Icma.az
close
up
RU
Qərbi Azərbaycan Xronikası: Erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan ərazilərimiz

Qərbi Azərbaycan Xronikası: Erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan ərazilərimiz

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "Sovet Ermənistanında inzibati ərazi bölgüsü hiyləgərliyi" adlı süjet hazırlanıb.

Bugünkü süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Aşağı Adyaman, Aşağı Altuntaxt, Aşağı Alçalı və Aşağı Axta toponimi haqqında söz açılıb.

Bildirilib ki, Qərbi Azərbaycan torpaqları, toponimləri həm dövlət səviyyəsində saxta qərarlar, eləcə də sovet Ermənistanı dövründəki inzibati ərazi bölgüsü əsasında dəyişdirilib.

Aşağı Adyaman - Göyçə mahalının Qaranlıq, sonralar Martuni adlandırılan rayonda kənd olub. Ermənilər bura 1828-1829-cu illərdə Türkiyənin Alaşkerd bölgəsindəki Topraqqala kəndindən köçürülüblər. 1945-ci ildə kəndin adı dəyişdirilib Nerkin Getaşen qoyulub.

Aşağı Altuntaxt - Göycə mahalının Kəvər, sonralar Kamo adlandırılan rayon ərazisində kənd olub. XVIII əsrdə ləğv edilib və indi ölü kənddir.

Aşağı Alçalı - Göyçə mahalının Qaranlıq, sonralar Martuni adlandırılan rayonunda kənd adıdır. XIX əsrin 20-cı illərinə qədər burada azərbaycanlılar yaşayıblar. 1829-1930-cu illərdə onlar qovulublar və Türkiyənin Alaşkerd bölgəsindən köçürülən ermənilər burada yerləşdiriliblər. 1968-ci ildə kəndin adı dəyişdirilib Ardzvanist qoyulub.

Aşağı Axta - Dərəçiçək mahalının Axta, sonralar Razdan adlandırılan rayonda kənd olub. Kənddə 1897-ci ildən yaşayan azərbaycanlılar 1905-1906-cı illərdə qovulublar və ermənilərin yaşayış məntəqəsinə çevrilib. 1926-cı ildən kənd rayon mərkəzi ilə birləşdirilib. 1959-cu il iyunun 30-da kəndin adı dəyişdirilib Razdan qoyulub.

Sonda vurğulanır ki, toponimlərin dövlət səviyyəsində məhv edilməsi və ya erməniləşdirilməsi Ermənistan rəhbərliyinin əsas siyasi xətti olub: "Təbii ki, bu yolla Qərbi Azərbaycanlıların doğma yurdunu danmaq, onların öz ata-baba ocaqlarına qayıdışını əngəlləmək mümkün olmayacaq. Çünki ora türklərin əzəli və əbədi dədə-baba məskənidir".

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlə də ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı süjetdə:

Qərbi Azərbaycan Xronikası: Erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan ərazilərimiz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://oxu.az
archiveBu xəbər 04 İyun 2025 01:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri