Icma.az
close
up
RU
“Uşaqlığı və yumurtalığı çıxarmadan bu əməliyyatı edirik” Dr.Nicat Alışev

“Uşaqlığı və yumurtalığı çıxarmadan bu əməliyyatı edirik” Dr.Nicat Alışev

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Səhər oyandım ki, yatağım al-qanın içindədir. Ayağa qalxanda daha çox  qorxdum. Məndən gur qan gəlirdi. Tez hazırlaşıb ginekoloqa getdim. Müayinə edib dedi ki, arterial qanaxmadır, təcili uşaqlığın çıxarılmalıdır. Ağlayaq yalvardım ki, axı mən ana olmaq istəyirəm. Amma həkim dedi ki, başqa yol yoxdur. Yoxsa öz həyatını da itirəcəksən.

YOLAYRICI: ÖLÜMLƏ OLUM ARASINDA
(Heç vaxt ana ola bilməyəcəksən dedilər. Amma...)

28 yaşlı Gülnar Vəliyevanın (red.:şərti ad) hekayəsi belə başlayır. Yeni ailə quran gənc xanım 2 dəfə uğursuz hamiləlik keçirir. Sonuncu açılışdan sonra onda şiddətli vaginal qanaxma başlayır. Çox həkim dolaşsa da, eyni cavabı eşidir: sağ qalmağın üçün uşaqlıq götürülməlidir.

-Başqa 8 həkimə də getdim. Hamısı eyni sözü dedi. Buna razılaşa bilməzdim. Mən ana olmaq istəyirdim (ağlayır). Əgər ana ola bilməyəcəkdimsə, yaşamağımın da mənası yox idi. Yoldaşıma da dedim ki, əməliyyat olmayacam, qoy ölüm. Doktorlara yalvarırdım ki, qoymayın mən balasız qalım. Axırda bir həkim Dr.Nicat Alışevin adını çəkdi. Dedi bir invaziv radioloq var, bəlkə o sənə kömək edə bilər.

Beləcə, Gülnar Vəliyeva Dr.Niçat Alışevə pənah aparır. 

-İlk dəfə Nicat həkimi görəndə yoldaşımla tərəddüd etdik, qarşımızda cavan bir adam vardı. Fikirləşdik ki, belə gənc həkim nə kömək edə bilər ki? O qədər doktor gəzmişik. Müayinə  edib dedi ki, təcili müdaxilə lazımdır. Amma narahat olmayın, uşaqlığı qorumaqla əməliyyat edəcəm, yenidən ana ola biləcəksən. Bunu eşidəndə sevincimdən ağladım. Amma yenə də həkimin cavan olmasına görə qərar verə bilmədim.

GÜLNARIN TALEYİNİ DƏYİŞƏN O ZƏNG...

Doktorun yanında ayrılıb evə gedən  Gülnara telefon zəngi gəlir. Arayan Dr. Nicat idi:

-Qanaxmanın qarşısı təcili alınmalıdır. Yoxsa həyatınızı itirə bilərsiniz. Əgər maddi sıxıntınız varsa, ona da kömək edərəm. Amma mütləq əməliyyat olunmalısınız.

Günlar Vəliyeva:

-Həkimin zəngindən sonra tərəddüdümüz daha da artdı. Yoldaşım dedi ki, bu necə həkimdir, biz istəmədən ödənişə də güzəşt edir. Vallah, belə şey görmədiyimiz üçün bizə qəribə gəldi. Bir tərəfdən də cavan olması fikrimizi qarışdırırdı. Amma yenə də son qərarda Nicat həkimi seçdik. 

Bakı şəhəri, 7 oktyabr 2022-ci il, palata 2005 

Dr. Nicat Alışev Gülnar Vəliyevanı uğurla əməliyyat edir. Uşaqlıq saxlanılır, qanaxma dayanır və 1 gün sonra xəstə evə buraxılır.

Uzman invaziv radioloq Nicat Alışev:

-Gülnar Vəliyeva mənə uşaqlıq daxili qanaxma şikayəti  ilə müraciət etdi.  Həyati təhlükəli bir durum olduğu üçün təcili müdaxilə lazım idi. Əvvəllər bu kimi durumlarda tək çarə klassik əməliyyat idi: uşaqlığın götürülməsi. Lakin müasir invaziv radiologiyanın yeni imkanları ilə biz uşaqlığı saxlamaqda qanaxmaya səbəb olan damarları embolizasiya edə, yəni bağlaya bilirik. Amma tək iş damar bağlamaqdan ibarət deyil. Gərək proseduru elə icra edəsən ki, yumurtalıq və uşaqlıq zərər görməsin. Bunun üçün embolozasiya üsulunun və ləvazimatların doğru seçilməsi çox önəmlidir. Bu isə həkimdən peşəkarlıq və təcrübə tələb edir. Əks halda xəstə ana olmaq şansını itirə bilər.

Beləcə, Dr.Nicat Alışev icra etdiyi əməliyyatla Gülnarın həm həyatını, həm də ana olmaq şansını xilas edir.  Bizə möcüzə kimi gələn bu uğurun əsl adı MÜASİR İNVAZİV RADİOLOGİYADIR! 

UŞAQLIĞI SAXLAMAQLA İCRA OLUNAN ƏMƏLİYYAT NECƏ HƏYATA KEÇİRİLİR?

Uzman invaziv radioloq Nicat Alışev:

-Bu yeni növ əməliyyatdır və kəsik, tikiş olmadan icra olunur. Sadəcə biləkdən, yaxud da qasıqdan 2 mm-lik dəlik açaraq, problemli damarları bağlaya bilirik. Eyni üsulla G.Vəliyevanı da əməliyyat etdik. Heç bir ağırlaşma izlənilmədi və xəstə  6 saat sonra aktiv həyatına geri döndü. 

2005-Cİ PALATADAKI MÖCÜZƏ, İZSİZ ƏMƏLİYYAT, BEŞİKDƏKİ KÖRPƏ...

Ana olmaq arzusu ilə yanıb-tutuşan Gülnar 7 ay sonra hamilə qalır. Və oğlu Kamalı sağ-salamat qucağına alır. Bu gün balasının 2 yaşı var. 

Gülnar Vəliyeva:

-Ana olmağımın səbəbkarı Nicat həkimdir, qoymadı uşaqlığım çıxarılsın. Allah heç bir qadının qucağını balasız qoymasın!  Bu gün oğlumu bağrıma basa bilərəmsə, o doktorun sayəndə. Xoşbəxtliyimi ona borcluyam. Ailəmin ən əziz adamıdır. Cavanlığına görə tərəddüd etmişdik. Amma indi şükür deyirik ki, qarşımıza Nicat həkim çıxdı. Biləyimdən kiçik bir kəsiklə əməliyyat edib. Heç izi də qalmayıb. 

Bu hadisə başqa qadınların da başına gələ bilər. İstəyirəm hər kəs bilsin ki, çıxış yolu var. Əgər sizə desələr ki, uşaqlıq mütləq götürülməlidir,yaxşı bir invaziv radioloqa da müraciət edin. Mən Dr. Nicat Alışevi seçdim və ona güvəndim. Baxın, indi qucağımda balam var...   

Qeyd: uzman invaziv radioloq Dr. Nicat Alışevin Gülnar Vəliyevanın müalicəsində tətbiq etdiyi invaziv üsul miyomaların, yəni uşaqlıq fibromalarının müalicəsində də istifadə edilir. Eyni qaydada kəsiksiz və uşaqlığı qoruyaraq icra olunan bir miyom müalicəsidir. Həkim ilə 077-315-20-40 nömrəsi və “invaziv_radioloq.dralishev” instaqram hesabına ilə əlaqə saxlaya bilərsiniz.

Könül CƏFƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://lent.az
archiveBu xəbər 14 Avqust 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see231

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see221

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see196

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see194

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see191

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see170

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see167

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see164

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see160

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see149

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see148

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see144

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see143

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see141

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see140

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see140

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see137

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see136

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see129

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri