Icma.az
close
up
RU
Məleykə Abbaszadənin onlayn imtahan təklifi: “Olduqca böyük vəsait tələb edir”

Məleykə Abbaszadənin onlayn imtahan təklifi: “Olduqca böyük vəsait tələb edir”

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Dövlət İmtahan Mərkəzinin (DİM) rəhbəri Məleykə Abbaszadə yaxın 5 ildə qəbul imtahanlarının onlayn keçirləcəyi niyyətinin olduğunu bildirib. Bu nə dərəcədə realdır? Azərbaycanda internet xidmətinin hazırkı halı təhlükəsizliyi onlayn imtahan modelinə keçidi həyata keçirməyə imkan verəcəkmi? 

"Yeni Sabah"a danışan təhsil eksperti Ramal Şəmşədli bildirib: 

"Məsələ qəbul imtahanlarının onlayn şəkildə keçirilməsi deyil, problem imtahandır. Gənclərin kifayət qədər yüklənməsi, sistemin qarışıq olması, imtahanların çox olması, - bunlar nəticə vermir. Əlavə olaraq gənclər nə üçün 2-ci, 3-cü, 4-cü qrupa imtahan verir, - bilinmir. pizza hut

Təəssüf ki, indiki dövrdə ixtisas seçimi sadəcə 11-ci sinifdə buraxılış və blok imtahanı verdikdən sonra bilinir. Əslində, bu, ən gec 9-cu sinifdən etibarən baş verməlidir ki, gəncin potensialı ortaya çıxsın. Ona görə də məktəb ona yönləndirmə etməlidir ki, uşağın potensialı bəlli olsun və xoşagəlməz nəticə ortaya çıxmasın.

Təbii ki, bu gün dünyada onlayn təhsil modeli olduqca geniş inkişaf edib. Mənə elə gəlir ki, təhsili asanlaşdırmaq üçün yaxşıdır. Amma əgər onlayn təhsil növünə üstünlük veririksə, distant təhsil də Azərbaycan qanunvericiliyində təsdiqlənməlidir.

Bildiyimə görə, Azərbaycanda distant təhsil növü qanunvericiliklə təsdiqlənmir. Bu, dəfələrlə müzakirələr olunub, "çalışmalar gedir" deyilir, amma hələ də nəticə yoxdur. Dünyanın bir çox yerində distant təhsil növü artıq mövcuddur.

İmtahanlar onlayn formada olacaqsa, bəzi ixtisaslarda onlayn tədris olunmalıdır. Çünki elə ixtisaslar var ki, tələbənin rayondan Bakıya gəlib kirayə tutması, öz xərclərini qarşılaması üçün kredit götürməsi əsas deyil. Bu olsa, düşünürəm ki, onlayn təhsilin töhfələrini açıq-aşkar görə bilərik. Bəzi ixtisaslar da var ki, onlar 4 il yox, 2 il tədris olunmalıdır.

Mən belə başa düşürəm ki, imtahanlar digital formada olacaq. Müəyyən mərkəzlər müəyyənləşəcək və imtahanlar o şəraitdə keçiriləcək. Fikirləşirəm ki, imtahan mərkəzləri qurulacaq və abituriyentlər ora gəlib imtahanlarını onlayn formada verəcəklər".

IT mütəxxəsisi Fərid Əmirovun sözlərinə görə, onlayn imtahan təcrübəsi artıq dünyada çox tətbiq olunub:

"Pandemiya zamanı onlayn imtahanlar daha çox istifadə olunurdu. Texniki olaraq onlayn qəbul mümkündür. Sadəcə layihənin təhlükəsizliyinə xüssusi nəzər yetirməliyik. Təhlükəsiz məlumat bazaları yaradılmalıdır, həm Azərbaycanda, həm də digər xarici ölkələrdən bu məlumatlar əlçatan olmamalıdır. Yedəkləmə sistemləri və rəqəmsal imzalar təhlükəsiz şəkildə tətbiq edilməlidir. Üstəlik, çoxfunksiyalı tərəf-doğrulama sistemi tətbiq olunmalıdır.

Bu, imtahana girişlər üçün inteqrasiya aparılmalıdır ki, başqa abituriyentin digərini əvəz edərək imtahana "girməsi" halları yaşanmasın. Süni intellektdən istifadə olunması da məqsədəuyğundur. Əsas sual odur ki, Azərbaycanda sözügedən keçidə infrastruktur hazırdırmı?

Regionlarımızda internetin qeyri-bərabər paylanması mövcuddur, lakin bunların da həlli yolları var. Layihə olduqca böyük vəsait tələb edir. Texniki olaraq bu məsələ əlçatan olsa da, resurs barədə düşünülməlidir.

İlk növbədə, milli onlayn imtahan platforması yaradılmalıdır. Ciddi analitiklər cəlb olunmalı və mütəxəssis resursları onlayn imtahan sahəsində inkişaf etməlidir. İmtahan ərəfəsində provayderlərin təhlükəsizliyi ciddi şəkildə təmin olunmalıdır. Çünki bu layihə ancaq vətəndaşlara xidmət edən deyil, dövləti təmsil edən layihə sayılır".

Rəvan Rzazadə


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 07 İyul 2025 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see199

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see169

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see163

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see156

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see134

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see131

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see125

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri