Icma.az
close
up
RU
Ər arvadının əlini qızdırılmış açarla yandırdı TƏFƏRRÜAT

Ər arvadının əlini qızdırılmış açarla yandırdı TƏFƏRRÜAT

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəzər Rayon Məhkəməsində əzab vermədə təqsirləndirilən Əşrəf İmanzadənin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

KONKRET.az-ın əldə etdiyi məlumata görə, hakim Ramilə Xəzrinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü o, 2 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə materiallarına əsasən, təqsirləndirilən şəxs 20 may 2025-ci il tarixdə saat 17 radələrində yaşadıqları Bakı şəhəri, Xəzər rayonunda yerləşən nömrəsiz fərdi yaşayış evinin mətbəxində aşkar surətdə hamilə vəziyyətində olan həyat yoldaşı D.D.-yə (adı, soyadı şərtidir) qarşı zorakı hərəkətlər törədib.

İttihama görə, təqsirləndirilən şəxs həyat yoldaşının onun icazəsi olmadan qapını açaraq xalasını evə buraxmasını cüzi səbəb kimi bəhanə edib, qəsdən qisas almaq və cəzalandırmaq məqsədilə zərərçəkmiş şəxsi söyüb təhqir edib. Daha sonra istintaqla dəqiq müəyyən edilməsi mümkün olmayan dəmir materialdan olan qapı açarını mətbəxdə qaz sobasının üzərində qızdıraraq, zərərçəkmiş şəxsin qışqırıq səsinin eşidilməməsi üçün əlləri ilə ağzını tutub, həmin qızdırılmış açarla onun sağ əlinin üst nahiyələrini qəsdən yandırıb. Nəticədə D.D.-yə fiziki ağrı və psixi iztirablar yetirilib, sağ əlin arxa səthində II dərəcəli termik yanıq xəsarəti əmələ gəlib və sağlamlığın qısa müddətə pozulmasına səbəb olunub.

Bundan başqa, 22 may 2025-ci il tarixdə saat 18 radələrində Əşrəf eyni ünvanda yerləşən fərdi yaşayış evinin qonaq otağında həyat yoldaşının evi natəmiz saxlamasını bəhanə edərək zorakı hərəkətlərini davam etdirib. O, zərərçəkmiş şəxsi yenidən söyüb təhqir edərək yumruq və təpik zərbələri ilə bədəninin müxtəlif nahiyələrindən döyüb, nəticədə sol gözaltı nahiyəsində və sol bazuda qançırlar əmələ gəlib. Həmin xəsarətlər sağlamlığa zərər vurmayan, lakin güclü fiziki ağrı və psixi iztirablarla müşayiət olunan xəsarətlər kimi qiymətləndirilib.

İstintaqla müəyyən edilib ki, zorakılıq halları bununla da bitməyib. Belə ki, 31 may 2025-ci il tarixdə saat 18 radələrində təqsirləndirilən şəxs yataq otağında həyat yoldaşına qarşı yenidən zor tətbiq edib. Evi natəmiz saxlamasını bəhanə edən şəxs onu söyüb təhqir edərək, yumruq zərbələri ilə döyüb. Nəticədə arvadının alt dodağının selikli qişasında qansızma, sağ bazuda qançırlar yaranıb. Bu xəsarətlər də sağlamlığa zərər vurmayan, lakin zorakı hərəkətlərin nəticəsi olan izlər kimi qiymətləndirilib.

Ümumilikdə, Əşrəf aşkar surətdə hamilə vəziyyətində olan həyat yoldaşına qarşı xüsusi amansızlıqla, qeyri-insani və qəddar üsullarla, dəmir açarı odda qızdıraraq yandırmaq, mütəmadi döyməklə fiziki ağrı və psixi iztirablar vermək şəklində davam edən zorakı hərəkətləri işgəncə və əzab vermə xarakteri daşıyıb.

Məhkəmədə Əşrəf ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. O deyib ki, D.D. ilə 24 iyul 2024-cü il tarixdə rəsmi nikaha daxil olub və həmin vaxtdan birlikdə yaşayıblar. Onun sözlərinə görə, ailə həyatının ilk aylarında münasibətlər normal olub, sonradan isə ər-arvad arasında soyuqluq yaranıb.

Təqsirləndirilən şəxs ifadəsində 20 may 2025-ci il tarixdə evə gələndə həyat yoldaşının xalasının evdə olduğunu öyrəndiyini, bu səbəbdən aralarında mübahisə yarandığını və əsəbi vəziyyətdə qapı açarını qızdıraraq arvadının əlini yandırdığını etiraf edib. Həmçinin 22 və 31 may tarixlərində evin natəmiz olması və ailə məsələləri ilə bağlı yaranan mübahisələr zamanı həyat yoldaşına sillə və zərbələr vurduğunu bildirib.

(pravda.az)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:216
embedMənbə:https://konkret.az
archiveBu xəbər 15 Yanvar 2026 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see298

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see287

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see251

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see248

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see231

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see230

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see228

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see219

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see215

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see214

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see207

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see205

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see200

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see197

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see188

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see182

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see182

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri