Icma.az
close
up
RU
Artıq ucuz qiymətə telefon ala bilməyəcəksiniz SƏBƏB

Artıq ucuz qiymətə telefon ala bilməyəcəksiniz SƏBƏB

Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yaxın illərdə büdcə seqmentinə (ucuz) aid smartfonların bazardan tədricən yoxa çıxması ehtimal edilir və bu, milyonlarla istifadəçinin seçimlərinə təsir göstərə bilər. Qlobal elektronika bazarı operativ yaddaş və fləş yaddaşın sürətlə bahalaşması səbəbilə ciddi problemlə üzləşib. 2026-cı ilin birinci rübünün nəticələrinə görə, DRAM yaddaşının qiyməti 50 faizdən çox artıb, NAND Flash isə təxminən 90 faiz bahalaşıb. Bu artım artıq son məhsulların qiymətinə birbaşa təsir edir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, smartfonların istehsalı getdikcə daha az sərfəli olur. 6 GB operativ yaddaş və 128 GB daxili yaddaşa malik əsas modellərin komponent dəyəri təxminən 25 faiz artıb. Nəticədə yaddaşın cihazın ümumi maya dəyərində payı demək olar ki, 43 faizə çataraq ən bahalı komponentə çevrilib.

Orta qiymət seqmentində də vəziyyət çətinləşib. Qiyməti 400–600 dollar aralığında olan smartfonlarda DRAM təxminən 20, NAND Flash isə 16 faiz bahalaşıb. Flаqman modellər də ucuzlaşmır, lakin istehsalçılar bu artımı daha yüksək qazanc marjası hesabına kompensasiya edə bilirlər.

Analitiklər bildirirlər ki, mövcud tendensiyalar ucuz modellərin bazardan tədricən çıxmasına səbəb ola bilər. İstehsalçılar xüsusiyyətləri və keyfiyyəti ciddi şəkildə azaltmadan aşağı qiymətləri saxlamaqda çətinlik çəkirlər. Bu isə xüsusilə kütləvi bazara yönəlmiş brendlər üçün risklidir.

Komponent çatışmazlığı fonunda 2026-cı ildə qlobal smartfon bazarının təxminən 13% azalacağı gözlənilir. Tədarük həcmi 2025-ci ildəki 1,26 milyard cihazdan cari ildə təxminən 1,1 milyard səviyyəsinə düşə bilər.

Qiymət artımı yalnız smartfonlarla məhdudlaşmır. Yaddaşın bahalaşması artıq fərdi kompüterlər və smart televizorlar da daxil olmaqla digər texnologiyaların qiymətinə təsir etməyə başlayıb.

Mövcud böhran şəraitində istehsalçılar strategiyalarını yenidən nəzərdən keçirməyə məcbur qalırlar. Bir çox şirkətlər büdcə modellərini azaltmağa, cihazların texniki inkişafını ləngitməyə və daha çox premium seqmentə yönəlməyə başlayır. Ucuz elektronika sahəsində fəaliyyət göstərən şirkətlər üçün isə bu vəziyyət kritik ola bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://lent.az
archiveBu xəbər 16 Aprel 2026 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri