Icma.az
close
up
RU
Arvadını qucaqlayan müəllimi baltaladı

Arvadını qucaqlayan müəllimi baltaladı

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

Cəlilabad rayonunun Ağdaş kəndində həmkəndlisini bıçaqlayan şəxs hakim qarşısına çıxarılıb. Hadisənin baş verməsinə səbəb qısqanclıq olub.

News24.az Musavat.com-a istinadla xəbər verir ki, Eldəniz həmkəndlisi Fərasəti baltalayıb. Bu zaman onları aralaşdırmağa çalışan Fərasətin arvadı Rəsmiyyə də xəsarət alıb.

Eldəniz xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhddə ittiham olunaraq həbs edilib.

Hadisənin baş vermə səbəbi qısqanclıqdır. Belə ki, hadisədən bir neçə gün əvvəl Eldənizi arvadı İlhaməxanımı xadimə işlədiyi məktəbə aparıb. Onu gözləyən zaman İlhaməxanım məkəbin həyətində Fərasətlə rastlaşıb. Bu zaman Fərasət İlhaməxanımı qucaqlayaraq onun yanağından öpüb.

Bunu görən Eldəniz qəzəblənib və arvadından bunun səbəbini soruşub. İlhaməxanım deyib ki, Fərasət müəllim məktəbdə işləyən digər xanım əməkdaşlara qarşı da belə edir.

Eldənizlə arvadı arasında soyuqluq yaranıb və İlhaməxanım atası evinə gedib. Bunu özünə təhqir hesab edən Eldəniz qisas almaq qərarına gəlib. Maska taxaraq Fərasətin evinə gedib. İttihama görə Eldənizin əlində balta olub və evə girən kimi Eldənizə zərbələr endirib. Bu zaman onun xanımı Rəsmiyyə onları aralaşdırmağa çalışıb. Bu zaman o da xəsarət alıb.

Evdə olan digər şəxslərin müdaxiləsi ilə Eldənizin əlindən baltanı alıblar.

Eldəniz ifadəsində deyib ki, Fərasəti öldürmək niyyəti olmayıb. O, Fərasəti qorxutmaq istədiyini, söhbət etmək istədiyini deyib.

Onun sözlərinə görə balta Fərasətin arvadı Rəsmiyyədə olub. Rəsmiyyə onu vurmaq istəyəndə balta təsadüfən Fərasətə dəyib. Eldəniz Rəsmiyyəni itələyərək yıxdığını, bu zaman onun xəsarət aldığını bildirib.

Məhkəmədə zərərçəkmiş Fərasət də ifadə verib. O, İlhaməxanımı qucaqlamadığını, öpmədiyini bildirib. Deyib ki, İlhaməxanımın onkoloji xəstə olduğunu bilərək onun əlindən tutub, yazığı gəldiyi üçün təsəlli verib.

Fərasət məhkəmədəki ifadəsində Eldənizdən şikayətçi olmadığını, xəstə anasının xətrinə onu bağışladığını deyib.

Məhkəmənin hökmü ilə Eldənz 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://news24.az
archiveBu xəbər 27 May 2025 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see968

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see434

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see336

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see255

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see242

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see240

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see232

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see222

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see211

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see207

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see203

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see196

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see194

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see191

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see189

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see188

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see184

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see182

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see179

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri