Icma.az
close
up
RU
Artsax bayrağı Ermənistanda QADAĞAN EDİLMƏLİDİR

Artsax bayrağı Ermənistanda QADAĞAN EDİLMƏLİDİR

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2023-cü ilin sentyabrın 19-da 23 saatlıq antiterror əməliyyatlarından sonra Qarabağda erməni separatizminə son verilib. Azərbaycan torpaqlarından birdəfəlik qovulan mənfur separatçılar Ermənistana qaçaraq orada "fəaliyyətlərini" davam etdirməyə çalışırlar.

Ermənistan Baş naziri Nikol Paşinyan da bir neçə dəfə separatçı Qarabağ Hərəkatını dəstəkləməyəcəklərini dilə gətirib. Ancaq bunu əməldə yerinə yetirə bilmir və qondarma "Artsax"ın əski parçası ölkənin bir çox yerində nümayiş olunur.

Azərbaycan Ermənistanın qarşısına sülh üçün konkret şərtlər qoyub. Burada konstitusiyadakı separatizmi dəstəkləyən müddəaların dəyişidirilməsi prioritet tələbdir.

Ancaq bunlarla yanaşı Ermənistan separatizmə son verdiyini göstərən səməmi addımlar atmalıdır. "Artsax"ın əski parçası ölkədə qadağan edilməlidir. Çünki bu bizim ərazi bütövlüyümüzə və suverenliyimizə hörmətsizlikdir.

Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Ermənistan hökuməti bu gün özünə qarşı baş qaldıran revanşizmlə mübarizə apara bilsə, böyük bir şeydir:

"Cənab Prezidentin dediyi kimi, Ermənistan cəmiyyəti iki hissəyə bölünür: aktiv revanşistlər və passiv revanşistlər. Aktiv revanşistlər əski parçası qaldırmaq cəhdi edənlər, sərhəddə provakasiya törədənlər, küçələrə axışıb qışqır-bağır salanlar, Köçəryan və Sarkisyanlardır. Bunlar tam şəkildə uduzduqlarını, Azərbaycanın onları darmadağın etdiklərini başa düşürlər. Ona görə də, yerlərində otura bilmirlər. Passiv revanşistlər isə Paşinyan hökumətinin içərisində sülh-sülh sözü deyə-deyə, əslində isə ürəklərində başqa fikirləri daşıyan insanlardır. Ona  görə də biz konkret mövqeyimizi ortaya qoyub demişik ki, biz bu insanlara inanmırıq. Onlar  öz içərilərində normal şərait yaratsalar, konstitusiyada dəyişikliklər etsələr, sülh müqaviləsindən öncə Minsk qrupuna onun ləğv edilməsi üçün Azərbaycanla bir yerdə müraciət etsələr, onda qondarma “Artsax”ın əski parçası olan bayrağının qanunsuz elan edilməsi istiqamətində hərəkətlər etməyə hazır ola bilərlər".

Komitə sədri söyləyib ki, əgər cavab "yox" olacaqsa, deməli, bunun iki izahı var: ya bunu edə bilmirlər, ya da etmək istəmirlər:

"İkisi də Ermənistan üçün pis haldır. Azərbaycan bu nöqteyi-nəzərdən gözləyə bilər. İndiki Ermənistan hakimiyyəti bu prosesi uzadacaqsa, bir o qədər uduzacaq. Düstur bundan ibarətdir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 May 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see588

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see498

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see336

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see275

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see239

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see238

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see232

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see231

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see222

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see205

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see200

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see188

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see184

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see181

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see176

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see175

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see165

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri