Icma.az
close
up
RU
Arvadını öldürən tanınmış plastik cərraha cəza istənildi

Arvadını öldürən tanınmış plastik cərraha cəza istənildi

Tanınmış plastik cərrah Türkan Gündüzü qətlə yetirməkdə təqsirləndirilən əri, Türkiyə vətəndaşı Muhammet Gündüzün cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb.

Bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror Muhammet Gündüzün 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, ötən il mayın 7-də Novxanı qəsəbəsində 1982-ci il təvəllüdlü Türkan Gündüzün ölməsinə dair Abşeron rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla 1967-ci il təvəllüdlü Türkiyə vətəndaşı Muhammet Gündüzün aralarında yaranmış mübahisə zamanı arvadı Türkan Gündüzə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Muhammet Gündüz şübhəli şəxs qismində tutulub.

Qətlə yetirilən Türkan Gündüz tanınmış həkim olub. O, ölümünə qədər klinikalardan birində plastik cərrah kimi fəaliyyət göstərib.

APA

seeBaxış sayı:31
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri