Icma.az
close
up
RU
Müzakirələrə səbəb olan film artıq kinoteatrlarda

Müzakirələrə səbəb olan film artıq kinoteatrlarda

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda psixoloji melodram janrında çəkilmiş "Spinozanın Tanrısı" filmi tamaşaçıların ixtiyarına verilib.

Oxu.Az xəbər verir ki, ötən gün Nizami Kino Mərkəzində təqdimat mərasimi keçirilən ekran işi böyük maraq və anşlaqla qarşılanıb.

Bir gəncin həyatından bəhs edən sevgi romanının sloqanı da maraqlıdır - "Belə hekayəm olmasaydı, kaş".

Rejissoru Cavid Təvəkkül, ssenari müəllifi və prodüseri Rəsul Allahverdiyev olan "Spinozanın Tanrısı" "Pelican Film" Prodakşn tərəfindən istehsal olunub.

Uzun fasilədən sonra bu filmlə kino dünyasına qayıdan rejissor Cavid Təvəkkül yaxşı bir iş ortaya qoymaq üçün çalışdıqlarını bildirib: "Uzun fasilədən, uzun illərdən sonra təkrar kino ətrafında toplaşmaq və sizinlə görüşmək çox xoşdur. Ümid edirəm baxacaqsınız, bəyənəcəksiniz. Biz yaxşı bir film ortaya qoymağa çalışmışıq. Qiyməti sizlər verəcəksiniz".

Təqdimat mərasimində çıxış edən Rəsul Allahverdiyev filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edib: "Bu filmə ruh verən, öz duyğularını verən bütün yaradıcı heyətə dərin təşəkkürümü bildirirəm. Bu mənim debütüm olduğuna görə, əlbəttə, öyrənərək irəliləyirəm. İlk öyrəndiyim şeylərdən biri o idi ki, bu sənətdə texnika vacibdir. Mütəxəssislər bunu daha yaxşı bilir. Gülməyin, ağlamağın, yıxılmağın, durmağın - hamısının texnikası var. Amma, mən bildiyimə görə, hisslərin, duyğuların texnikası yoxdur. Ona görə də, mən filmə hissini, duyğusunu qatan və bunlarla iddialı bir film ərsəyə gətirən bütün heyətə təşəkkür edirəm. Ümid edirəm ki, siz də bu film haqqında yaxşı qənaət sahibi olacaqsınız".

Müzakirələrə səbəb olan film artıq kinoteatrlarda

Filmdə əsas rolları Türkay Cəfərli, Lalə Süleymanova və Fidan Bayramova canlandırıb. Digər rollarda isə Xalq artisti Vidadi Həsənov, əməkdar artistlər Elşən Rüstəmov, Hüsniyyə Mürvətova, İqrar Salamov, Sədaqət Nuriyeva, aktyorlar Orxan Abışov, Nəzrin Abdullayeva, Sənan Fərzəliyev, Ayla Əliyeva, Jalə Novruz, Ramil Zeynalov, Niyaz İlyasoğlu və digər istedadlı aktyorlar çıxış ediblər.

Ekran əsərinin quruluşçu operatoru Hüseyn Devrim, quruluşçu rəssamı Vüqar Qurbanovdur. Filmdə istifadə olunan musiqilər Nicat Qafuroğluna aiddir.

Qeyd edək ki, "Spinozanın Tanrısı" bu gündən kinoteatrlarda nümayiş olunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://oxu.az
archiveBu xəbər 01 Mart 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri