Icma.az
close
up
RU
Artıq dövlət aparatında təmizlənmə işləri aparılıb RƏY

Artıq dövlət aparatında təmizlənmə işləri aparılıb RƏY

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Şəbnəm Həsənova: “Prezident məmura yeni davranış donu biçdi - bu, şəffaf idarəçiliyin simvoludur”

Eldəniz Əmirov: “Rayonun iqtisadi uğuru rəqəmlərdən çox vicdanlı idarəetmədən asılıdır”

Prezident İlham Əliyevin bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul etməsi və onlara strateji istiqamət göstərməsi çox önəmli idi. Bu, həm də son illərdə aparılan islahatların mahiyyətini bir daha nümayiş etdirdi. Prezidentin çıxışında xalqa xidmət və sosial ədalət prinsipi ön plana çəkildi. Dövlət başçısı vurğuladı ki, hər bir rəhbər vəzifəli şəxs xalqa xidmət etməyi özünün əsas missiyası hesab etməlidir. O, yeni təyin olunan rəhbərlərə xatırlatdı ki, xalqa yaxın olmaq, xalqla bir yerdə olmaq idarəçiliyin başlıca qayəsidir. Prezident məmur davranışının əhəmiyyətinə də xüsusi toxundu. O, dövlət qulluqçularının təkəbbür və lovğalıqdan uzaq, təvazökar olmasını tələb etdi: "Məmur özünü xalqdan üstün tutmamalıdır". Dövlət başçısı eyni zamanda bir daha xatırlatdı ki, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə qətiyyətlə davam etdiriləcək və heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq. 

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova "Şərq"ə deyib ki, dövlət başçımızın nitqi, istifadə etdiyi üslub və ritorika tam şəffaf idarəçilik sistemindən xəbər verir. Ekspertə görə, ali rəhbərliyin bu kadrlardan tələb etdiyi dəyişməyən amil xalqa ləyaqətlə xidmət etmək, xalqı özündən, özünü də insanlardan ayrı tutmamaqla bütünləşməkdir: "Bu insanlar qarşısında əsas iş prinsipləri məhz dövlət başçımızın verdiyi tapşırıqlardır. “Məmur təkəbbürü” deyə yanlış anlayışın məqsədli formalaşdırılması xalqla dövlət arasında təmasın qırılmasına, etimadsızlıq mühitinin yaradılmasına xidmət edirdi. Cənab Prezident bildirdi ki, artıq dövlət aparatında təmizlənmə işləri aparılıb. Amalımız uzunmüddətli həyat qabiliyyətinə, yaşayıb-yaratmaq iradəsinə malik cəmiyyətə və hamı üçün davamlı gələcəyə investisiya qoyulmağa yönəldilməlidir. Davamlı inkişafa verilən töhfə sosial məsuliyyətdir. Buna görə də cənab Prezidentin bu çıxışı bütünlüklə “sosial məsuliyyət” anlayışı üzərində qurulmuşdu. Dövlət başçımızın nitqi boyu səsləndirdiyi hər bir fikir dəyərlidir, bir fikir isə həm də önəmlidir. O da “sizə heç kim qanunsuz tapşırıq verməyəcək” bəyanatıdır. Dövlət başçısı məmura yeni bir davranış donu biçdi. Bu don müasirliklə xalqın arasında bir olmağın mükəmməl şəkildə vəhdət təşkil oluna bilməyin mümkünlüyünün nümunəvi formasıdır. Sadəcə struktur, kadr islahatlarının yenilənməsi, təkmilləşdirilməsindən söhbət getmir, dəyərlər sistemimiz də yıxıcı, bölücü, ümumi işə kölgə salan amillərdən də, amallardan da, bunlara xidmət edən kəslərdən də uzaq tutulmalı, təmizlənməlidir. Buna görədir ki, dövlət başçımız qəbul etdiyi kadrlara bildirdi ki, istənilən neqativ halla bağlı dövlət başçısına məlumat verilməlidir". 

İqtisadçı Eldəniz Əmirov da "Şərq"ə bildirib ki, icra başçılarının fəaliyyəti rayonların iqtisadi inkişafı üçün çox önəmlidir: "Düzdür, rayonların iqtisadi inkişafı tam olaraq icra başçısının fəaliyyətindən asılı deyil. Amma böyük ölçüdə bunun öz təsirləri var. Yerli iqtisadi dinamikanın formalaşmasında idarəetmənin peşəkarlığı, təşəbbüskarlığı və məsuliyyət hissi mühüm rol oynayır. Amma bu iş yalnız idarəçilik bacarığı ilə məhdudlaşmır. İcra başçısının uğuru həm də insanın daxilindən gələn dəyərlərdən, vicdan, ədalət hissi, empatiya və məsuliyyət duyğusundan asılıdır. Çünki iqtisadi qərarlar yalnız rəqəmlərlə deyil, insanların talelərinə təsir edən seçimlərlə bağlıdır. İnsani keyfiyyətlərlə idarə olunan bölgədə etimad mühiti yaranır, vətəndaş dövlətə inanır, sahibkar təşəbbüs göstərməkdən çəkinmir. Naxçıvan Muxtar Respublikasında isə həm yeni idarəetmə yanaşması, həm də tətbiq olunan vergi və gömrük güzəştləri bu regiona əlavə dividendlər verir. Güzəştlər sahibkarlığın genişlənməsinə, istehsalın artmasına və iqtisadi mühitin canlanmasına real təsir göstərə bilər. Əlqərəz, cənab Prezidentin son təyinatları, səsləndirdiyi fikirlər və verdiyi tapşırıqlar bir daha təsdiqləyir ki, bir rayonun iqtisadi inkişafı üçün rayonu idarəedənin təhsil göstəriciləri və iş təcrübəsindən daha çox, vicdanlı idarəetmə və insani dəyərlərə söykənən liderlik prinsipləri önəmlidir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:172
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Noyabr 2025 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri