Icma.az
close
up
RU
Bakıda taksi xidmətinin keyfiyyətini artırmaq mümkün olmayacaq AÇIQLAMA

Bakıda taksi xidmətinin keyfiyyətini artırmaq mümkün olmayacaq AÇIQLAMA

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

"Taksi sürücülərinin imtahana cəlb olunması, onların bilik səviyyələrini artırması ümumiyyətlə xidmətin keyfiyyətinə təsir edən əsas amil deyil. Xidmətin keyfiyyətinə təsir edən əsas amillər taksi sürücülərinin şəhər daxilində normal hərəkət imkanlarının təmin olunması və eyni zamanda infrastrukturun yaxşı təşkili ilə bağlıdır".
Bu sözləri Demokrat.az-a açıqlamasın nəqliyyat eksperti İlqar Hüseynov deyib. 
O bildirib ki, əgər infrastruktur yaxşı təşkil olunursa, nəqliyyat vasitələrində ciddi yenilənmələr baş verirsə, biz xidmət keyfiyyətinin yaxşılaşdırıldığını görə bilərik:
"Son vaxtlar ölkənin taksi xidməti göstərən şirkətlərində nəqliyyat parkının yenilənməsi prosesi gedir. Xüsusilə Çin Xalq Respublikasından gətirilmiş B7 markalı minik avtomobilləri artıq kifayət qədər sayda Yandex, Bolt, Uber və digər şirkətlər tərəfindən xidmətə cəlb olunub. Bu avtomobillər komfortlu və yüksək səviyyəli xidmət göstərən nəqliyyat vasitələridir".
Ekspertin sözlərinə görə, əgər yollarda tıxac varsa, bu yalnız taksi xidmətinin yox, bütün ölkənin problemidir:
"Vaxt itkisi, yol infrastrukturunda dağıntılar xidmətin keyfiyyətinə ciddi təsir göstərir. Əsas problemimiz Bakı şəhərində tıxacların aradan qaldırılmasıdır. Tıxaclarla bağlı vətəndaşlar və dövlət birlikdə ortaq nəticəyə gəlməlidirlər. Əks halda, nə qədər islahat aparılsa belə, Bakıda taksi xidmətinin keyfiyyətini artırmaq mümkün olmayacaq.
İmtahan verilməsi, biliklərin artırılması vacibdir. Elə insanlar var ki, yol hərəkəti qaydalarını bilmir və imtahandan keçə bilmir. Burada etik davranış məsələləri də əsas rol oynayır. Əgər taksi sürücüsü etik davranış qaydalarına əməl etmirsə, bu, sərnişinlə mübahisələrə, hətta turistlərlə narazılıqlara səbəb olur. Bu isə artıq imtahanla tənzimlənən məsələ deyil".
Qeyd edək ki, 46 mindən çox taksi sürücüsü DİM tərəfindən təşkil olunan imtahanlara cəlb olunub. 
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 İyun 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri