Icma.az
close
up
RU
Arvadından şübhələnən ər: Yatağının altına cihaz quraşdırdım, yad kişi səsi gəldi

Arvadından şübhələnən ər: Yatağının altına cihaz quraşdırdım, yad kişi səsi gəldi

Pravda.az saytına istinadən Icma.az xəbər verir.

Balakən rayonunda 1976-cı il təvəllüdlü Mətin qısqanclıq zəminində həyat yoldaşı Banuya (adlar şərti verilib – red.) xəsarət yetirib.

Hadisə 18 yanvar 2023-cü ildə Balakən rayonunun kəndində baş verib.

Mətin həmin gün səhər saat 9 radələrində yaşadığı evdə mübahisə zamanı həyat yoldaşı Banunun üz nahiyəsinə başı ilə zərbə vurub. Daha sonra ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Ardınca masanın üzərindən götürdüyü bıçaqla qadını vurub.

İstintaq orqanı tərəfindən Mətinin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mətin ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2007-ci ildə Banu ilə evlənib: “Banu 2021-ci ilin yayından Balakən şəhərində bazarın ərazisindəki çörək sexində fəhlə işləyir. Son vaxtlar onun işlətdiyi mobil telefonuna baxdıqda, telefona daxil olan və çıxan zənglərin silindiyini gördüm. Bu, məndə şübhə yaratdı. Həyat yoldaşım mənə soyuqluq etdiyindən şübhələrim artdı. Qeyd olunan səbəbdən həyat yoldaşımın hər hansı şəxslərlə əlaqəsinin olub-olmamasını müəyyənləşdirmək qərarına gəldim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, bu məqsədlə 6 yanvar 2023-cü ildə təxminən səhər saat 10 radələrində özünə məxsus “Samsung Duos” markalı telefonun səsyazan funksiyasını açaraq telefonu Banunun yatdığı çarpayının altına qoyub:

“Bir müddət sonra telefonu götürərək səsyazılarına qulaq asdıqda həm televizordan gələn səsləri, həm də kişi cinsli şəxsə məxsus səs eşitdim. Kişini tanımadım. Bu səbəbdən arvadım mənə xəyanət etdiyini fikirləşdim və onu cəzalandırmaq qərarına gəldim. Yanvarın 18-də saat 9 radələrində Banu ilə söhbət əsnasında səsyazısını ona dinlətdirdim, səsi gələn kişinin kim olduğunu soruşdum. Banu isə bunları inkar elədi, mənə xəyanət etmədiyini bildirdi. Mən əsəbləşərək başımla onun sifətinə bir zərbə vurdum. Banunun dodağından qan axmağa başladı”.

Mətinin ifadəsinə görə, mübahisə zamanı Banu çarpayının üstünə yıxılıb: “Stolun üzərində olan mətbəx bıçağını götürdüm, əvvəlcə onun göz nahiyəsinə, ardınca çiyninə, daha sonra isə hazırda xatırlamadığım yerlərinə bıçaq zərbələri vurdum. Banudan qan axmağa başladığı üçün dayandım. Ona tibbi yardım göstərərək əl-üzünü yumasına və əynində olan qana bulaşmış paltarları dəyişməsinə köməklik göstərdim. Bu barədə telefonla anama məlumat verdim. Habelə qardaşıma da dedim.

Qardaşım hadisə ilə bağlı həm polisə, həm də təcili yardım xidmətinə məlumat verdi. Banu təcili yardım maşını ilə xəstəxanaya, mən isə polis əməkdaşları tərəfindən Balakən Rayon Polis Şöbəsinə aparıldım. Əlimdəki bıçağı tulladığım yeri xatırlamıram”. 

İş üzrə zərərçəkmiş qismində ifadə verən Banunun sözlərinə görə, yanvarın 18-də saat 9 radələrində Mətin ona səsyazısına qulaq asmağı təklif edib: “Səsyazısına qulaq asdıqda bunların televizordan gələn səs olduğunu dedim. Mətin isə inanmadı, səsi gələn kişinin kim olduğunu soruşdu. Mən bir daha Mətinə televizordakı verilişdən səs gəldiyini dedim. Mətin başı ilə ağız nahiyəmə bir zərbə vurdu, dodağımdan qan axmağa başladı. Daha sonra stolun üzərində olan mətbəx bıçağını götürərək məni çarpayının üzərinə yıxdı. Ardınca sol çiyin, ürək, göz və sifət nahiyələrimə bıçaqla zərbələr endirdi”.

Zərərçəkmiş qeyd edib ki, daha sonra Mətin əməllərini dayandırıb: “Mənə tibbi yardım göstərdi, əl-üzümü yumağıma, qana bulaşmış paltarlarımı dəyişməyimə kömək elədi, telefonda anama məlumat verdi. Ardınca isə evi tərk edərək getdi. Bir müddət sonra anam, digər qohumlarımız gəldi. Mənim yerdə qana bulamış vəziyyətdə uzandığımı gördülər. Təcili yardım maşını ilə məni Balakən Rayon Mərkəzi xəstəxanasına apardılar”.

Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Mətinin barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunub və ona 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunmasını istəyib.

Şəki Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib./Teleqraf

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://pravda.az
archiveBu xəbər 03 Mart 2025 19:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see178

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see144

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see139

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see138

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see137

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see134

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see133

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see129

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see129

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see128

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see125

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see122

Bu beş bürc iyunda çətin sınaqdan keçəcək

03 İyun 2025 00:08see119

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see118

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see117

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see115

Avtobus zolağının ətrafında qəza baş verərsə sürücülər nə etməlidir? VİDEO KONKRET

02 İyun 2025 23:52see114

Xaricdən gətirilmiş ət ilə daxildə satılan ət arasında əsas fərqlər yalnız kimyəvi tərkib baxımından ola bilər AÇIQLAMA

02 İyun 2025 22:30see113

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see113

Yeni dərs ilində məktəb formaları dəyişəcək? RƏSMİ

02 İyun 2025 14:52see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri