Icma.az
close
up
RU
Artıq şümük şişlərini də kəsiksiz əməliyyat edirik” Dr. Nicat Alışev

Artıq şümük şişlərini də kəsiksiz əməliyyat edirik” Dr. Nicat Alışev

Icma.az bildirir, Apa.az portalına istinadən.

Bakı, Baku Medical Plaza, 10.09.2025, saat 08:50

Dəhlizdə həkimin iti addımları və səsi eşidilir:

-Xəstəni hazırlayın, bir azdan əməliyyata alacağam.

Doktoru otağının önündə qarşılayıram. Tələsik qapını açaraq, koordinatorundan təbəssümlə gileylənir:

-Görürsünüz də, koordinatorum məndən gec gəlir. Amma çox yaxşı işçidir. 5 ildir mənimlə çalışır.

İçəri daxil oluruq. Diqqətimi masanın üzərindəki Atatürkün rəsmi cəlb edir. Həkimin Atatürk sevgisinə bələd olduğum üçün təəccüblənmirəm. Amma divarın ən uca yerindən asılmış “Səbr et” yazılmış tablo maraqlı gəlir. Görəsən, həkim bunu özü, yoxsa xəstələri üçün vurub? Sualın cavabını soruşmaq istəyirdim ki, doktorun telefonuna yenə zəng gəlir. Onu deyim ki, reportaj müddətində o telefon susmadı. Vallah, bu həkimlərdə səbr var!

-Xəstə zənglərinə özünüz cavab verirsiniz?

-Əlbəttə. Əməliyyatda olanda köməçim baxır.

-Bu günlük iş planınız necədir?

-İndi bir uşağı əməliyyat edəcəyəm. Osteoid-osteoması, yəni sümüyündə xoşxassəli törəmə var. Sonra konsiliuma onlayn qatılacağam. Ardınca da xəstə qəbulu olacaq.

Bu vaxt həkimin koordinatoru Ülkər Abdullayeva otağa daxil olub, xəstənin əməliyyat üçün hazır olduğunu bildirir.

Saat 09:25, palata 502

Pasiyentə baş çəkmək üçün həkimlə V mərtəbəyə qalxırıq. Palataya daxil oluruq və xəstə Emil Həsənov (red.:ad şərtidir) yatır. Başının üstündə dayanmış anası Aysel Həsənova (red.:ad şərtidir) həkimə:

-Doktor, yenə ağrısı tutmuşdu. Dərman verdik, yatdı.

Anadan Emilin əhvalatını soruşuram.

Aysel Həsənova:

-Oğlumun 12 yaşı var. 1 ildən çoxdur sağ ayağı ağrıyır. O qədər bərk ağrı olur ki, nə gəzə, nə də yata bilir (ağlayır). Axsaya-axsaya yeriyir. Ötən ildən hər gün ağrıkəsici veririk. Həkimlər balamın dərdini tapa bilmirdilər. Çox qapı gəzdik. Hər həkim bir söz dedi. Müalicə etsələr də, ağrı kəsmirdi. Axırda gəlib Nicat doktoru tapdıq. Bu gün əməliyyat olacaq. İnşallah balamın canı bu ağrıdan qurtarar.

Demək, səhv diaqnozla 1 il müalicə alan Emilin dərdini axır ki, bir travmatoloq tapır. Kompyuter Tomoqrafiya (KT) müayinəsindən sonra uşağın çanağında 5 mm-lik xoşxassəli törəmə aşkar edilir. Travmatoloq özü ƏMƏLİYYAT ETMƏYİB, xəstəni invaziv radioloq Nicat Alışevə yönəldir.

Niyə məhz İNVAZİV RADİOLOQA?

Dr. Nicat Alışev:

-Çünki, 5 mm-lik törəməni ənənəvi əməliyyatla tapmaq çətin işdir. Həm də uşaqda iri bir kəsik aparmalı, ümumi anesteziya verilməlidir. İnvaziv radioloq isə o törəməni kəsmir, 2 mm-lik dəlikdən daxil olaraq, yandırır. Beləcə, problem həllini tapır. Bu cür az riskli üsul var ikən, uşağı cərrahi travmaya məruz qoymağa dəyərmi? Sağ olsun, travmatoloq həmkarımız özü əməliyyat etməyib, bizə yönəldib.

-Bu qədər kiçik bir törəmə çox ağrı verə bilərmi?

-Əlbəttə! 5 mm olsa da, xəstəni yatmağa qoymayan, həyatını alt-üst edən şiddətli ağrı verə bilər.

Söhbətə bayaqdan bizi diqqətlə dinləyən ana da qoşulur:

-Doktor, əməliyyatdan sonra oğlumun ağrısı keçəcək?

-Bəli. 1 gün sonra ağrı qalmayacaq. Amma 1 il Emili nəzarətlə saxlayacağıq. Narahat olmayın, yüngül anesteziya, sedasiya veriləcək. Elə bu gün ayılandan sonra qalxıb gəzə biləcək.

Ananın sevincdən parlayan gözü və minnətdarlıq dolu baxışları həkimin üzünə möhürlənir:

-Ay doktor, həqiqətən əməliyyatda ancaq 2 mm dəlik olacaq?

Dr. Nicat Alışevin məmnun halda:

-Bəli! Nə bildiyiniz əməliyyat kəsiyi, nə də tikiş olmayacaq.

Həkim gülərək mənə dönüb:

-Könül xanım, adətən valideynlərə bunu deyəndə bəzən inanmağa çətinlik çəkirlər. Onlara qəribə gəlir ki, tikişsiz də əməliyyat olarmı? Amma əməliyyatdan 1 gün sonra aldığım təşəkkür mesajlarında ağrının tamam keçdiyini yazırlar.

Saat 09:45

Emili əməliyyat üçün I mərtəbədəki KT otağına aparırlar. Doktor isə üst geyimini dəyişmək üçün bizdən bir neçə dəqiqəlik ayrılır. 10 dəqiqə sonra hamımız KT otağına toplaşırıq. Nicat həkim və komandası əməliyyata hazırlaşır.

-Doktor, bu əməliyyatın hansı riskləri var?

-Törəmə çətin yerdədir. Ətrafından isə həyati vacib damarlar və sinirlər keçir. O sinirləri zədələmək xəstənin iflic olması ilə nəticələnə bilər.

-Həyəcanlısınız?

-Yox. Çox belə əməliyyat icra etmişəm.

-Bəs işləriniz tərs gedə bilər?

-Ola bilər. Bunun üçün B, C, D planları da hazırlamışam. Əgər bir problem yaranarsa, B planına keçəcəyəm. Amma buna ehtiyac olmayacaq.

-Sizdə bu qədər özgüvən hardandır?

-Təcrübə!

Həkim o qədər işinə hakim və hazırlıqlıdır ki, onu dinləyəndə hərbi həmləyə hazırlaşan xüsusi təyinatlılar gözümün önünə gəlir. Kənarda dayanıb, arada gözündən yaş axıdan həyəcanlı ana da dinc dayanmır:

-Doktor, sizə qurban olum, mənim balam...

Ananın nədən nigaran olduğunu hiss edən həkim əminliklə:

-Narahat olmayın, övladınız bizə əmanətdir. Öz balam kimi...

(Balasını əməliyyata təslim edən hər ananın eştmək istədiyi cavab...)

Saat 10:30

Xəstəni anestezioloq-reanimatoloq Orxan Məmmədli yatızdırır və əməliyyat başlayır. Törəmə çanaq sümüyündə olduğu üçün Nicat həkim 2 mm-lik iynəni Emilin bud-çanaq nahiyəsindən daxil edir (törəmənin yerləşmə yerinə görə iynəni batırma nahiyələri dəyişir). İynənin törəməyə çatdığına əmin olmaq üçün yenidən KT çəkilir. Nicat həkimin batırdığı iynə tam törəmənin içindədir. Həkimi sərrast atan snayperə bənzədirəm. Demək, həkim Nicat Alışev olunca, heç bir törəmənın şansı yoxdur! Beləcə, 1 ildir Emilin həyatını cəhənnəmə çevirən o məlun törəmə yandırılaraq, məhv edilir.

Saat 11:10 və əməliyyat uğurla başa çatır!

Nicat həkim komandasına təşəkkür edərək, dəhlizdə gözləyən anaya yaxınlaşır:

-Əməliyyat uğurla bitdi. Keçmiş olsun!

Ana həkimin əlini öpmək istəsə də, doktor icazə vermir. Nicat Alışevin otağına keçirik. 20 dəqiqə sonra pasiyent qəbuluna başlayır. İçəri girən yaşlı xəstəsini sanki əziz adamı kimi ayaqüstə qarşılayaraq, mehribanlıqla əlini sıxır:

-Rasim əmi, sizi ayaqüstə görmək necə xoşdur!

Nicat həkimin xəstələrinə necə doğmalıq və qayğıkeşliklə yanaşdığını görəndə həkim peşəsinə bir daha heyran oldum! Doktoru sevimli pasiyentləri ilə baş-başa buraxıb, cümlələrə sığmayan heyranlıq və minnətdarlıqla xəstəxanadan ayrıldım...

Qeyd: uzman invaziv radioloq Dr. Nicat Alışevin Emil Həsənovun müalicəsində icra etdiyi invaziv üsulu (kəsiksiz və tikişsiz) bir çox orqanlarda yaranan xoş və bədxassəli şişlərdə (onkoloji xəstəliklərdə), eləcə də əvvəllər cərrahi müalicə edilən beyin və digər damar xəstəliklərində tətbiq etmək olur. Həkim ilə 077-315-20-40 nömrəsi və “invaziv_radioloq.dralishev” instaqram hesabına ilə əlaqə saxlaya bilərsiniz.

Könül CƏFƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://apa.az
archiveBu xəbər 23 Sentyabr 2025 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see219

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see202

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see159

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see147

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see142

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see139

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see136

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see136

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see136

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see134

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see130

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see127

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see126

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see126

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see125

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see124

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see124

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see122

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see122

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri