Icma.az
close
up
RU
“Arvadım özü dedi ki, taksi sürücüsü ilə birlikdədir, mən də öldürdüm” ETİRAF

“Arvadım özü dedi ki, taksi sürücüsü ilə birlikdədir, mən də öldürdüm” ETİRAF

Lent az saytına istinadən Icma.az xəbər verir.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə Səməndər Səfayinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə təqsirləndirilən şəxsin ifadəsi ilə davam edib. S.Səfayi həyat yoldaşını qısqanclıq zəminində öldürdüyünü bildirib:

"Biz 2013-cü ilin avqustunda rəsmi nikaha daxil olmuşuq. Sevib evlənmişdik, maddi durumum da yaxşı idi. Bir gün evə gələndə evdə olmadığını gördüm. Zəng edib harada olduğunu soruşdum, mağazada olduğunu dedi. Durub ora getdim ki, yoxdur. Bir də zəng elədim, dedi ki, oradan çıxıb ayrı mağazaya getmişəm. Evə qayıdandan sonra təkrar bütün gün harada olduğunu soruşdum, dedi ki, geyim mağazasında olub. Durub getdim o mağazaya. Satıcıya mənə kameranı göstərməsini dedim. O da kameranı göstərə bilməyəcəyini dedi. Evə qayıtdıq, çox əsəbi idim, təkrar soruşanda etiraf elədi ki, taksi sürücüsü Canmirzə Cabbarovla birlikdədir, onunla gedib. Mən artıq birlikdə yaşaya bilməyəcəyimizi ona dedim və razılaşdıq ki, qızımız məndə, oğlumuz onda qalsın. Mən qızımın belə bir qadının tərbiyəsində yaşamağına yol verə bilməzdim. Əvvəl razılaşdı, lakin sonra gəlib dedi ki, boşanmağa razıyam, ancaq uşaq səndə qalmayacaq. Mən də əgər uşaq məndə qalmayacaqsa, onu öldürəcəyimi dedim. Qayıtdı ki, öldürə bilməzsən. Mən əfqanıstanlıyam, birinci Qarabağ müharibəsi vaxtı könüllü gəlib döyüşmüşəm; kəşfiyyatçı olmuşam, baş leytenant rütbəsi almışam, Qarabağ Əlillər Cəmiyyətinin üzvüyəm. Həyat yoldaşımın hərəkətlərini qəbul edə bilmirdim".

Təqsirləndirilən daha sonra ifadəsi zamani bildirib ki, o bundan sonra həyat yoldaşını evində mübahisə zamanı qətlə yetirib və həmin taksi sürücüsu Canmirzə Cabbarovu da taparaq, ona ülgüclə ağır xəsarət yetirib .

Daha sonra növbəti proses 23 dekabr saat 11:00-a təyin olunub.

Xatırladaq ki, 2024-cü ilin 09 iyulunda paytaxtın Binəqədi rayon sakini Nüşabə Səfərovanın (Səfayi) qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Binəqədi rayon Prokurorluğunun

apardığı araşdırmalara görə zərərçəkmişin əri Əfqanistan Respublikasının vətəndaşı Səməndər Səfayinin qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı mətbəx bıçağı ilə çoxsaylı xəsarətlər yetirərək Nüşabə Səfərovanı (Səfayi) qəsdən öldürməsinə və tanışı Canmirzə Cabbarovu öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:60
embedMənbə:https://lent.az
archiveBu xəbər 02 Dekabr 2025 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see200

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see179

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see157

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see152

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see149

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see139

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see133

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see130

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see130

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see130

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri