Icma.az
close
up
RU
Arvadım dedi ki, evi təmizlə, mən də döydüm Məhkəmə

Arvadım dedi ki, evi təmizlə, mən də döydüm Məhkəmə

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Şəmkir rayonunda 31 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin avqustun 7-də rayonun kəndlərindən birində baş verib. 1995-ci il təvəllüdlü Taleh həmin gün saat 18 radələrində yaşadıqları evdə arvadı Səmayə (adlar şərtidir – red.) ilə mübahisə edib.
Ailə-məişət münasibətləri zəminində yaranmış mübahisə zamanı Taleh arvadının ona evi təmizləməsini, evi çirkləndirməməsini, siqaretin külünü yerə tökməməsini bildirib. Bu zaman 31 yaşlı kişi əli ilə bir neçə dəfə qadının baş və sifət nahiyəsinə vurub, oan müxtəlif dərəcəli xəsarətlər yetirib. 
Taleh ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, fərdi əməklə məşğul olur:
“Zərərçəkmiş Səmayə mənim arvadımdır. Biz Şəmkir rayonunun kəndində yaşayırıq. Ötən ilin avqustun 7-də, saat 18 radələrində evdə olarkən arvadım mənə qarpız yeyərək mətbəxi çirkləndirdiyim, siqaretin külünü yerə tökdüyüm üçün mənimlə mübahisə etdi, evi təmizləməyimi bildirdi. sonra isə o, mənə nalayiq ifadə işlətdi. Mən də əlim ilə onun baş və sifət nahiyəsindən bir neçə dəfə vurdum. Sonradan arvadımdan üzrxahlıq etdim. O, da mənimlə barışdı”. 
Təqsirləndirilən şəxs ifadəsinin sonunda barəsində amnistiya aktının tətbiq olunmasını, iş üzrə icraata xitam verilməsini xahiş edib.
Şəmkir Rayon Məhkəməsinin hökmü ilə Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərarının 5.1-ci bəndinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət təqibinə xitam verilib.
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 Aprel 2026 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see360

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see343

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see303

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see272

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see247

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see216

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see206

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see201

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see198

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see195

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see190

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see183

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see179

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see173

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see172

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see170

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see167

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see167

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see165

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri