Icma.az
close
up
RU
DHA: Azərbaycanın sənaye zonaları investorları gözləyir

DHA: Azərbaycanın sənaye zonaları investorları gözləyir

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İstanbul, 7 iyul, Günel Karatepe, AZƏRTAC

Türkiyənin “Demirören” xəbər agentliyi (DHA) bu ilin iyun ayında qardaş ölkənin bir sıra nüfuzlu media qurumlarının əməkdaşlarının işğaldan azad edilmiş ərazilərimizə səfəri, eləcə də Azərbaycanın həyata keçirdiyi layihələr ilə bağlı geniş məqalə yayımlayıb.

AZƏRTAC xəbər verir ki, “Azərbaycanın sənaye zonaları investorları gözləyir” sərlövhəli məqalədə jurnalistlərin səfər zamanı Qarabağ və Şərqi Zəngəzurun biznes və investisiya mühiti, eləcə də burada iş adamları üçün tətbiq edilən imtiyazlar barədə əldə etdikləri məlumatlara yer verilib.

Yazıda Azərbaycanın Türkiyədəki ticarət nümayəndəsi aparatının təşkilatçılığı ilə baş tutan səfər zamanı işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən inkişaf layihələri, sənaye zonaları və sahibkarlara təqdim olunan təşviqlərin yerində araşdırıldığı bildirilir.

Məqalədə Azərbaycanın Türkiyədəki ticarət nümayəndəsi Tamerlan Tağıyev, İqtisadi Zonaların İnkişafı Agentliyinin investisiya və iqtisadi təhlil bölməsinin müdiri Aqşin İbişsoy, Ələt-Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov, “Sea Breeze” layihəsinin satış direktoru Ena Kameliya, eləcə də Azərbaycanda fəaliyyət göstərən türkiyəli şirkət rəhbərlərinin müsahibələrinə yer verilib.

Bildirilib ki, səfər çərçivəsində jurnalistlər Azərbaycandakı sənaye parklarına səfər ediblər. Burada onlara Azərbaycanın iqtisadi potensialı, əlverişli biznes mühiti, sənaye zonaları və sərmayədarlara təqdim olunan imkanlar haqqında ətraflı məlumat verilib.

Mətndə bölgənin ən böyük sənaye sərmayələrindən biri olan Sumqayıt Kimya Sənaye Parkı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında yerləşən Ələt-Azad İqtisadi Zonası, Azərbaycanın neftdənkənar sahələrin inkişafı istiqamətində gördüyü işlər, Qarabağ bölgəsinin tamamilə “ağıllı və yaşıl zona” elan olunması, ölkəmizin strateji coğrafi üstünlüyü sayəsində qlobal nəqliyyat dəhlizlərinə birbaşa çıxışı, hazırda Azərbaycanda fəaliyyət göstərən sənaye parkları və məhəllələri kimi bir çox sahəyə toxunulub.

Yazıda Qarabağda əldə edilən uğurlardan sonra dövlətimizin bölgədə başladığı sürətli inkişaf prosesi, Azərbaycanın xüsusilə son illər sərmayə baxımından əlverişli ölkəyə çevrildiyi, ölkəmizin xarici, eləcə də türkiyəli investorlara təklif etdiyi əlverişli şərtlər, son illərin ən irimiqyaslı əmlak və sərmayə layihələrindən olan “Sea Breeze” barədə də geniş məlumat verilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 İyul 2025 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri