Icma.az
close
up
RU
Arxeoloji ekspedisiya: Xaraba Gilanda İçərişəhərə və Narınqalaya gedən yollar aşkar olunub

Arxeoloji ekspedisiya: Xaraba Gilanda İçərişəhərə və Narınqalaya gedən yollar aşkar olunub

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Naxçıvan, 20 iyun, AZƏRTAC

İyunun 2-dən AMEA-nın Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Antik və orta əsrlər arxeologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Toğrul Xəlilovun rəhbərlik etdiyi ekspedisiya Xaraba Gilan şəhəri ərazisində arxeoloji qazıntılara başlayıb.

Bölmənin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Ordubad rayonu ərazisində Xaraba Gilan şəhəri ərazisində aparılan arxeoloji qazıntılar zamanı Naxçıvanın Orta əsrlər dövrünə aid maddi mədəniyyət nümunələri aşkar edilib.

Tədqiqat zamanı abidənin İçərişəhər hissəsinə və Narınqalaya gedən yolları müəyyənləşib. Yolun eni 2 metr 35 santimetrdir. Yolun giriş hissəsində üzəri gəclə suvanmış arko formalı tikili də üzə çıxarılıb. Eyni zamanda, yolun divarlarının gəclə suvandığı müəyyən edilib.

Araşdırmalar zamanı yarımdairəvi tikililərə rast gəlinib. Bu tikililər abidənin özünəməxsus memarlıq üslubunda tikildiyini sübut edir. Yarımdairəvi tikilinin uzunluğu 8 metrə yaxın, hündürlüyü isə 1,5 metrdir. Abidədə aparılan tədqiqat zamanı dördkünc planlı tikili qalıqları və otaqlar da aşkar olunub. Tikili qalıqlarının öyrənilməsi zamanı məlum olub ki, abidə XII-XIII əsrlərdə dağıntıya məruz qalıb, sonradan bəzi hissələri çiy kərpiclə bərpa edilib. Qazıntılar zamanı orta əsrlər dövrünə aid şirli və şirsiz keramika məmulatları, heyvan sümüyünün qalıqları, 1 ədəd mis sikkə, metal əşya və s. aşkarlanıb. Bu maddi mədəniyyət nümunələri insanların burada uzun müddət yaşadığını sübut edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 İyun 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin dünyaya meydan oxudu: Avropanı gözləyən dəhşət Moskva böyük hücuma...

23 Sentyabr 2025 14:17see437

Azərbaycanda vərəm xəstələrinin sayı 6 mini ÖTDÜ Rəsmi AÇIQLAMA

23 Sentyabr 2025 08:52see146

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see144

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see139

Milli Musiqimizin Memarı” adlı konsert keçirildi FOTOLAR

23 Sentyabr 2025 16:08see133

Rusiyadan Ağalarovlarla bağlı gözlənilməz TƏLƏB

23 Sentyabr 2025 12:45see133

Elariz Məmmədoğlunun zoopark macərası gündəm oldu

23 Sentyabr 2025 01:34see132

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see132

“Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur“ Quterreş

23 Sentyabr 2025 01:32see131

Damcılı düşərgəsində arxeoloji qazıntıların dünəni və bu günü

23 Sentyabr 2025 11:04see130

A Seriyası: Son çempion evində qalib gəldi

23 Sentyabr 2025 01:18see130

İslam Mahaçev əfsanəvi restlerlə görüşüb FOTO

23 Sentyabr 2025 06:22see129

Şəbnəm Tovuzlu: “Vəfa mənim üçün bacıdır” VİDEO

24 Sentyabr 2025 00:42see124

Evdə sistem qoşulması qanunla qadağan edilsin TƏKLİF

23 Sentyabr 2025 21:01see122

Arda Güləri nə gözləyir? Real Madrid qərarını verdi

24 Sentyabr 2025 03:41see122

Qaradağ Lökbatan ın Şəki Siti ni məğlub etdiyi matç VİDEO

23 Sentyabr 2025 22:34see122

Meyxanaçı Xəyyamın anası vəfat etdi

23 Sentyabr 2025 11:34see122

AIIF 2025 çərçivəsində 10 milyard dollarlıq sənədlər imzalanıb

23 Sentyabr 2025 18:09see119

Beynəlxalq Bankın keçmiş rəhbəri Elmar Məmmədov dindirildi

23 Sentyabr 2025 04:15see117

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2025 ci ilin oktyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

24 Sentyabr 2025 18:39see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri