Icma.az
close
up
RU
Menu

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

Artıq tanışlıqla direktor təyin olunmaq mümkün olmayacaq AÇIQLAMA

Artıq tanışlıqla direktor təyin olunmaq mümkün olmayacaq AÇIQLAMA

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu prosesinin elektron sənəd qəbulu mərhələsinə start verilib. Proses Elm və Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada proqram təminatı vasitəsilə müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə seçim və müsahibə mərhələsindən ibarət olacaq.

Qeyd edək ki, məktəb direktorlarının yeni qaydalarla seçilməsi həm təhsil ictimaiyyəti, həm də millət vəkilləri tərəfindən birmənalı qiymətləndirilmir. Parlamentin bugünkü iclasında deputat Fazil Mustafa da ölkədə 600 məktəbdə direktor vəzifəsinin boş qaldığını deyərək, direktorların işə qəbulu qaydalarını sərt tənqid edib.

Təhsil eksperti Kamran Əsədov isə Redaktor.az-a açıqlamasında bildirdi ki, Elm və Təhsil Nazirliyinin bu modelə keçidi strateji baxımdan çox müsbət addımdır:

"Əvvəlki test mərkəzli sistem nəzəri bilikləri ölçsə də, idarəetmə və liderlik bacarıqlarını müəyyən etmirdi. Müsahibə mərhələsi isə real davranış, düşünmə və qərarvermə mədəniyyətinə əsaslanır. Nazirliyin son statistik məlumatlarına əsasən, 2024-cü ildə keçirilən müsahibə əsaslı seçim prosesində iştirak edən 1500 namizəddən 620-si uğurlu nəticə göstərərək direktor təyin olunub. Bu göstərici əvvəlki illə müqayisədə 40 faiz artım deməkdir. Bu da göstərir ki, yeni sistem daha çevik, daha praktik və effektiv nəticə verir.

Dünya təcrübəsi ilə müqayisədə bu model müasir idarəetmə standartlarına tam uyğundur. Məsələn, Finlandiya və Estoniyada məktəb direktorlarının seçimi yalnız müsahibə, təqdimat və peşəkar portfelin qiymətləndirilməsi ilə aparılır. Koreyada da oxşar sistem tətbiq olunur, direktor namizədi məktəbin inkişaf strategiyasını təqdim edir və liderlik keyfiyyətlərinə görə qiymətləndirilir. ABŞ-də isə məktəb rəhbərlərinin seçimi “School Leadership Interview Board” tərəfindən həyata keçirilir, burada da əsas diqqət namizədin sosial liderlik və pedaqoji innovasiya bacarıqlarına yönəldilir. Azərbaycan bu modelə inteqrasiya etməklə təhsil idarəçiliyində yeni mərhələ açır və rəhbər seçimində Avropa və Asiya standartlarının ən optimal variantını tətbiq edir".

Ekspert əlavə etdi ki, yeni sistemin ən mühüm üstünlüklərindən biri də onun praktiki səmərəliliyidir:

"Qeydiyyat və müsahibə formatı həm vaxt baxımından çeviklik yaradır, həm də məktəblərdə boş vəzifələrin qısa müddətdə doldurulmasına imkan verir. Əgər əvvəlki illərdə bir təyinat prosesi 6-8 ay çəkirdisə, indi bu müddət maksimum 45-60 gün arasında tamamlanır. Bu, idarəetmədə dinamikanı bərpa edir və tədris prosesində sabitliyi təmin edir.

Müsbət tərəf ondan ibarətdir ki, Elm və Təhsil Nazirliyi direktorların seçilməsində subyektivlik və inzibati təsir imkanlarını minimuma endirib. Artıq kimin tanışı olması deyil, kimin liderlik bacarığı və idarəetmə potensialı yüksəkdirsə, o seçilir. Bu, “Təhsil haqqında” Qanunun 6-cı maddəsində təsbit olunan “bərabərlik və şəffaflıq” prinsipinə tam uyğun gəlir. Nazirlik həm də regionlar üzrə bərabər imkan yaratmaq məqsədilə distant müsahibə imkanını da təmin edib, bu da coğrafi bərabərsizliyin qarşısını alır".

Müsahibimiz həmçinin qeyd etdi ki, mənfi tərəf kimi yalnız bir məqamı bildirmək olar.

"Bəzi potensial namizədlər yeni sistemin tələblərinə uyğun özünüifadə və liderlik bacarığını inkişaf etdirməyə hazır deyil. Xüsusilə regionlarda bu sahədə psixoloji və metodik hazırlığın aşağı olması müşahidə edilir. Lakin Elm və Təhsil Nazirliyi bu boşluğu da nəzərə alaraq “Direktorların İnkişaf Akademiyası”nı yaratmaq üzərində işləyir. Bu təşəbbüs direktor namizədlərinə idarəçilik, kommunikasiya və rəqəmsal savadlılıq üzrə təlimlər verəcək və gələcəkdə rəhbər ehtiyat bazası formalaşdıracaq. Dünya təcrübəsində rəhbər seçimi təkcə vəzifə deyil, həm də dəyərlər sistemidir. Bu baxımdan, yeni qaydalar məktəb idarəçiliyində dəyərləri, şəffaflığı və insan amilini ön plana çıxarır. Əgər əvvəlki model bilik üzərində qurulmuşdusa, indiki sistem bacarıq, düşüncə və sosial məsuliyyət üzərində qurulub.

Hesab edirəm ki, yeni direktor təyinat mexanizmi Azərbaycan təhsil sisteminin idarəetmə keyfiyyətini yüksəldəcək. Qeydiyyat və müsahibə əsaslı seçim modeli sadəcə texniki yenilik deyil, həm də idarəetmə fəlsəfəsində dönüş nöqtəsidir. Elm və Təhsil Nazirliyinin bu islahatı həm şəffaflıq, həm səriştə, həm də peşəkarlıq baxımından müasir və effektiv model yaradır. Bu yanaşma məktəblərdə liderlik mədəniyyətini gücləndirəcək, idarəetməni formal strukturdan real keyfiyyət idarəçiliyinə çevirəcək. Beləliklə, yeni qaydalar direktorların seçilməsini sadəcə prosedur yox, təhsil keyfiyyətinin yüksəldilməsinə yönəlmiş strateji islahat səviyyəsinə qaldırır", - deyə Kamran Əsədov yekunlaşdırdı. 

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 31 Oktyabr 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see527

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see255

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see246

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see245

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see233

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see231

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see227

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see225

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see214

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see213

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see211

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see210

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see207

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see202

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see182

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see176

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see175

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see173

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see156

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri