındakı problemlərin nizama salınması üçün fürsət olaraq düşünülmüş layihə də ola bilər".

Cavid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 01 May 2025 08:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see364

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see344

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see344

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see340

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see296

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see275

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see273

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see267

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see266

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see246

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see228

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see225

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see219

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see218

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see208

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see205

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see205

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see204

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see192

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri